Zaqafqaziya Secki Dairesi - Wikipedia
Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər,1917) — 1917-ci ildə Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün yaradılmış seçki dairəsi. Seçki dairəsi Bakı quberniyasını, Yelizavetpol quberniyasını, İrəvan quberniyasını, Kutaisi quberniyasını, Tiflis quberniyasını, Batum vilayətini, Qars vilayətini, Suxumi qəzasını və Zaqatala dairəsini əhatə edirdi.[3] Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar. Azərbaycan milli hərəkatında Müsavat Partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i Müsavatın payına düşürdü.[4]
1917-ci ildə Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün təşkil olunmuş Cənubi Qafqaz seçki dairəsi | |
---|---|
Məlumat | |
Dairə sədri | |
Təmsil edən deputat | 36 |
Sonuncu parlament seçkisi | 1912 |
Sonuncu prezident seçkisi | {{{son prezident seçkisi}}} |
Sonuncu bələdiyyə seçkisi | {{{son bələdiyyə seçkisi}}} |
Seçicilərin sayı | 2,455,274[1][2] |
Məntəqələrin sayı | 1,450 |
Əhatə etdiyi bölgə | Cənubi Qafqaz |
Ünvan | |
Telefon |
Azərbaycan partiyalarına verilən səslərin 17,2%-ini alan Müsəlman Sosialist Blokunun uğuru onun aqrar məsələlərdə radikal mövqeyi ilə izah oluna bilər. Belə ki, blok səslərin çoxunu Azərbaycanın qərbindəki kənd rayonlarında qazanmışdı. Azərbaycan partiyalarına verilən səslərin 9,1%-ini menşevik Hümmət, 7,2%-ini İttihad partiyaları aldı.[5]
Yaradılması
redaktəÜmum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün seçki dairələri adətən quberniyaların və ya bölgələrin sərhədləri daxilində keçirilirdi. Lakin Cənubi Qafqazda altı quberniya, iki vilayət və iki dairə üçün vahid seçki dairəsi yaradılıb. Ümum-Rusiya Seçki Komissiyasındakı debatlar zamanı erməni ictimai xadimi və tarixçisi Nikolay Adonts üç ayrı seçki dairəsinin — erməni, gürcü və müsəlman seçki dairəsinin yaradılması təklifini verib. Müsəlman nümayəndələri bu təklifə qarşı çıxıblar və Rusiya seçki orqanları son nəticədə vahid Zaqafqaziya seçki dairəsinin yaradılmasına qərar veriblər.[6] 1917-ci ilin ortalarında Xüsusi Zaqafqaziya Komitəsinin (OZAKOM) nəzdində Müəssislər Məclisinə seçkilər üzrə Mərkəzi Zaqafqaziya Komissiyası yaradıldı.[7]
Seçki
redaktəCənubi Qafqazda səsvermə Zaqafqaziya Komissarlığının (Zavakom) yaranmasından iki həftə sonra, noyabrın 26–28-də keçirildi.[8] Burada seçkilərdə 15 siyahı mübarizə aparırdı.[9] Cənubi Qafqazda üç ən böyük partiya gürcü Menşevikləri, Müsavat Partiyası və Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) idi.[10]
10 nömrəli siyahı
redaktə- Məmməd Yusif Cəfərov
- Əlimərdan bəy Topçubaşov
- Məhəmməd Əmin Rəsulzadə
- Nəsib bəy Yusifbəyli
- Həsən bəy Ağayev
- Xosrov bəy Sultanov
- Qazı Əhməd bəy Məmmədbəyov
- Mustafa Mahmudov
- Mir Hidayət bəy Seyidov
- Aslan bəy Qardaşov
- Şəfi bəy Rüstəmbəyov
- Asəf bəy Şıxəlibəyov
- Qədir bəy Şirvaşidze
- İslam bəy Qəbulzadə
- Əhməd Həmdi Qaraağazadə
Nəticələr
redaktəMenşeviklər ən çox səs toplayan partiya olsalar da, Cənubi Qafqazda menşevizm gürcü millətçiliyi ilə iç-içə çulğalaşmışdı.[11] Seçkilərdən az sonra gürcü menşevikləri açıq şəkildə millətçilik yolunu tutdular.[9] Bolşevik səsləri əsasən Bakı qarnizonunun əsgərlərindən və həmin şəhərin fəhlə təbəqəsinin gəlirdi.[7]
Siyahılar üzrə
redaktəPartiya | Səslər | faiz % |
---|---|---|
Siyahı 1, Menşeviklər | 661,934 | 26.96 |
Siyahı 10, Müsəlman İctimai Təşkilatları Komitəsi və Müsavat Partiyası | 615,816 | 25.08 |
Siyahı 4, Erməni İnqilabi Federasiyası | 558,440 | 22.74 |
Siyahı 12, Müsəlman Sosialist Bloku | 159,770 | 6.51 |
Siyahı 3, Sosialist İnqilabçılar Partiyası | 117,522 | 4.79 |
Siyahı 5, Bolşeviklər | 93,581 | 3.81 |
Siyahı 11, Hümmət Partiyası | 84,743 | 3.45 |
Siyahı 14, İttihad | 66,505 | 2.71 |
Siyahı 8, Gürcü Mili Demokratlar | 25,733 | 1.05 |
Siyahı, 2 Kadetlər | 25,637 | 1.04 |
Siyahı 6, Gürcüstan Sosialist Federalistlərinin İnqilabçı Partiyası | 22,754 | 0.93 |
Siyahı 7, Erməni Xalq Partiyası | 15,180 | 0.62 |
Siyahı 15, Sionistslər | 7,018 | 0.29 |
Siyahı 9, Xalq Sosialist Partiyası | 570 | 0.02 |
Siyahı 13, Cənubi Qafqaz müsəlmanları | 71 | 0.00 |
Ümumi | 2,455,274[12][8] |
Bakı Quberniyası
redaktəMüsavat Bakı Quberniyasında azərbaycanlıların səslərinin çoxunu qazandı, ondan sonra İttihad gəlirdi.[10]
Bakı şəhəri
redaktəBakı şəhəri və ətraf sənaye rayonlarında səsvermə güclü bolşeviklərin və ermənilərin səs verdiyi əyalətin qalan hissəsindən çox fərqli keçdi.[12] Neft mədənlərində və qarnizonda seçici fəallığı təxminən 75%, şəhərin özündə isə təxminən 52% təşkil edirdi.[12] Müsavat və İttihad, həmçinin Müsəlman Sosialist Bloku ilə Hümmət arasında toqquşmaların olduğu bildirildi, baxmayaraq ki, seçki günü ciddi pozuntular baş vermədi.[12]
Bolşeviklər 22276 səs (20,1%), Müsavat 21752 səs (19,6%), daşnaklar 20314 səs (18,3%), Sosialist İnqilabçıları (eserlər) 18,789 səs (16,9%), Kadetlər 9,26 səs (%26), İttihad 7850 səs (7,1%), menşeviklər 5667 səs (5,1%), sionistlər 2081 səs (1,9%), erməni xalqçıları 1508 səs (1,4%), Müsəlman Sosialist Bloku 903 səs (0,8%), Gürcüstan Sosialist Federalistləri 45 səs (0,4%), gürcü milli demokratları 145 səs (0,1%), xalq sosialistləri 116 səs (0,1%) və Qərbi Zaqafqaziya müsəlmanları 3 səs aldılar.[13] Şəhərin özündə (yəni neft mədənləri və qarnizon istisna olmaqla) ən çox səsi 12517 səslə daşnaklar, ikinci yerdə isə Müsavat və bolşevik siyahıları tuturdu.[12] Quberniyada kursantların səsverməsi Bakı şəhərində keçirildi.[12] Bakı qarnizonunda bolşeviklər 7699 (70,8%) səs topladılar.[13] Bolşeviklər 198 səsdən 186 səs toplayaraq Bakı həbsxanasının məhbusları arasında daha böyük qələbə qazandılar.[12]
Bakı qəzası
redaktəBakı qəzasının kənd yerlərində, Abşeron yarımadasının kəndlərində keçirilən seçkilərdə İttihad qalib gəldi.[10] Qəzada verilən 25 748 səsdən 19 812-ni (76,95%) İttihad topladı.[12]
Göyçay qəzası
redaktəGöyçay qəzasında Müsavat 27046 (55,42%), İttihad 14517 (29,75%) və digər partiyalar 7236 (14,83%) səs toplayıb.[12]
Lənkəran qəzası
redaktəLənkəran qəzasında Müsavat 53 910 (83,99%), "İttihad" 7625 (11,88%), SR-lər 848 (1,32%), bolşeviklər 789 (1,23%) və digərləri 1011 (15) səs (1,0) toplayıb.[12]
Tiflis
redaktəTiflisdə menşeviklər 31.288 (36.8%), daşnaklar 19.595 (19.3%), bolşeviklər 19.172 (18.8%), eserlər 11.504 (11.3%), kadetlər 9.565 (9.4%) gürcü federalist-sosialistlər 3496 səs (3,4%), Gürcüstan Milli Demokratları 3282 səs (3,3%), Erməni Xalqçıları 1612 səs (1,6%), Sionistlər 794 səs (0,8%), Müsəlman Sosialist Bloku 433 səs (0,4%), Hümmət 407 səs (0,4%) %), Müsavat 322 səs (0,3%), Xalq Sosialistləri 252 (0,2%), Zaqafqaziya müsəlmanları 4 səs və İttihad 2 səs toplaya bildilər.[13] Bolşeviklər 1917-ci ilin iyulunda Tiflis Şəhər Dumasına keçirilən seçkilərlə müqayisədə səslərin sayını dörd dəfə artırdılar.[14] Tiflis qarnizonunda bolşeviklər 13138 səs (44,7%), Sosialist İnqilabçılar 7734 səs (26,3%), menşeviklər 4173 səs (14,2%), kadetlər 1767 səs (6%), daşnaklar 1347% səs, gürcü Sosialist-federalistlər 489 səs (1,7%), Müsavat 322 səs (1,1%), Gürcüstan Milli Demokratları 192 səs (0,7%), Sionistlər 55 səs (0,2%), Erməni Xalqçıları 52 səs (0,2%), Xalq Sosialistləri 47 (0,2%), Hümmət 47 səs (0,2%), Qərbi Zaqafqaziya müsəlmanları 3 səs, İttihad 2 səs və Müsəlman Sosialist Bloku 1 səs qazanmağa müvəffəq oldu.[13]
Batumi
redaktəBatumidə menşeviklər 6809 səs (34,6%), eserlər 5801 səs (29,5%), bolşeviklər 2926 səs (14,9%), daşnaklar 1471 səs (7,1%), kadetlər 1400 səs (7), Gürcüstan sosialist-federalistləri 481 səs (2,5%), gürcü milli demokratları 328 səs (1,7%), sionistlər 300 səs (1,5%), erməni xalqçıları 105 səs (0,5%), Müsavat 46 səs (0,2%), Müsəlman Sosialist Bloku 7 səs səs və Hümmət 1 səs toplaya bildi. Lakin eserlərin və bolşeviklərin səsləri əsasən şəhər qarnizonundan gəldi, burada hər iki partiya müvafiq olaraq 4825 səs (qarnizon səslərinin 44,2%-i) və 2614 səs (24%) aldı.[13]
Seçilənlər
redaktəÜmum-Rusiya Müəssislər Məclisinə seçkilərdə Cənubi Qafqazın üç əsas partiyası Menşeviklər, Müsavat və Daşnaksütyun deputat yerlərinin böyük əksəriyyətinə yiyələnmişdilər.[15]
Deputat | Partiyası |
---|---|
Bekzadyan | Menşevik |
Nikolay Çxeidze | Menşevik |
Akaki Çxenkeli | Menşevik |
Yevgeni Gegeçkori | Menşevik |
Smirnov | Menşevik |
Georgadze | Menşevik |
Lomtatidze | Menşevik |
İsidor Ramişvili | Menşevik |
Noe Ramişvili | Menşevik |
Matvey Skobelev | Menşevik |
İrakli Sereteli | Menşevik |
Noy Jordaniya | Menşevik |
Zurabov | Menşevik |
Cibladze | Menşevik |
Həsən bəy Ağayev | Müsavat |
Məmməd Yusif Cəfərov | Müsavat |
Qazı Əhməd bəy Məhəmmədbəyov | Müsavat |
Məhəmməd Əmin Rəsulzadə | Müsavat |
Xosrov bəy Sultanov | Müsavat |
Əlimərdan bəy Topçubaşov | Müsavat |
Nəsib bəy Yusifbəyli | Müsavat |
Əsədulla Axundov | Hümmət |
İbrahim bəy Heydərov | Müsəlman Sosialist Bloku |
Əlixan Qantəmir | Müsəlman Sosialist Bloku |
Aslan bəy Səfikürdski | Müsəlman Sosialist Bloku |
Sultan Məcid Qənizadə | İttihad |
Atabekyan | SR |
Lunkeviç | SR |
Ambartsumyan | Daşnaksütyun |
Gazazyan | Daşnaksütyun |
Mikayel Varandyan | Daşnaksütyun |
Hamazasp Ohancanyan | Daşnaksütyun |
Şahatunyan | Daşnaksütyun |
Sarkis Araratyan | Daşnaksütyun |
Hakob Zavriyev | Daşnaksütyun |
Hovannes Kacaznuni | Daşnaksütyun |
Sirakan Tiqranyan | Daşnaksütyun |
Stepan Zoryan | Daşnaksütyun |
Stepan Şaumyan | Bolşevik |
İstinadlar
redaktə- ↑ И. С. Малчевский. Всероссийское учредительное собрание. Гос изд-во. 1930. 140–142.
- ↑ Б. Ф Додонов; Е. Д Гринько; О. В.. Лавинская. Журналы заседаний Временного правительства: Сентябрь-октябрь 1917 года. РОССПЭН. 2004. 206–208.
- ↑ Татьяна Евгеньевна Новицкая. Учредительное собрание: Россия 1918 : стенограмма и другие документы. Недра. 1991. səh. 13.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 419. ISBN 9952-417-44-4.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 419. ISBN 9952-417-44-4.
- ↑ С. М Исхаков. Российские мусульмане и революция: (весна 1917 г.-лето 1918 г.). Изд-во "Социально-политическая мысль". 2004. səh. 185. ISBN 978-5-902168-25-6. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
- ↑ 1 2 The Caucasus & Globalization. CA & CC Press. 2006. səh. 91. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
- ↑ 1 2 Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 7 June 2004. səh. 107. ISBN 978-0-521-52245-8.
- ↑ 1 2 Oliver Henry Radkey. Russia goes to the polls: the election to the all-Russian Constituent Assembly, 1917. Cornell University Press. 1989. 129–131. ISBN 978-0-8014-2360-4.
- ↑ 1 2 3 Audrey L. Alstadt. The Azerbaijani Turks: Power and Identity under Russian Rule. Hoover Press. 1 September 2013. ISBN 978-0-8179-9183-8.
- ↑ Oliver Henry Radkey. Russia goes to the polls: the election to the all-Russian Constituent Assembly, 1917. Cornell University Press. 1989. səh. 40. ISBN 978-0-8014-2360-4.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Ronald Grigor Suny. The Baku Commune, 1917-1918: Class and Nationality in the Russian Revolution. Princeton University Press. 12 March 2019. 177–178. ISBN 978-0-691-65703-5.
- ↑ 1 2 3 4 5 Л. М Спирин. Россия 1917 год: из истории борьбы политических партий. Мысль. 1987. 273–328.
- ↑ Stephen F. Jones. Socialism in Georgian Colors: The European Road to Social Democracy, 1883-1917. Harvard University Press. 2005. səh. 359. ISBN 978-0-674-01902-7.
- ↑ Лев Григорьевич Протасов. Люди Учредительного собрания: портрет в интерьере эпохи. РОССПЭН. 2008. ISBN 978-5-8243-0972-0.