Yemen - Wikipedia
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir .[2] Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır.[3]
Yəmən | |||||
---|---|---|---|---|---|
الجمهوريّة اليمنية | |||||
| |||||
الله ،الوطن، الثورة، الوحدة, God, Country, Revolution, Unity, Бог, държава, революция, единство, Duw, Gwlad, Chwyldro, Undod | |||||
Himn: Vahid Respublika (ərəb. الجمهورية المتحدة) |
|||||
Tarixi | |||||
• Yəmən Xalq Demokratik Respublikasın və Yəmən Ərəb Respubikası arasında | 22 may 1990 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Səna | ||||
İdarəetmə forması | Prezident respublika | ||||
Prezident | Rashad al-Alimi | ||||
Baş nazir | Ahmad Awad bin Mubarak | ||||
Sahəsi | Dünyada 50-ci | ||||
• Ümumi | 527970 km² | ||||
Əhalisi | |||||
• Əhali | 27 milyon nəfər (49-cu) | ||||
• Siyahıyaalma (16.XII.2004) | 19 684 603 nəf. | ||||
• Sıxlıq | 51 nəf./km² | ||||
Valyuta | Yəmən rialı | ||||
İnternet domeni | .ye | ||||
ISO kodu | YE | ||||
BOK kodu | YEM | ||||
Telefon kodu | +967 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dini vəziyyət
redaktəYəmən Ərəb Respublikası müsəlman ölkəsidir. Əhalisinin əksəriyyətini sünni müsəlmanlar təşkil edir, lakin Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrdə şiə müsəlmanlar da yaşayırlar.
İqtisadiyyat
redaktəYəmən iqtisadiyyatı əkinçilik və heyvandarlığa əsaslanır. İşləyən əhalinin 71,5%-i əkinçiliklə məşğul olur. Taxıl, pambıq, xurma, banan, darı, qəhvə, müxtəlif növ meyvə və tərəvəzlər əsas əkinçilik məhsullarıdır. 1992-ci ildə 820 min ton taxıl, 80 min ton paxlalı bitkilər, 320 min ton meyvə və 560 min ton tərəvəz istehsal olunmuşdur. Eyni ildə ölkədə təqribən 100 min baş dəvə, 1 milyon 200 min baş inək, 3 milyon 850 min baş qoyun və 2 milyon 250 min baş keçi vardı. 1991-ci ilə 86 min ton balıq və digər dəniz məhsulları ovlanmışdır. Şimali Yəməndə ildə orta hesabla 65 min ton duz istehsal olunur. Cənubi Yəməndə neft və təbii qaz hasil olunur. Yəmən bunlardan başqa önəmli bir təbii sərvətə sahib deyildir. 1992-ci ildə neft hasilatı 69 milyon barel olub. 1993-cü ildə açıqlanan neft ehtiyatları 2 milyard 10 milyon barel, təbii qaz ehtiyatları isə 430 milyard m³idi.[4]
Vətəndaş müharibəsi
redaktəYəməndə vətəndaş müharibəsi 2004-cü ildə alovlanıb. İmam Əbdül Malek əl-Husinin (عبدالمالک حوثی) başçılıq etdiyi şiə üsyançıları rəsmi Sananın siyasətinə qarşı üsyan qaldırıblar. Bundan sonra şimaldakı Saad əyalətində döyüşlər başlayıb. Üsyançıları isə İran və "Hizbullah" tərəfindən dəstəklənirlər[5].
2012-ci il fevral ayının 27-də Səna şəhərində Yəmənin yeni Prezidenti Əbdürəba Hadinin (عبد ربه هادي) təntənəli inaqurasiya mərasimi keçirilmişdir.
Xarici siyasəti
redaktəYəmən Respublikası 26 iyun 2014-cü ildə tarixində Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmuşdur.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 2 // Constitution of Yemen.
- ↑ "Yəmən Mərkəzi Statistika Təşkilatı : 2003 – cü ildə Yəmənin əhalisi təxminən 30.2 milyon nəfər olmuşdur". 2013-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-24.
- ↑ "Ən təhlükəli və kasıb ölkələrdən biri". 2013-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.
- ↑ Department of Economic and Social Affairs Population Division (2009)
- ↑ "Yəmənlilər Səudiyyə Ərəbistanının bir hissəsini zəbt ediblər". 2009-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-04.
- ↑ Yəmən ÜTT-nin tamhüquqlu üzvü oldu Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine. wto.az, 26. iyun 2014 (az.)