Ziya Sixlinski - Wikipedia
Ziya Şıxlinski — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi[1], Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Ziya Şıxlinski | |
---|---|
Ziya Ənvər oğlu Şıxlinski | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Ənvər Şıxlinski |
Fəaliyyəti | Rejissor |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəŞıxlinski Ziya Ənvər oğlu 1951-ci il mayın 18-də Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1968-ci ildə 160 saylı orta məktəbi bitirərək, həmin il ADU-nun filologiya fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı bitirmişdir. Bir müddət "Azərbaycanfilm" kinostudiyasında işləmiş, bir sıra filmlərin çəkilişi zamanı rejissor assistenti və ikinci rejissor kimi iştirak etmişdir, 1985–87-ci illərdə "Sovet Azərbaycanı" və "İncəsənət və gənc nəsil" kinojurnallarında rejissor kimi fəaliyyət göstərmişdir. 1987–89-cu illərdə Moskvada ikiillik Ali Rejissorluq kursunda oxumuşdur.
Yaradıcılığı
redaktəBudapeşt, Novoçerkask, Praqa, Əfqanıstan, Alma-Ata, Tbilisi və Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğınlara həsr olunmuş "Ruslar müharibə istəyirmi?" (1990), general Əli ağa Şıxlinskiyə həsr olunan "Artilleriyanın allahı sayılırdı" (1996), Azərbaycan ərazisində yaşamış almanlara həsr olunan "Bir həsrət nəğməsi" (1997) və xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş "Ayrılan yollar" (1997) sənədli filmlərini çəkmişdir. Digər sənədli filmləri: "Şopenin qayıtması" (1998), "8 dəqiqə yarımlıq düşüncə" (1999), "Doğma yer yoxdur" (2003), "Həyat mənbəyi" (2005), "Həyatın izləri" (2006), "İbadət" (2007), "Azərbaycan motivləri" (2008), "Azərbaycan musiqisi" (2009), "Dünyaya açılmış pəncərə", "Onun böyük ürəyi", "Ürəkdən çəkən rəssam" (2010), "Fotorəssam" (2011).
Mükafatları
redaktə2011-ci ildə Milli Kino Günü münasibəyilə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi" fəxri adı ilə təltif olunmuşdur. Ziya Şıxlinski hal-hazırda Cəfər Cabbarlı adına kinostudiyada çalışır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[2]
Filmoqrafiya
redaktə- Ağır illərin xronikası[3]
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — rejissor assistenti
- Artilleriyanın allahı sayılırdı (film, 1996)
- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Ayrılan yollar
- Azərbaycan motivləri (film, 2008)
- Azərbaycan musiqisi (film, 2009)
- Bir həsrətin nəğməsi (film, 1997)
- Bizi bağışlayın (film, 1979)
- Dairə (film, 1989)
- Dədə Qorqud (film, 1975)
- Dərviş Parisi partladır (film, 1976)
- Doğma diyar (film, 2003)
- Əlavə iz (film, 1981)
- İthaf (film, 2014)[4]
- Onun bəlalı sevgisi (film, 1980)
- Ruslar müharibə istəyirmi? (film, 1990)
- Səkkiz dəqiqə yarımlıq düşüncə (film, 1999)
- Şir evdən getdi (film, 1977)
- Şopenin qayıtması (film, 1998)
- Ürəklə şəkil çəkən rəssam[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan motivləri" sənədli filminin çəkilişləri yekunlaşıb Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine. Səs.- 2008.- 7 avqust.- S. 12.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- ↑ "Ağır illərin xronikası": [Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Müdafiə Nazirliyinin Muzeyində rejissoru Ziya Şıxlinski olan eyniadlı sənədli filmin premyerası keçirilmişdir] //Mədəniyyət.- 2013.- 28 iyun.- S. 6.
- ↑ Əliş Ləmbəranski haqqında sənədli filmin təqdimatı: [Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rejissor Ziya Şıxlinskinin "İthaf" adlı sənədli filminin premyerası olub] //Mədəniyyət.- 2014.- 10 oktyabr.- S.4.
- ↑ Məşhur azərbaycanlı rəssam haqqında film çəkilir: [Rejissor Ziya Şıxlinskinin görkəmli rəssam Tahir Salahova həsr etdiyi "Ürəklə şəkil çəkən rəssam" adlı filmi haqqında] //Kaspi.- 2010.- 19 may.- S. 16.
Mənbə
redaktə- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- "Mən filmlərimi hissiyyatla çəkmişəm" "Mövqe" qəzeti. 14–16 noyabr 2009. səh. 13.