Ziqmund Freyd - Wikipedia
Ziqmund Freyd (Almanca tələffüz: [ˈziːɡmʊnt ˈfʁɔʏt]), doğma adı ilə Sigismund Şlomo Freyd (6 may 1856[2][3][…] – 23 sentyabr 1939[4][5][…], London, Birləşmiş Krallıq[7][8]) — psixoanaliz elminin banisi olan avstriyalı nevroloq.
Ziqmund Freyd | |
---|---|
alm. Sigmund Freud | |
Doğum adı | Sigismund Schlomo Freud |
Doğum tarixi | 6 may 1856[2][3][…] |
Vəfat tarixi | 23 sentyabr 1939[4][5][…] (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qırtlaq xərçəngi[d] |
Dəfn yeri |
|
Həyat yoldaşı | Martha Bernays (m. 1886) |
Uşaqları | |
Atası | Yakob Freyd |
Anası | Amaliya Nathanson |
Elm sahələri | psixoanaliz[1], nevrologiya[1] |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yeri | |
Təhsili | |
Tanınmış yetirmələri | Alfred Adler |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Miliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.
Freyd psixoanaliz nəzəriyyəsini yaradarkən uşaqlıq proseslərini özündə ehtiva edən Edip kompleksi anlayışını psixoanalizin mərkəzinə qoydu.[9] Yuxuları istək doyumu yeri kimi qəbul edərək, yuxuları araşdıraraq xəstələrinin simptomlarının formalaşması və basdırılmış emosiyaları haqqında tapıntılar əldə etmişdir. Bunu əsas götürdüyü şüursuzluq nəzəriyyəsində id, eqo və supereqonu özündə birləşdirən psixi quruluş modelini irəli sürdü.[10] Bundan əlavə, Freyd libidonun, zehni proseslərə təsir edən və erotik bağlar quran seksual impulsiv enerjisini təyin etdi. O, kompulsiv təkrarlama, nifrət, aqressiya və nevrotik günahın mənbəyi kimi təqdim etdiyi başqa bir anlayış olan ölüm instinktini izah etmişdir.[11] Yaradıcılığının sonrakı illərindəki əsərlərində din və mədəniyyətlə bağlı geniş şərhlər və tənqidlər dərc etmişdir.
Diaqnostik və klinik təcrübələrə müraciəti azalmış psixoanaliz; psixologiya, psixiatriya və psixoterapiyada və ümumiyyətlə humanitar elmlərdə öz təsirini davam etdirir. Davamlı təsiri sayəsində müalicədəki funksiyası, elmi mövqeyi, feminizmə töhfə və ya zərər verməsi kimi mövzularda geniş və səs-küylü müzakirələrə səbəb olur.[12] Bununla belə, Freydin yaradıcılığı müasir Qərb fəlsəfəsinə və populyar mədəniyyətinə təsir göstərmişdir. 1940-cı ildə yazdığı elegiyasında W. H. Auden Freydin "müxtəlif həyatlara təsir edən bütöv bir düşüncə mühiti" yaratdığını bildirdi.[13]
Həyatı
redaktəFreyd Avstriya İmperiyasının Moraviya Frayberq şəhərində orta səviyyəli yəhudi yun tacirinin ikinci evliliyindən Qalisiyada yəhudi ailəsində anadan olub. Valideynlərinin hər ikisi Qalisiyadan idi.[14]
Ailəsi iqtisadi böhran səbəbindən Vyanada məskunlaşmalı olanda Freydin cəmi 4 yaşı var idi. 1938-ci ilə qədər burada yaşamışdır. Atası Yakob özü ənənədən uzaqlaşsa da, Tövrat araşdırması ilə tanınırdı.
Freyd orta məktəbdə latın, fransız və ingilis dillərini öyrəndiyi halda, ivrit, ispan və italyan dillərini də öz səyləri ilə öyrəndi. Yohann Volfqanq Götenin əsərlərindən təsirlənərək əvvəlcə istəməsə də, tibb sahəsində təhsil almağa qərar verdi.[15]
Freyd 17 yaşında Vyana Universitetinə daxil olub. O, hüquq təhsili almağı planlaşdırırdı, lakin universitetin tibb fakültəsinə daxil olaraq burada Frans Brentanodan fəlsəfə, Ernst Brükkedən fiziologiya və darvinist professor Karl Klausdan zoologiya üzrə təhsil alıb.[16]
Freydin tədqiqat işi 1879-cu ildə bir il məcburi hərbi xidmət keçmək öhdəliyi ilə dayandı. Uzun fasilələr ona Con Stüart Millin toplanmış əsərlərindən dörd məqaləni tərcümə etmək üçün komissiyanı tamamlamağa imkan verdi. [17]
1886-cı ildə Freyd, Hamburqda baş ravvin olan İsaak Bernaysın nəvəsi Marta Bernaysla evləndi. Freydin altı övladı var: Mathilde (d. (d. 1891), 1891-ci ildən Ernst (d. 1892), Sofi (d. 1893) və Anna (d. 1895). 1938-ci ildə Vyananı tərk edənə qədər Freyd ailəsi ilə birlikdə İçəri Şəhər (Innere Stadt) yaxınlığındakı Berggasse 19-da bir mənzildə yaşayırdı.
Freydin psixoanalizə göstərdiyi təsirə baxmayaraq, bəzi alimlər onun əsərlərini intellektual şarlatanlıq adlandırırlar. Freydizm nəzəriyyəsinin hər bir postulatı Karl Yapers, Erix Fomm, Albert Ellis, Karl Kraus və d. alimlər tərəfindən tənqid edilmişdir.
1938-ci ilin martında Almaniyanın Avstriyanı işğal etməsindən sonra Freyd nasistlərin təqibindən xilas olmaq üçün Avstriyanı tərk etdi. 1939-cu ildə Böyük Britaniyada sürgündə olarkən vəfat edib.[18]
Təhsili
redaktə1865-ci ildə doqquz yaşlı Freyd Leopoldstädter Kommunal-Realgymnasium lisseyinə daxil oldu. O, əla tələbə olduğunu sübut etdi və 1873-cü ildə Maturanı fərqlənmə diplomu ilə bitirdi. O, ədəbiyyatı sevirdi və alman, fransız, italyan, ispan, ingilis, ivrit, latın və yunan dillərini mükəmməl bilirdi.
Freyd, 1881-ci ildə Vyana Universitetində tibb həkimi ixtisasına yiyələnib. 1885-ci ildə reabilitasiyasını başa vurduqdan sonra nevropatologiya üzrə dosent vəzifəsinə təyin edilib və 1902-ci ildə filial professoru olub. Freyd klinik praktikasını 1886-cı ildə Vyanada qurub. Onu qurduqdan sonra Vyanada yaşayıb işləmişdir.[19]
Universitet illərində antisemitizmlə qarşılaşdı və məktəbdə dostları arasından kənarlaşdırıldı. 1876-cı ildə o, fizioloq Brükkenin laboratoriyasına daxil olur və burada anatomopatologiya və insanın sinir sistemi üzrə tədqiqatlar aparır. 1881-ci ildə tibb fakültəsini bitirmişdir. 1883-cü ildə dövrün məşhur beyin anatomiyası və nevropatologiya mütəxəssisi Dr. Teodor Meynert rəhbərliyi altında psixiatriya klinikasında assistent kimi işə başlayıb. 1884-cü ildə ona kokainlə bağlı araşdırma aparmaq tapşırılıb.[20] 1884-cü ildə o, kokainin ağrıkəsici xüsusiyyətlərini kəşf etdi və onun anestezik xüsusiyyətlərini hiss etdi. (Özünün “Həyatım və Psixoanaliz” əsərində o, kokainin anestezik xüsusiyyətlərini həqiqətən bildiyini, lakin tibbi araşdırmalardan imtina etdiyi üçün başqaları tərəfindən kəşf edildiyini iddia edir.)
Aldığı təhsil təqaüdü ilə 1885-ci ildə Parisə getdi və Salpêtrie Xəstəxanasında Jean Martin Charcot ilə təcrübə keçməyə başladı. Burada o, isteriya əlamətlərini və hipnozla təlqinin təsirlərini müşahidə etdi.[21] O, Charcot-dan çox təsirləndi (onun Charcota olan sevgisi Mənim Həyatım və Psixoanalizdə görünür). O, Charcot-un mühazirələrini alman dilinə tərcümə edərək 1886-cı ildə nəşr etdirdi.
1886-cı ildə Parisi tərk edərək Berlinə getdi. Burada uşaq nevropatologiyası ilə maraqlanırdı.[22] O, Vyanaya qayıtdı və özəl tibblə məşğul olmağa başladı. 1886-cı ilin oktyabrında 4 il nişanlı olduğu Marta Bernaysla evlənir. O, əsəb xəstəlikləri və isteriya şikayətləri ilə ona müraciət edənlərə dövrün məşhur müalicə üsulları olan elektroterapiya və hipnozu tətbiq edib.
Psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənmişdir. "Psixodinamik" terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur.
Psixoanalitik müəlliflər kişi və qadın arasındakı psixoloji fərqlərə diqqət yetirir, lakin qadın gender rollarının inkişafı barədə çox vaxt kişi inkişafı ilə bağlı təsəvvürlərə əsaslanaraq ümumi nəzəri nəticə çıxarmağa cəhd göstərirdilər. Patriarxallıq motivləri başlıca əlamət kimi bütün psixoanalizdən keçir və qadın kiçilmiş kişi olaraq qəbul edilir.
Freydin başlıca nailiyyətləri arasında üç komponentli ("o", "mən" və "Super mən") quruluşa malik psixi model, şəxsiyyətin psixoseksual inkişafının spesifik mərhələləri, edip kompleksi, psixikada mövcud olan müdafiə mexanizmlərinin aşkarlanması, "təhtəlşüur" anlayışının psixologiyalaşdırılması, sərbəst assosiasiyalar və yuxuyozmalar kimi terapevtik metodların yazılanmasını qeyd etmək mümkündür.
Peşəkar kimi yetişməsi
redaktə1873-cü ildə Freyd Vyana universitetinin Tibb fakültəsinə daxil olur. Həmin illər ərzində onunla tələbə yoldaşları arasında milli zəmində konflitklər baş verirdi. Belə ki, həmin dövrdə Avstriyada antisemitizm meylləri güclənməkdə idi. Ziqmund anatomiya və kimya ilə maraqlanır, həmçinin məşhur fizioloq və psixoloq Ernst fon Brükkenin mühazirələrinə qulas asmağı sevirdi. Freyd həmçinin məşhur zooloq Karl Klausun dərslərinə gedirdi.
1882-ci ildə Freyd tibbi karyerasına Vyana Ümumi Xəstəxanasında başladı. Onun serebral anatomiya üzrə tədqiqat işi 1884-cü ildə kokainin palliativ təsirləri haqqında məqalənin nəşrinə səbəb oldu və onun afaziya ilə bağlı işi 1891-ci ildə nəşr olunan ilk kitabının əsasını təşkil edəcəkdi: Afaziya haqqında: Tənqidi araşdırma.[23] Üç il ərzində Freyd xəstəxananın müxtəlif şöbələrində çalışdı. Onun Theodor Meynert-in psixiatriya klinikasında və yerli sığınacaqda keçirdiyi vaxt klinik işə marağının artmasına səbəb oldu. Tədqiqatları onun 1885-ci ildə universitet müəllimi və ya nevropatologiya üzrə dosent vəzifəsinə təyin edilməsinə səbəb oldu. Bu vəzifə maaşsız idi, lakin ona Vyana Universitetində dərs demək hüququ verdi.[24]
1886-cı ildə Freyd xəstəxanadakı vəzifəsindən istefa verdi və "sinir xəstəlikləri" üzrə ixtisaslaşmış özəl klinikada işləməyə başladı. Həmin il o, Hamburqda baş ravvin olan İsaak Bernaysın nəvəsi Marta Bernaysla evləndi. [25]
8 dekabr 1897-ci ildə Freyd bütün həyatı boyu bağlı qaldığı Alman Yəhudi Mədəniyyəti B'nai B'rith adlı birliyi yaratdı. Freyd yuxuların təfsiri ilə bağlı çıxış etdi və bu iki il sonra ilk dəfə nəşr olunan eyni adlı kitabı praqnoz vermiş oldu.[26]
Peşəkarlaşması dövründə Freyd 1887-ci ildə ilk dəfə tanış olduğu Berlində yaşayan qulaq, burun və boğaz mütəxəssisi Wilhelm Fliess-in intellektual və mənəvi dəstəyini qiymətləndirdi. Fliess insan bioritmləri və nasogenital əlaqə haqqında olduqca ekssentrik nəzəriyyələr inkişaf etdirdi və bu gün o nəzəriyyələr yalançı elmi hesab olunur. O, seksuallığın müəyyən aspektlərinin – masturbasiya, cinsi əlaqənin kəsilməsi və prezervativdən istifadənin – o zamanlar “əsl nevrozlar” adlandırılan, ilk növbədə nevrasteniya və bəzi fiziki təzahür edən narahatlıq əlamətlərinin etiologiyası haqqında fikirlərini Freydlə bölüşdü.[27] Öz ideyaları üzrə yazışmalar apardılar və bu yazışmalarda o, Fliessin uşaq seksuallığı və biseksuallığı ilə bağlı fərziyyələrindən istifadə edərək, onu yenidən nəzərdən keçirdi. Onun zehnin sistematik nəzəriyyəsinə dair ilk cəhdi olan Elmi Psixologiya Layihəsi, Fliess ilə birlikdə metapsixologiya olaraq inkişaf etdirildi. Fliess təqdim etdikdən sonra o, sonda tərk edildi.[28]
Fliessi "biologiyanın Kepleri" adlandıran Freyd sonradan belə qənaətə gəldi ki, onun yəhudi dostuna olan sədaqətinin və nəticədə həm nəzəri, həm də klinik işini şişirtməsinin arxasında homoerotik bağlılığın və "xüsusən yəhudi mistisizminin" qalıqlarının birləşməsi dayanır. Fliess Freydin onun ümumi seksual dövrilik nəzəriyyəsini təsdiqləmək istəməməsindən qəzəbləndikdə və onu işinin plagiatında sövdələşmədə ittiham etdikdə onların dostluğu kəskin şəkildə sona çatdı. Fliess Freydin 1906-cı ildə Sexuallıq Nəzəriyyəsi Üzrə Üç Sınağın nəşri ilə bağlı əməkdaşlıq təklifinə cavab vermədikdən sonra onların münasibətləri bitdi.[29]
1885-ci ilin oktyabrında Freyd hipnozla bağlı elmi araşdırmalar aparan məşhur nevroloq Jan-Martin Şarko ilə çalışmaq almaq üçün üç aylıq təqaüdlə Parisə getdi. O, daha sonra bu təcrübəsini onu tibbi psixopatologiya praktikasına cəlb etməkdə və nevrologiya tədqiqatlarında maliyyə baxımından daha az perspektivli karyeradan uzaqlaşdırmaqda katalizator kimi xatırlayacaqdı.[30] Şarko tez-tez tamaşaçılar qarşısında səhnədə xəstələrlə göstərdiyi isteriya və hipnotik həssaslıq tədqiqatlarında ixtisaslaşmışdır.
Freyd 1886-cı ildə Vyanada təcrübəyə başladıqdan sonra klinik işində hipnozdan istifadə etməyə başladı. O, dostu və həmkarı Josef Breuerin təklifdən istifadə etmədiyi üçün öyrəndiyi fransız üsullarından fərqli olan bir hipnoz növünü mənimsədi.
Freydin ilk klinik tədqiqatlarının ardıcıl olmayan nəticələri onu sonda hipnozdan imtina etməyə vadar etdi və belə nəticəyə gəldi ki, xəstələri senzura və ya mane olmadan, ağıllarına gələn fikirlər və ya xatirələr haqqında sərbəst danışmağa təşviq etməklə simptomların daha ardıcıl və effektiv aradan qaldırılmasına nail olmaq olar. O, bu proseduru “sərbəst xatırlama” adlandırıb. Bununla əlaqədar olaraq, Freyd aşkar etdi ki, xəstələrin yuxuları şüursuz materialın mürəkkəb strukturunu aşkar etmək və simptomların formalaşmasının altında yatan repressiyanın psixi təsirini nümayiş etdirmək üçün səmərəli şəkildə təhlil edilə bilər. 1896-cı ilə qədər o, özünün yeni klinik metoduna və onun əsaslandığı nəzəriyyələrə istinad etmək üçün "psixoanaliz" terminindən istifadə edirdi.
Freydin bu yeni nəzəriyyələri inkişaf etdirməsi, 1896-cı ildə atasının ölümü ilə əlaqələndirdiyi bir "nevrasteniya" yaşamağıyla ürəyində ritm pozulması, narahatedici yuxular və depressiya yaşadığı dövrlərdə baş verdi.[31] Bu, onun öz arzularının və uşaqlıq xatirələrinin "özünü təhlilinə" səbəb oldu. Atasına qarşı düşmənçilik hisslərini və anasının rəğbətinə görə rəqib qısqanclığı kəşf etməsi onu nevrozların mənşəyi ilə bağlı nəzəriyyəsini əsaslı şəkildə yenidən nəzərdən keçirməyə vadar etdi.
Əvvəlki klinik fəaliyyətinə əsaslanaraq, Freyd erkən uşaqlıqda cinsi zorakılıqla bağlı şüursuz xatirələrin psixonevrozlar (isteriya və obsesifv nevroz) üçün zəruri ilkin şərt olduğunu irəli sürdü onun təhlillərinin işığında Freyd, hər nevrozun uşaq cinsi istismarının təsirləri ilə izlənilə biləcəyi nəzəriyyəsini tərk etdi və indi uşaq seksual ssenarilərinin hələ də səbəb-nəticə funksiyasına malik olduğunu, lakin onların real və ya xəyali olmasından asılı olmayaraq, hər iki halda onlar yalnız basdırılmış xatirələr kimi hərəkət etdikdə patogen olur.[32]
Freyd klinik metodunun təkamülünü təsvir etdi və isteriyanın psixogenetik mənşəyi haqqında öz nəzəriyyəsini irəli sürdü. 1895-ci ildə nəşr olunan İsteriya tədqiqatlarında (Jozef Breuerlə həmmüəllif) bir neçə hadisə tarixçələrində təsvir edilmişdir. 1899-cu ildə o, "Yuxu əsəri"ni nəşr etdi. Burada mövcud nəzəriyyəni tənqidi nəzərdən keçirdikdən sonra Freyd özünün və xəstələrinin istəklərini yerinə yetirilməsi baxımından təfərrüatlı bir şəkildə şərhlərini verdi və "Yuxuların yozumu"nu nəşr etdi. Sonra o, bu hesabın əsaslandığı psixi strukturun (şüursuz, şüurun əvvəli və şüurlu) nəzəri modelini ortaya qoyur. 1901-ci ildə qısaldılmış variantı olan "Yuxularda" nəşr olundu. Freyd ona daha geniş oxucu kütləsi qazandıracaq əsərlərdə öz nəzəriyyələrini klinik mühitdən kənarda "Gündəlik həyatın psixopatologiyası" (1901) və "Zarafatlar və onların şüuraltı ilə əlaqəsi" (1905) əsərlərində tətbiq etdi.[33] Freyd 1905-ci ildə nəşr olunan "Seksuallıq nəzəriyyəsi üzrə üç esse" uşaq seksuallığı haqqındakı nəzəriyyəsini geniş şəkildə inkişaf etdirir, "polimorf azğın"ın formalarını və onun seksual kimliyin formalaşmasında yaratdığı "impulsların" fəaliyyətini təsvir edir.[34] Elə həmin il o, onun daha məşhur və mübahisəli nümunə araşdırmalarından birinə çevrilən "İsteriya hadisəsinin təhlilindən fragmenti"ni nəşr etdi.[35] “Dora” nümunəsi kimi tanınan Freyd üçün bu tədqiqat isteriya ilə bağlı illüstrativ bir simptom və klinik fenomen köçürmənin əhəmiyyətini dərk etməsinə kömək etdi. Freyd özünün digər ilkin nümunə tədqiqatlarında "Siçan adam"la obsesiv nevrozun simptomologiyasını və "Kiçik Hans"la da fobiyanı təsvir etməyə başladı.
Ölümü
redaktə1939-cu ilin sentyabr ayının ortalarında Freydin çənə xərçəngi ona getdikcə şiddətli ağrılar verirdi və əməliyyat edilməsinin mümkünsüzlüyü elan edildi.
Əsərləri
redaktə- 1891 Afaziya
- 1895 İsteriya üzrə tədqiqatlar
- 1899 Yuxuların yozumu
- 1904 Gündəlik həyatın psixopatologiyası
- 1905 Zarafatlar və onların şüursuzluqla əlaqəsi
- 1905 Seksuallıq nəzəriyyəsinə dair üç esse
- 1907 Jensenin Qradivasında Aldanma və Xəyal
- 1910 Leonardo da Vinçi, Uşaqlığının Xatirəsi
- 1913 Totem və tabu
- 1915–1917 Psixoanalizə giriş
- 1920 Zövq Prinsipindən kənarda
- 1921 Qrup Psixologiyası və Eqonun Təhlili
- 1923 Eqo
- 1926 Lay təhlili sualı
- 1927 İllüziyanın Gələcəyi
- 1930 Sivilizasiya və onun narazılıqları
- 1939 Musa və təkallahlılıq
- 1940 Psixoanalizin xülasəsi
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118535315 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Sigmund Freud // KulturNav (ing.). 2015.
- ↑ 1 2 Фрейд Зигмунд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Sigmund Freud // Nationalmuseum. 1792.
- ↑ Kindred Britain.
- ↑ 1 2 http://www.tandfonline.com/doi/full/10.1080/10481885.2014.911601.
- ↑ 1 2 Freud, Sigmund, 1856-1939 // Olomouc City Library regional database (çeş.).
- ↑ Mannoni, Octave. Freud: The Theory of the Unconscious (ingilis). Verso Books. 2015-06-09. ISBN 978-1-78168-894-6.
- ↑ "Id, Ego, & Superego | Freud & Examples" (ingilis). 2024-01-25. 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
- ↑ Mannoni, Octave. Freud: The Theory of the Unconscious (ingilis). Verso Books. 2015-06-09. ISBN 978-1-78168-894-6.
- ↑ "The Challenge to Psychoanalysis and Psychotherapy". 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
- ↑ Poets, Academy of American. "In Memory of Sigmund Freud by W. H. Auden - Poems | Academy of American Poets". Poets.org (ingilis). 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
- ↑ "Ziqmund Freyd (1856-1939) kimdir? Kitab və araşdırmaları". personalar.az (az.). 2023-10-26. İstifadə tarixi: 2024-09-27.
- ↑ Hothersall, David. History of psychology. Boston : McGraw-Hill. 2004. ISBN 978-0-07-284965-3.
- ↑ Hothersall, David. History of psychology. New York : McGraw-Hill. 1995. ISBN 978-0-07-030512-0.
- ↑ "Freud, Sigmund (1856–1939), founder of psychoanalysis". Oxford Dictionary of National Biography (ingilis). doi:10.1093/ref:odnb/9780198614128.001.0001/odnb-9780198614128-e-55514. İstifadə tarixi: 2024-09-28.
- ↑ "Sigmund Freud - Psychoanalysis, Dreams, Death | Britannica". www.britannica.com (ingilis). 2024-09-19. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
- ↑ "Freud, Sigmund (1856–1939), founder of psychoanalysis". Oxford Dictionary of National Biography (ingilis). doi:10.1093/ref:odnb/9780198614128.001.0001/odnb-9780198614128-e-55514. İstifadə tarixi: 2024-10-02.
- ↑ "Freud Drug Use: Freud and Cocaine (Miracle Drug)". Psych Central (ingilis). 2011-08-10. İstifadə tarixi: 2024-10-02.
- ↑ "Freud's Relevance to Hypnosis" (PDF).
- ↑ "Sigmund Freud | Institute of Psychoanalysis". psychoanalysis.org.uk. İstifadə tarixi: 2024-10-02.
- ↑ "History of Aphasia". 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
- ↑ https://psychiatryonline.org/doi/10.1176/pn.41.8.0031 (#bare_url_missing_title).
- ↑ Crews, Frederick. "How Sigmund Freud Tried to Break and Remake His Fiancée". Literary Hub (ingilis). 2017-08-22. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-28.
- ↑ "Sigmund Freud and the B'Nai B'Rith". 2023-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-28.
- ↑ Masson, Jeffrey Moussaieff. The Assault on Truth (ingilis). Untreed Reads. 2012-03-07. ISBN 978-1-61187-280-4.
- ↑ Reeder, Jurgen. Reflecting Psychoanalysis: Narrative and Resolve in the Psychoanalytic Experience (ingilis). Karnac Books. 2002-05-16. ISBN 978-1-78049-710-5.
- ↑ "Geneve Gay". 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-03.
- ↑ "PEP | Browse | Read - Charcot and Freud: Some Implications of Late 19th Century French Psychiatry and Politics for the Origins of Psychoanalysis". pep-web.org. 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-03.
- ↑ "Sigmund Freud". www.jewishvirtuallibrary.org. 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-03.
- ↑ Forrester, John. The seductions of psychoanalysis : Freud, Lacan, and Derrida. Cambridge [England] ; New York : Cambridge University Press. 1990. ISBN 978-0-521-37243-5.
- ↑ Mannoni, Octave. Freud: The Theory of the Unconscious (ingilis). Verso Books. 2015-06-09. ISBN 978-1-78168-894-6.
- ↑ Mannoni, Octave. Freud: The Theory of the Unconscious (ingilis). Verso Books. 2015-06-09. ISBN 978-1-78168-894-6.
- ↑ Bernheimer, Charles; Kahane, Claire. In Dora's case : Freud--hysteria--feminism. New York : Columbia University Press. 1985. ISBN 978-0-231-05910-7.
Xarici keçidlər
redaktə- [1] Ziqmund Freyd / Psixoanaliz / Freydin din haqqında fikirləri və həyatı
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |