Yomutlar - Wikipedia
Yomutlar (türkm. Ýomutlar) — türkmənlərin qolu.
Tarixi
redaktəYayğın olan bir görüşə görə, Yomutlar Salur boyu arasından çıxmış ən böyük türkmən boylarındandır. Bu xüsusda ən yaxşı bilgi Əbulqazi Bahadır xanın "Şəcərəsi"ndə vardır. Bəzi tarixçilər daha erkən dönəmlərdə tarixi qeydlərdə yomut adını daşıyan boydan bəhs edildiyinə diqqət çəkməkdədirlər. Bunlardan Y. A. Zuyev daha uzaqlara gedərək yomut adının əslinin "Yumut/Yum" olduğunu və bunun da "Gunn/Hun" ola biləcəyini vurğulamışdır. Bir sıra araşdırmaçılar, uyğur yazılarında "Umut/Yumut" adının keçdiyini bildirir. V. Radlov, "Yumut"un toplanmaq anlamında olduğunu bildirərək, Uyğur yazılarında keçən bu kəlimənin yığın, kümə mənasını daşıdığını bir vəsiləylə ifadə etmişdir. Anlam olaraq, Vamberidə yığın olduğu haqqında bir açıqlama vermişdir. Etimoloqlar, Türkcədə "yum", "yummaq", "yumaq", "yamaq", "yamalaq", "yumruq" və "yumn" kimi Yum/Yumut/Yumıt kəliməsinin kökünü əhatə edən bir sürü sözün olduğuna diqqət çəkərək, ümumiyyətlə "kümə, yığın, toplu" anlamı üzərində durmaqdadırlar. A. Djikiyev isə daha fərqli bir məsləhət vermişdir. Ona görə, Yumut/Yomut boy adı "yov" — yağı, düşmən; "mut" — mət, yıxıçı, öldürücü anlamlarını əhatə edir, yəni "Yomut" düşmən öldürən, düşməni yox edən anlamındadır. N. N. Tomudski isə Yomut boylarının XII–XIII əsrlərdə müstəqil bir boy kimi varlıqlarını sürdürdüklərindən söz edir. Nəticə nə olursa olsun, söz mövzusu XIX əsrə gəldikidə Yomutlar həm siyasi, həm də say baxımından türkmənlərin öndə gələn təmsilçiləriydilər.
XVIII əsrdə Yomutlar iki ana qola ayrılmışdı: Günbatar və ya Şagadam Yomutları, Dəmirkazık vəya Daşhovuz Yomutları. Türkmənistanın hər yanına yayılmış görükən yomutlar, Ətrək-Qorqan bölgələri xaricinda Qaraqalpaq və Özbək torpaqlarında da oturmaqdalardı. Bölgə XVIII əsrin ortalarında sürəkli Avşarların hücumları altında qalmışdır. Qaynaqlar, bölgəyə 28 fevral 1731-ci ildə aparılan Nadir şah Qırxlı-Avşarın hücumlarından bəhs etməkdədirlər. Avşar hücumlarını, XVIII yüzilin sonu və XIX yüzilin ilk dönəmində Qacarların basqınları təqib etmişdir. A. A. Roslyakov, XIX yüzilin əvvəlində Türkmən boylarının oturduqları bölgələrə görə sıralamasını apararkən, Yomutların ağırlıqlı olaraq Xivə torpaqlarında və Gürgəndə yerləşdiklərini bildirir. Ona görə, Gürgəndəki yomutlar Qara-Çokalar adıyla tanınırdılar. "Xəzər dənizi ötəsi bölgəsinə baxış" illik statistik dərgisinin ilk sayında Qara-Çokalar ilə Yomutlar arasında bağ olduğu vurğulanmaqdadır. German Vamberi, yomutlar haqqında belə bəhs edir: "…Yomutlar İran sınırından Ceyhun çayına qədər uzanan Xəzər dənizinin şərq sahillərində və bəzi adalarda sakindirlər. Bu oymağa bağlı dörd tayfadan biri, sürdürdükləri quldurluq əməli nədəniylə digərlərindən ayrılaraq İran təbəəliyinə girmişdilər. Yomutlar 40 min çadır, yəni iki yüz min nəfərdən ibarət bir topluluq olduqlarını iddia edirlər". Vamberinin 200 minlik bir Yomut sayından bəhs etməsi şübhəsiz çox qabartılıdır, amma Yomutların oturduqları yerlər və İran sınırındakı quldurluqları 14 iyun 1874-cü il tarixli Rus polkovnik Qluxovskinin mərkəzə verdiyi bilgilərcə də təyid edilməkdədir. Əbdürrəzaq bəy Dünbilinin verdiği bilgilərə görə, XIX yüzilin başında İran sınırında oturan Yomutlarla Qacarlar arasında bir taqım savaşlar cərəyan etmişdir. Qacar şahının əmriylə şahzadə Məhəmmədqulu mirzə Qovanlı-Qacar, Yomutlara qarşı hücumlar etmiş, Yomutlar da liderləri Qurban Qılıç xanın başçılığında onlara qarşı dirənmişdilər. İran sınırında qacarlarla yomutların çatışmaları 1836-cı ilə qədər sürmüşdür. Qorqan bölgəsində oturan Yomutlar isə daha çox oturaq bir həyata sahib idilər. Qaynaqlar onların əkinçilik və bağçılıqla məşğul olduqlarını xəbər verməkdədir.
S. Atanıyazov, Yomutların iki böyük qola: Bayramşalı və Qara-Çokaya ayrıldıqlarını, bunlardan Bayram Şalı qolunun Öküz, Salak, Orsukçı, İğdir və Uşak boylarına, Qara-Çoka qolunun isə Cəfərbəy və Atabəy boylarına bölündüklərini bildirir. Hər boy uruqlara, uruqlar da obalara ayrılırdı. Rus işğalı sırasında yomutların Öküz boyu iki uruğa, bunlar da 12 obaya; Salak boyu isə üç uruqda və 17 boya; Orsukçı boyunun Cüneyitlər 13 uruqda, Vəkilkəllər 4 uruqda, Gınmsalar isə 10 uruqda təmsil olunurdular. Ruslara qarşı ilk dirənən türkmənlər də yomutlar idilər.