Zeyneddin Haciyev - Wikipedia
Zeynəddin Camal oğlu Hacıyev (1941, Tülü, Balakən rayonu – 8 avqust 2023[1]) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor[2].
Zeynəddin Hacıyev | |
---|---|
Zeynəddin Camal oğlu Hacıyev | |
Doğum tarixi | 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 8 avqust 2023[1] |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fəlsəfə |
Mükafatları |
Həyatı
redaktəZ. C. Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra, 1958–1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1965–1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib.
1969-cu ildə "Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1969–1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982–1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən ölümünə qədər BDU-da fəlsəfə kafedrasında çalışmışdır. Fəlsəfə elmləri üzrə 7 namizədlik dissertasiyasına elmi rəhbər olub. 4 dərsliyin, 4 monoqrafiyanın, 60-a qədər məqalənin və tezisin müəllifidir.
8 avqust 2023-cü ildə vəfat edib.[3]
Tədqiqat sahəsi
redaktəSosial strukturun dəyişilməsi "Sosial fəlsəfədə mənəvilik, şəxsiyyətin azadlığı problemləri üzrə elmi tədqiqat aparmışdır.
Təltifləri
redaktəSeçilmiş əsərləri
redaktə- "Keçid dövrü və sosial dəyərlər". BDU-nun xəbərləri. Sosial-siyasi elmlər seriyası. 2003, № 1, 0,8 ç.v.
- "Fəaliyyət anlayışının sosial-fəlsəfi təhlili". Sosial-siyasi problemlər. XI buraxılış. AMEA-nın Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu. Bakı, 2004, 0,4 ç.v.
- "Sosial idrakda həqiqət ilə dəyərin münasibəti". BDU-nun xəbərləri. Sosial-siyasi elmləri seriyası. 2006, № 4, 0,6 ç.v.
- "Müasir cəmiyyətin sosial strukturunun dəyişilməsinin əsas meylləri" — AMEA-nınFəlsəfə, sosiologiya və hüquq institutunun "Fəlsəfə" elmi-nəzəri jurnalı, 2009, № 1, 1 ç.v.
- "Mənəvilik anlayışının fəlsəfi mahiyyəti" — BDU xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2009, № 1–2, 0,6 ç.v.
- "Azadlığın strukturunda dəyərlər seçiminin rolu" — BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. Humanitar elmlər. Bakı – 2009, s. 343–345.
- "Sosial tərəqqinin meyarı məsələsinə dair" — BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. Humanitar elmlər. Bakı – 2009, s. 355–356.
- "Fərd sosial əlaqələr sistemində". "Müasir dövrün aktual problemləri" Bakı — 2011 № 6. səh. 224 – 226.
- "Sosial fəlsəfənin funksiyalarına dair" (məqalə) "Müasir dövrün aktual problemləri" Bakı – 2011,№ 6. səh. 229 – 231.
- "İdarəçilikdə tələbələrin rolu probleminin sosioloji təhlili" (məqalə) "Tarix və onun problemləri" Bakı – 2011 № 3. səh. 346 – 350.
- "Azadlıq sosial birliklərin və fərdin maraqları kontekstində" "Qloballaşma şəraitində sosial problemlərin həlli yolları". Bakı, 2013.
- "Azadlıq anlayışının strukturuna dair" "Qloballaşma şəraitində sosial problemlərin həlli yolları". Bakı, 2013.
- "Sosial-iqtisadi proseslərdə dəyərlərin rolu". "ХIХ век глобализация социально-экономические проблемы общества". Научно-практическая конференция, посвященная социально-экономическим проблемам современности (20–21 декабря 2013 г). Баку – 2013səh. 173–181.
- "Sosial məkan və sosial zamanın ontoloji əsasları" // Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 15, cild II. Bakı – 2015, səh. 219–225.
- ."Sosial idrakda həqiqət problemi". Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 18, səh. 62–69. Bakı −2017.
- "Elmi fakt ilə nəzəriyyənin qarşılıqlı münasibəti". Bakı Dövlət Universiteti Xəbərləri. Sosial-siyasi elmlər seriyası. № 2, səh. 87–94. Bakı – 2017.
- "Multikultural proseslərin nəzəri mənalandırılmasında anlama prosedurunun rolu". Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış № 19, səh. 85–91. Bakı −2017.
Kitabları
redaktə- "Sosial fəlsəfə", "Социальная философия", "Social Philosophy". Bakı., Ayna Mətbu evi, 2001, 31,75 ç.v. (həmmüəllif)
- "Fəlsəfə" (Ali məktəblər üçün dərslik), "Философия", "Philosophy". B., Adiloğlu, 2002, 488 səh.
- "Məntiq" (Dərs vəsaiti), "Логика", "Logics". B., Təfəkkür, 2007.
- "Ontologiya və idrak nəzəriyyəsi" (dərslik), "Онтология и теория познания", "Ontology and theory of knowledge" Bakı- 2013 (19.5 ç.v).
İstinadlar
redaktə- ↑ 1 2 https://oxu.az/society/762847.
- ↑ "F.e.d., prof. Hacıyev Zeynəddin Camal o." 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
- ↑ BDU-nun professoru vəfat edib
- ↑ ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-09.