Zond Adalari - Wikipedia
Zond Adalari - Wikipedia - Haqqında Məlumat
Zond adaları (ind. Kepulauan Sunda, sun. Kapuloan Sunda) — Cənub-Şərqi Asiyada Malay və Yeni Qvineya yarımadaları, eləcə də, Hind və Sakit okeanları arasında geniş arxipelaq. Tərkibinə bir neçə böyük və minlərlə kiçik ada daxildir. Bu adaların çox hissəsi İndoneziyaya, Kalimantan adasının şimal hissəsi isə Şərqi Malayziyaya, çox da böyük olmayan bir hissəsi isə Bruney dövlətinin ərazisini təşkil edir. Timor adasının bir hissəsi isə 2002-ci ildən etibarən Şərqi Timor dövlətinə aiddir.
Zond adaları | |
---|---|
ind. Kepulauan Sunda, sundan Kapuloan Sunda | |
Ümumi məlumatlar | |
Adaların sayı | 3000-dən çox |
Ən böyük adası | Kalimantan |
Ümumi sahəsi | 1700000 km² |
Hündür nöqtəsi | 4095 m |
Əhalisi | 244.900.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
2°00′ c. e. 110°00′ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|