On Asiya - Wikipedia
Ön Asiya,[2] Qərbi Asiya və ya Cənub-Qərbi
Ön Asiya | |
---|---|
29°10′00″ şm. e. 47°36′00″ ş. u.HGYO | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur.
Müasir siyasi bölgü
redaktəHazırda bu region aşağıdakı ölkələri əhatə edir:
Coğrafi mövqeyi
redaktəFiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır. Ön Asiya yayalaları çox parçalanmış relyefe malikdir.Yüksək dağ silsilələri dərin çökəkliklərdə növbələşmişdir.Ön Asiya yaylaları Kaynazoy yaşlı Alp-Himalay fəal dağlıq və seysmik qurşağının bir hissəsini təşkil edir.Bunu regionda baş verən güclü zəlzələlər sübut edir. Ərəbistan yarımadası qədim Afrika-Ərəbistan platformasına daxildir.Ərəbistan yayalasını İran yayalasından ayıran əyilmə (çökmə) sahəsində Mesopotamiya ovalığı yerləşir.Ovalıq Dəclə və Fərat çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüşdür. İqtisadi coğrafi mövqeyi. Cənub Qərbi Asiya qədim mədəniyyət mərkəzlərindən biridir.Dünyanın dörd ən geniş yayılmış dinlərindən üçü (yəhudi,xristian,islam dinləri) burada yaranmışdir.Onun tərkibinə daxil olan on altı ölkə dünya ərazisinin 4,7%-ni tutur.Regionun simasını ilk növbədə onun əlverişli mövqeyi və zəngin neft yataqları müəyyən edir. İqtisadi coğrafi mövqeyinin başlica əlaməti üç qitənin yolayrıcında ,mühüm hava və dəniz yollarının (Bosfor,Dardanel,Ba-ül-Məndəb boğazları ,Süveyş kanalı) kəsişdiyi terdə yerləşmişdir.Belə coğrafi mövqe Cənub-Qərbi Asiya xalqlarının siyasi və iqtisadi həyatına əsəslı təsir göstərmiş və onun tərkibində Mesopotamiya (Dəclə və Fərat çayları arasında),Levant (Aralıq dənizi sahilində) kimi tarixi vilayətlərinin yaranmasına səbəb olmuşdur.Siyasi cəhətdən Cənub-Qərbi Asiya həmişə dünyanın ən narahat regionlarından biri "barıt çəlləyi" olmuşdur.İndi də regionda siyasi veziyyət qeyri-sabitdir. Yaxın Şərq,İraq-Qərb,kürd,Kipr problemlərinin uzun müddət həll olunmaması regionda siyasi gərginlik yaradır.Cənub-Qərbi Asiya regionunu Afrikanın Şimalında yerləşən Misir və Sudanla birlikdə,Həm də Yaxın və orta Şərq adlandırırlar.OrtaŞərqə yalnız İran və Əfqanıstan aid edilir.
Əhali
redaktəRegionun əhalisinin 80%-ni türklər,ərəblər və farslar təşkil edir. Başqa xalqlar arasında kürdlər,yəhudilər,bəluçular üstünlük təşkil edir.İslam dini və əxlaqının rolu güclü olan regionda əhalinin təbii artımı yüksəkdir(hər 1000 nəfərə ildə 28–30 nəfər). İslam aləmində müqəddəs sayılan dini mərkəzlərin hamısı –Məkkə,Mədinə(Səudiyyə Ərəbistanı),Kərbəla,Nəcəf (İraq),Məşəd,Qum (İran),Məzari Şərif (Əfqanıstan),Qüds(İsrail) Cənub –Qərbi Asiyadadır. Regionda əhalinin orta sıxlığı (1 kvadrat kilometrdə 37 nəfər) təxminən orta dünya göstəricisinə bərabərdir.Lakin ərazi üzrə əhali olduqca qeyri-bərabər yerləşmişdir. Fars körfəzi,Qara və Aralıq dəniz sahillərində,çay vadilərində və vahələrdə əhali sıx məskunlaşmışdir. Cənub-Qərbi Asiya ölkələrində urbanizasiya səviyyəsi yüksəkdir.Əfqanıstan,Yəmən və Oman istisna olmaqla,regionun bütün ölkələrinin əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır.Ən iri şəhərləri Tehran,İstanbul,Ankara,Bağdad,İzmir,İsfahan,Dəməşq,Ər-Riyad ,Təbriz və başqalarıdır.
İqlim
redaktəRegion tropik və subtropik iqlim qurşaqlarında yerləşmişdir: Tropik iqlim-quru və qızmarlığı ilə seçilir.Tropik hava kütlələri (Th) hökmrandır. Yüksək atmosfer təzyiqinin hakim olması il boyu aydın və buludsuz hava şəraitinin yaranmasına,bu isə öz növbəsində sutka ərzində tempratur amplitudasının 40c-yə çatmasına səbəb olur.Mümkün buxarlanma kəmiyyəti 2000 mm-ə çatır.İl ərzində (hətta bir neçə ildə ) 1–2 dəfə yağan yağıntının miqdarı 50–100 mm-ə çatır.Havanın temperaturu gündüz +42c-yə çatdığı halda gece −2c-yə çatır.Temperatur il boyu az dəyişir. Qış ayları seçilir. Tropik iqlim qurşağı bir-birindən kəskin fərqlənən iki vilayətə ayrılır. Belə ki,okean üzərində güclü buxarlanma havada rütabətin artmasına səbə olur-rütubətli tropik iqlim tipi yaranır. Quru üzərində isə səhra iqlimi hakim olur. Subtropik iqlim-Temperatur və yağintıların paylanması il boyu aydın seçilən fəsli rejimə malikdir.Yayda quru isti tropik,qışda isə mülayim rütubətli mülayim hava kütlələri hökmran olur. Okeanların təsiri burada az hiss olunur. Yalnız Aralıq dənizi sahillərində qışda Atlantik okeanının təsiri hiss olunur. Cənub-Qərbi Asiyanın ayrı-ayrı hissələrinin iqlim şəraitində fərqlər olsa da, onlar üçün ümumi cəhət quraq iqlimin olmasıdır.Regionda ilin çox hissəsində quru və isti tropik hava hakim olur.Ərəbistan yarımadası daha quraq iqlimə malikdir.Onun cənub hissəsində havanın temperaturu +45,+55c-yə qədər çatır,yağıntı isə demək olar ki,çox az düşür.Ümumiyyətlə,Cənub-Qərbi Asiya materikin ən quraq regionudur.Düzənliklərdə əsən güclü isti,quru səmum küləyi qum və toz fırtınaları yaradır. Yaylalarda isə iqlim kontinentaldır, qış davamlı və soyuq keçir. Aralıq və Qara dəniz sahillərində yağıntıların miqdarı daha çoxdur. Həmin ərazilərdə qışı mülayim və yağıntılı Aralıq dənizi iqlimi hakimdir. Regionda çay şəbəkəsi zəif inkişaf etmişdir. Ön Asiya yaylalarının nadir çayları qısa və azsuludur. Ərəbistan yarımadasının bəzi yerlərində isə vadi adlanan quru dərələr mövcuddur. Böyük qumlu səhralarda vahələrə də rast gəlinir. Mesopotamiya ovalığında regionun ən iri çayları (Dəclə və Fərat) axır. Bu çaylar mənsəblərindən 200 km yuxarıda birləşərək,Şətt-əl-Ərəb çayını əmələ gətirir.Çayların suyundan suvarmada geniş istifadə olunur. Regionda ara-sıra kiçik axarsız duzlu göllərə təsadüf edilir. Buradakı Ölü dəniz dünyada ən duzlu göl və okean səviyyəsindən ən aşağıda (405m) yerləşən çökəklikdir.
Təbii ehtiyatları və sənayesi
redaktəSənayenin inkişafı üçün təbiət Cənub-Qərbi Asiya regionuna qiymətli sərvətlər bəxş etmişdir. Zəngin neft və təbii qaz resurslarından başqa,region ölkələri filiz,qeyri-filiz və qiymətli metal sərvətlərinə malikdir. Xrom (Türkiyə),xörək duzu(İordaniya),təbii kükürd və fosforit(İraq) ehtiyatı dünya əhəmiyyətlidir.İran dəmir filizi,Türkiyə mis filizi ilə zəngindir. Neft və təbii qaz emalını,həmçinin bu xammal növlərilə əlaqədar istehsal sahələrini çıxmaq şərtilə,Cənub-Qərbi Asiyanın emaledici sənayesi hələ zəif inkişaf etmişdir.Emaledici sənayenin müxtəlif sahələrinin ,o cümlədən maşınqayırmanın inkişaf sürətinə görə İsrail,Türkiyə və İran fərqlənir.Toxuculuq sənayesi xüsusuilə Türkiyə,İraq və Suriyada inkişaf etmişdir.Regionda ənənəvi kustar sənətkarlıq,xüsusuilə məhsulları bir çox ölkələrə ixrac edilən xalçaçılıq (İran,İraq,Əfqanıstan,Türkiyə və s.) fərqlənir.Emaledici sənayenin başlıca mərkəzləri İstanbul,Bağdad,İsfahan,Təl-Əviv,İzmir,Dəməşq,Ər-Riyad,Küveyt və başqa şəhərlərdir. İran.Ölkə faydalı qazıntılarla (dəmir,mis filizi və s.) zəngindir.Neft və təbii qaz ehtiyatları isə dünya əhəmiyyətinə malikdir.Sənayenin inkişafı üçün ölkədə bir sıra imkanların olmasına baxmayaraq ,onun artım sürəti sənaye məhsullarına olan tələbatı tam ödəyə bilmir.İran iqtisadiyyatının sürətli inkişafına mane olan amillərdən biri enerji istehsalının məhdudluğudur.İstehsal olunan enerjinin 2/3 hissəsi İES-in üzərinə düşür.Son illər Rusiyanın köməkliyi ilə Buşir şəhərindəki AES-in istehsal gücü artırılır. Neft-qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir və dövlətin valyuta gəlirinin 90%-ni verir.Bu sahə İran Milli Neft Şirkətinə məxsusdur.Ölkənin cənubu,cənub-qərbi və şimal-qərbi neft və qazala zəngindir.Ən böyük neft emalı zavodları Abadan və Tehran sənaye rayonlarındadır. Metalurgiya yerli xammala əsaslanır.İsfahan şəhərində tam dövriyyəli qara metallurgiya müəsssisəsi fəaliyyət göstərir.Əlvan metallurgiya zavodlarında əsasən mis və alüminium istehsal edilir.Maşınqayırma sənayesinin inkişafında AFR və Böyük Britaniyaya məxsus şirkətlərin fəaliyyəti böyükdür. Ərəb ölkələri.Neft və təbii qaz,xurma ağacları Cənub-Qərbi Asiyanın ərəb ölkələrinin iqtisadi rəmzidir. Dünya əhəmiyyətli neft və təbii qaz ehtiyatları Səudiyyə Ərəbistanında ,İraqda,Küveytdə ,BƏƏ-də,həm də Bəhreyndə təmərküzləşmişdir.Qatar təbii qaz ehtiyatları ilə zəngindir(ehtiyatlarına görə Rusiya,ABŞ və İraqdan sonra dördüncü yeri tutur).Məhz bu resurslarla əlaqədar regionun bütün ölkələrində neft emalı ,neft-kimya sənayesi inkişaf etmişdir.Son illər,xüsusilə Qatarda təbii qazın mayeləşdirilməsi üzrə iri müəssisələr tikilmişdir.Alüminium istehsalı regionun sənaye sahələri arasında əhəmiyyətinə görə ikinci yerdədir.Bu sahənin inkişafına əsasən təbii qazla işləyən İES-də alınan ucuz elektrik enerjisi(Şuranın üzvü olan ölkələrin əksəriyyətində adambaşına 12–15 min kwt/saat elektrik enerjisi istehsal olunur) geniş imkan açır.Alüminium istehsalının iri müəssisələri Manama,Doha,Dubay və.b.şəhərlərdir. Emaledici sənayenin digər mərkəzləri Dəməşq,Bağdad,Küveyt və Ciddədir.
Kənd təsərrüfatı
redaktəRegionda səhra və yarımsəhra landşaftının üstünlük təşkil etməsi suvarma əkinçiliyinin ,köçəri və yarımköçəri heyvandarlığın tarixən inkişafına səbəb olmuşdur.Yayda quru və isti xəmsin(ərəbcə "50" deməkdir) və səmum ("Odlu külək") küləkləri təsərrüfata böyük ziyan vurur.Çayların (Fərat,Dəclə,Qızıl İrmaq,Harum,Kür,Araz və s.) və yeraltı suların suvarma üçün olduqca böyük əhəmiyyəti var. Regionun Kipr adasında,Livan,İsrail və Suriyanin Aralıq dənizi ,Türkiyənin Qara və Mərmərə dənizlərinin ,İranın Xəzər dənizi sahillərinin ensiz zolağında rütubətli subtropik iqlim hakimdir. Bu zolaqlar regionda kiçik sahələr tutsalar da, kənd təsərrüfatında mühüm rol oynayırlar. Cənub-Qərbi Asiyanın kənd təsərrüfatında əkinçilik üstünlük təşkil edir.Bu sahədə istehlak bitkilərinin yetişdirilməsi (taxıl,tərəvəz) başlıca yer tutur.Əkin sahələrinin bir hissəsi üzümlük ,meyvə bağları,pambıq plantasiyaları ,səhra və yarımsəhraların vahələrində xurma ağacları ilə tutulmuşdur.Kənd təsərrüfatı məhsullarından qiymətli qaragül dərisi (Əfqanıstan) ,xurma(İraq) ,kişmiş və fındıq (Türkiyə),sitrus bitkiləri (Livan,İsrail,Suriya,Türkiyə),badam,zəfəran,püstə (İran),pambıq(Türkiyə ixrac edilir.Ərəbistan yarımadasında yerləşən ərəb plkələrinin əksəriyyətinin aqroiqlim şəraiti kənd təsərrüfatı üçün əlverişli deyil.Yalnız Aralıq dənizi sahilində (Livan,Suriya),Ərəbistan yarımadasının cənubunda (Yəmənin cənubunda) və Mesopotamiya ovalığında müxtəlif bitkilərin (dənli,sitrus,tərəvəz və s.) yetişdirilməsi üçün əlverişli şərait var.Səhra və yarımsəhralarda xurma ağacları geniş sahələr tutur.Son vaxtlar yeraltı sulardan istifadə etməklə səhra ölkələrində əkin sahələri genişləndirilir.Bu sahələrdə sitrus bitkiləri,tərəvəz,gül,hətta Avropa ölkələrinə ixrac edilən çiyələk də yetişdirilir.(BƏƏ-də). Taxıl təsərrüfatının inkişafında xüsusilə Səudiyyə Ərəbistanı böyük nailiyyətlər əldə etmişdir.Müasir irriqasiya sisteminin yaradılması,dünyada ən yaxşı taxıl toxumlarından,qabaqcıl aqrotexnikadan istifadə bu ölkə səhra şəraitində nəinki əhalinin taxıla olan tələbatını təmin etmiş,hətta onun ixracatçısına çevrilmişdir. Ümumiyyətlə,demək olmaz ki,Ərəbistan səhralarının təbii mənzərəsi tamamilə yekrəng və cansıxıcıdır.İndi səhralara "hücum" edilir,burada yeni-yeni sənaye müəssisələri,fermalar,yaşayış qəsəbələri salınır.Səhralarda uzanan neft buruqlarını,sənaye müəssisələrini tez-tez tünd yaşıla bürünmüş vahələr əvəz edir.Vahələr səhraya sərilmiş yaşıl xalçaya bənzəyir və ətrafa gözəllik verir. Regionun dağlıq ərazilərində (İraqın şimalında) davar,qaramal,Mesopotamiyanın bataqlıq ərazilərində camış saxlanılır.Sahil bölgələrdə isə balıq ovlanır,mirvari çıxarılır.
Nəqliyyatı
redaktəRegionun xarici əlaqələrində dəniz nəqliyyatı əsas rol oynayır. Regionun ən iri portları İran körfəzində (Küveyt,Dubay,Əbu-Dabi),Qara dənizdə (İatanbul,İzmir,İzmit,İsgəndərun) və Aralıq dənizində (Hayfa) yerləşir. Dəmiyol nəqliyyatı zəif inkişaf etmişdir.Dəmiryol şəbəkəsi Aralıq dənizinin sahil bölgələrində,Türkiyə və İranda sıxdır.Daxili yükdaşımada avtomobil nəqliyyatı mühüm rol oynayır.Son illər neft və təbii qaz hasilatı rayonlarını dəniz portları ilə birləşdirən boru kəməri xətləri çəkilir.Hava nəqliyyatı inkişafı etdirilir. Cənub-Qərbi Asiya ölkələrinin xarici ticarəti başlıca olaraq İEÖ-ə istiqamətlənmişdir.İxracatında neft və neft məhsulları,mayeləşdirilmiş qaz,əlvan metallar,yüngül sənaye və ənənəvi kənd təsərrüfatı məhsulları ,idxalatında isə sənaye məhsulları üstünlüktəşkil edir. Hələ qədim zamanlarda mühüm ticarət yolları (Şah yolu,İpək yolu) İranın ərazisindən keçirdi.Müasir dövrdə asfalt örtüklü mühüm magistrallar fəaliyyətdədir.Yükdaşımanın 80%-i avtomobil nəqliyyatının payına düşür.Transiran dəmiryolun iqtisadi əhəmiyyəti böyükdür. İranla Azərbaycan arasında Xudafərin körpüsünün (Araz çayı üzərində) açılması hər iki istiqamətdə yük avtomobillərinin müntəzəm hərəkətinə imkan verir.Baki-Təbriz marşurutu üzrə beynəlxalq sərnişin qatarlarının işlənməsi də nəzərdə tutulmuşdur. Ölkənin xarici ticarət əlaqələrində dəniz nəqliyyatından geniş istifadə olunur.Ən mühüm portları Ənzəli,Bəndər,Xomeyni,Bəndər-Abbas,Buşehrdir.Xark və Abadan neft daşınan portlardır.Boru-kəmər nəqliyyatının inkişafı neft və qaz sənayesi ilə bağlıdır.
Mənbə
redaktəM.A.MüseyibovE.K.ƏlizadəN.S.Seyfullayev"YERŞÜNASLIQ"
Xarici keçidlər
redaktə- Middle East, West Asia, National Geographic Style Manual, National Geographic Society
- ↑ (unspecified title). World Bank Open Data.
- ↑ Хәнҹәр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 78.