Yunan Qozu - Wikipedia
Yunan qozu[2] (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır.
Yunan qozu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Yunan qozu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə.
Meyvə verməsi: Avqust-Sentyabr
Yarpaq
redaktəTumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir. Yarpaqları təklələkvari, üst tərəfi parlaq, tünd yaşıl, alt tərəfi solğun yaşıl rəngdə, uzunluğu 20–50 sm-dir. Hər yarpaq oxunda 5–11 yarpaqcıq olur. Yarpaqcıq uzunsov-yumurtavari və ya ellipsşəkilli, təpə hissəsi sivri, qaidəyə yaxın hissəsi qeyri-bərabəryanlı, uzunluğu 5–10 sm, eni 3–6 sm, kənarları bütöv və ya azca dişli, üst tərəfi çılpaq alt tərəfi azca tüklüdür.
Çiçək
redaktəErkəkcikli çiçəkləri yaşıl rəngli sırğaya yığılmışdır və hər sırğada 6–30 ədəd erkəkcik çiçəyi olur. Çiçək yanlığı 6 dilimli, çiçək yatağı lansetvaridir. Çiçəkləri 2 illik zoğda əmələ gəlir və uzunluğu 4–19 sm, diametri 1 sm olur. Dişicik çiçəkləri qırmızımtıl rəngdə olmaqla cavan zoğun ucunda tək-tək və ya 2–3, bəzən də daha çox bir yerdə topa şəklində olur. Küləklə tozlanır.
Meyvə
redaktəMeyvəsi dəyirmi və ya uzunsov dəyirmi olub, yalançı çəyirdəkmeyvədir. Üstdən yaşıl rəngli qərzəklə örtülüdür. Payızda qərzək tədricən qaralır və bir neçə qeyri-bərabər hissəyə parçalanır, yetkin meyvə (qoz) tökülür. Toxumun 1000 ədədi 4,5–15,8 kq arasında dəyişir. Bəzən qaralmış qərzək qozun üstünə yapışır və birlikdə ağacdan düşür. Qozun qabığı içərisində çox dadlı və yeməli ləpəsi toxum tanlığı olur. Bu ləpəni odunlaşmış (endokarp) 2 hissəyə ayırır. Toxum cücərdikdə torpağın üstünə çıxır, toxum yanlığı isə torpaqda qalır. Qoz yüksək məhsuldarlı ağacdır. 15–30 yaşlı ağacın orta illik məhsulu 50 kq-dır. Daha yaşlı ağacların ildə 70000 meyvə və ya 300 kq məhsul verdiyi hallar da məlumdur. 300–400 il yaşama qabiliyyətinə malikdir. Onlarla mədəni sortu var.
Yaşayış mühiti
redaktəAşağı və orta dağ qurşaqlarının meşələrində.
Təsərrüfat əhəmiyyəti
redaktəOduncağı xarrat və dülgər, aviasiya və silah, mebel işlərində istifadə olunur. Meyvələri çox qidalıdır. Qabığında, yarpağında və meyvəsinin qabığında çoxlu aşı maddəsi vardır. Yarpaq və qabığı boyaq kimiyun parçaları açıq-qonur və qəhvəyi-qonurrəngə boyamaq üçün istifadə olunur. Dekorativ əhəmiyyətli bitkidir.
Təbii yayılması
redaktəVətəni İran hesab edilir. Təbii halda Əfqanıstanda, Çində, Koreyada, Yaponiyada, Orta Asiyada dağlarda və Balkanyanı ölkələrdə, o cümlədən Krımda, Qafqazda bitir.
Botaniki təsviri
redaktəHündürlüyü 25–35 m-ə, gövdəsinin diametri 1,5–2,0 m-ə çatan, ucaboylu, geniş çətirli ağacdır. Gövdəsi biçimli, qabığı açıq boz, hamar və ya azca çatlıdır. Budaqları əvvəlcə boz-yaşıl, sonralar isə açıq-boz rəng alır. Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşılımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir. Yarpaqları təklələkvari, üst tərəfi parlaq, tünd yaşıl, alt tərəfi solğun yaşıl rəngdə, uzunluğu 20–50 sm-dir. Yarpaqcıq 3–5 cüt olub, uzunsov-yumurtavari və ya ellipsşəkilli, təpə hissəsi sivri, qaidəyə yaxın hissəsi qeyri-bərabəryanlı, uzunluğu 5–10 sm, eni 3–6 sm, kənarları bütöv və ya azca dişli, üst tərəfi çılpaq, alt tərəfi azca tüklüdür. Erkəkcikli çiçəklərində 18–30 erkəkcik və altıdilimli çiçəkyanlığı vardır. Dişicikli çiçəkləri tək-tək və ya 2–4-ü bir yerdə olmaqla cavan zoğların təpəsində yerləşmiş, çiçək yanlığı 4 dişli, dişicik ağızcığı iridir, qırmızı rənglidir. Külək vasitəsilə tozlanır. Meyvəsi dəyirmi və ya uzunsov-dəyirmi olub, yaşıl rəngli yalançı çəyirdəkmeyvədir. Qoz ləpəsi oduncaqlaşmış pərdə ilə iki hissəyə ayrılır.
Ekologiyası
redaktəTez böyüyən, istisevən, uzunömürlü, torpağa tələbkar bitkidir. Şaquli kökləri yaxşı inkişaf etdiyindən küləyə qarşı davamlıdır.
Azərbaycanda yayılması
redaktəBöyük və Kiçik Qafqazda, Talış dağlarında, Naxçıvanda, Zaqatala-Şəki düzənliyində, Abşeronda park və bağlarda təsadüf edilir. Yabanı şəkildə BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ., Nax. dağ., Qobustan.
İstifadəsi
redaktəMeyvəsində 50–78%-ə qədər yağ vardır. Yeyinti sənayesində geniş istifadə edilir. Oduncağı yüksək keyfiyyətli olduğuna görə mebel, qapı-pəncərə, parket və s. düzəldilməsində, aviasiya sənayesində geniş istifadə olunur.
Mənbə
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 997.
- ↑ "Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016"
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T. S. Məmmədov
Məlumat mənbələri
redaktə- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad
redaktə- Флopa Aзeрбaйджaнa. т.5. 1954; Флopa Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh