Ehmed Tekudar Xan - Wikipedia
Əhməd Təkudar xan (1247 – 10 avqust 1284, Marağa, Şərqi Azərbaycan ostanı) — Hülaku xanın Kutuy xatundan olan 7-ci oğlu və Abaqa xanın qardaşı.
Təkudar xan | |
---|---|
| |
21 iyun 1282 – 10 avqust 1284 | |
Əvvəlki | Abaqa xan |
Sonrakı | Arqun xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Marağa |
Fəaliyyəti | suveren[d] |
Atası | Hülakü xan |
Anası | Kutuy xatun |
Ailəsi | Çingizlilər, Elxanlılar sülaləsi |
Dini | Buddizm, sonra İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1247-ci ildə Hülaku xan və Kutuy xatunun oğlu olaraq doğulmuş, Papa IV Nikolas şərəfinə Nikolas adı verilmişdir, nestorian kimi böyümüşdür.
Taxta çıxması
redaktəAbaqa xanın 1282-ci ildə Həmədanda vəfat etməsindən sonra xanədan qadınları, şahzadələr və böyük moğol əmirləri yas mərasimi üçün Marağa şəhərində Cağatu adlı yerə toplaşdılar və daha sonra moğol adətinə uyğun olaraq kimin xan seçilməsi üçün qurultay keçirdilər. Qurultayın qərarına əsasən özündən əvvəlki Elxani hökmdarlarından fərqli olaraq İslam dini inancına sahib olan, Hülakü xanın Kutuy xatundan olan yeddinci oğlu Təkudar xan Sultan titulu və Əhməd adını qəbul edərək 1282-ci ilin mayın 6-da Aladağda Elxani hökmdarı oldu.
Hökmdarlığı
redaktəDaxili siyasəti
redaktəHakimiyyət əsasən xanın anası Kutuy xatun və əmir Aşiqin əlində toplanmışdı. İslamı dövlət dini elan etmiş Sultan Əhməd yeni dinin qaydalarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməyə başlayır. Belə ki, onun ilk tədbirlərindən biri hələ Hülakü və Abaqa xan zamanında baş vəzir olan və rəqibi Məcüdülmülk tərəfindən Abaqa xanı zəhərləməkdə, Misir məmlükləri ilə gizli anlaşmada və dövlət əmlakını mənimsəməkdə ittiham edilən əqidəcə müsəlman olan Şəmsəddin Cüveyni və qardaşı məşhur tarixçi Ata Məlik Cüveyniyə bəraət verməsi oldu. Əhməd xan həmçinin Şəmsəddin Cüveynini əvvəlki kimi sahibdivan vəzifəsinə təyin edərək, qardaşı Ata Məlik Cüveyniyə də, Bağdadın valisi vəzifəsini verdi. Bununla kifayətlənməyən sultan onların rəqibi Məcüdülmülkü isə Arqun xanla gizli ittifaqda günahlandıraraq edam edilməsi haqqında yarlıq verdi. Bundan əlavə, Sultan Əhməd köməkçisi Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə imam və üləmaya, dini ibadət yerlərinə vəqflər təyin edərək, müqəddəs yerlər olan Məkkə və Mədinəyə zəvvarların həcc mərasimini təhlükəsiz və rahat şəkildə həyata keçirliməsi üçün şərait yaratdı.
Xarici siyasəti
redaktəXarici siyasətdə əsas diqqəti Misir Məmlükləri ilə illərdir davam edən münasibətlərə yönəltdi. İlk əvvəl 1282-ci ildə taxta çıxmadan əvvəl Məmlük sultanı Qalavunun yanına elçi göndərən Təkudar xan məktubunda İslam dinini qəbul etdiyini və sülh bağlamaq istədiyini bildirir, lakin Sultan Qalavun bu elçi heyətini qəbul etmir və öz elçiləri ilə yazılı cavab yollayaraq bildirir ki, sülhün şərtlərini danışmaq üçün Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə yeni elçi heyəti göndərsin. 1283-cü ildə yola düşən Şeyx Əbdürrəhman rəhbərliyindəki heyət sultanın hüzuruna çxımaq üçün 6 ay gözləməli olur. Yeni məktub daha dostyanə üslubla sülh və ittifaq təklif edirdi. Təkudarın İslamı qəbul etməsi və Məmlüklərlə əlaqələr yaratma cəhdləri müsəlman təbəəsi tərəfindən sevinclə qarşılansa da, moğol aristokratiyası tərəfindən yaxşı qarşılanmadı.[1]
Qonqkurtayla münasibətlər
redaktə1282-ci ilin iyununda xan öz kiçik qardaşı, Hülakünün 9-cu oğlu Qonqkurtayı Kiçik Asiya valisi təyin etdi. Bu arada Arqun xan hakimiyyətə qarşı çıxmağa başlamışdı. Arqun və Qonqkurtayın birlikdə olduğundan şübhələnən Təkudar xan, Qonqkurtayı 18 yanvar 1284-cü ildə əlaltıları ilə birlikdə, Qarabağında edam etdirdi.
Arqun xanla münasibətlər
redaktəHələ 1282-ci ildə qurultay zamanı şahzadələrdən Qonqkurtay, Hülacü və Cuşqab, əmirlərdən Şiktur Noyan, Suncaq Aka, Arab və Qarabuğay Abaqanın qardaşı Təkudarın namizdədliyini uyğun hesab etdikləri halda, Olcay xatun Hülakü xanın digər oğlu Mengü Timuru dəstəkləyirdi, lakin məşhur moğol əmirlərindən Əmir Buğa, Aruq və Ağbuğa isə hələ Abaqa xanın sağlığında vəlihəd elan etdiyi oğlu şahzadə Arqunu dəstəkləyirdilər. Fəzlullah Rəşidəddin xəbər verir ki, yaranmış vəziyyətin mürəkkəb olduğunu görən, əmirlərdən daha üstün zəka və bacarığa sahib olan Şişi Bəxşi, Arquna "sənin və bizim xeyirimiz və bu qövmün arasında canımızın sağ qalması üçün münasib olan Təküdərin xanlığına razı olmağındır" dedi.[2] kifayət qədər orduya sahib olmadığı üçün şahzadə Arqun da bu təkliflə razı oldu . Bu zaman atası Abaqa xanın xəzinəsini almaq üçün Siyahkuha gedən şahzadə Arqun iki minlik bir qüvvə ilə geri qayıdan zaman Sultan Əhmədin taxta çıxmaq mərasiminin artıq keçirildiyini görəndə, bundan incidi, lakin Sultan Əhməd ona iyirmi ədəd, və onu dəstəkləyən əmirlərdən Bayduya isə iki ədəd baliş (pul vahidi) bağışlayaraq öz iqamətgahına yola saldı. Qonqkurtayın ölümündən sonra Təkudar xan, öz gürcü kürəkəni Alınaqı 26 apreldə Arqun xana qarşı hücuma göndərdi. Özü isə Biləsuvarda ordusu ilə gözləyirdi. 1284-cü ilin mayın 4-də Alınaq və şahzadə Arqun qoşunları Qəzvin yaxınlığında Ağxoca adlı yerdə qarşı-qarşıya gəldi və Alınaq bu döyüşdə məğlub olaraq Sultan Əhmədin yanına qaçdı. Əhmədin qəzəbina tuş gələcəyindən qorxan şahzadə Arqun əmisi Əhmədə elçi göndərərək "Özünün əsla akasına (Sultan Əhmədə) qarşı qılınc çəkmədiyini, amma Alınaqın ona hücüm etdiyini və onun əmlakını yağmaladığı üçün özünü müdafiə etiyini" dedi. Arqunun bu sözlərinə əhəmiyyət verməyərək yürüşə davam edən Əhməd şahzadə Arqunun qardaşı Keyxatu xan qismində yenidən elçi göndərməsini və başda Əmir Buğa olmaqla bir sıra nüfuzlu moğol əyanlarının Arqunla sülh danışıqları aparması yönündə istəkli olduqlarını bildikən sonra əmir Buğanın yerinə Ağbuğanı ordu komandanı təyin etdi. Sultan Əhmədin bu addımı Əmir Buğa və bir sıra moğol əyyanlarının şahzadə Arqun tərəfinə keçməsinə səbəb oldu. Bu vaxt isə şahzadə Arqunun 1284-cü ilin iyununda Kelat Kuha çatdığını xəbər tutan Alınaq Əhmədin əmri ilə onun qoşunlarını mühasirəyə aldı. Alınaq mühasirəyə düşmüş Arquna təslim olacağı təqdirdə elxanın onu əfv edəcəyi vədini verməklə onu təslim olmağa razı saldı. Sultan Əhməd hüzuruna gətirilən üsyankar şahzadə Arqun, elxan tərəfindən yaxşı qarşılandı və hətta onun ordugahda qalmasına izin verildi, lakin Əhməd xan öz yerinə Alınaqı vəkil təyin edərək Kutuy xatunu ziyarət emək məqsədilə ordugahdan ayrıldı. Sultan Əhmədin ordugahda olmadığını fürsət bilən Əmir Buğa və tərəfdarları Arqunun öldürülücəyi xəbərini şayəsini eşidən zaman bu xəbəri Arquna xəbər verib moğol keşikçilərini sərxoş edərək onu ordugahdan gizlin şəkildə qaçırdılar. Bu xəbəri Sultan Əhmədə çatdıran sadiq əmirləri Ağbuğa və Ləgzi savaşa başlamağı məsləhət görsələr də, bunların ardınca gələn Mazuq Quşçu artıq əksər moğol əmirlərinin Arqunun tərəfinə keçdiyini və artıq savaşmaq üçün gec olduğu xəbərini gətirdi. Dərbənd istiqamətində qaçarkən Sultan Əhməd Arqunun göndərdiyi qüvvələr tərəfindən tutuldu.
Ölümü
redaktəArqun əmisi Sultan Əhməddən şahzadə Qonqkurtayı nə üçün edam etdiryini, Alınaqı nə üçün onun üzərinə göndərdiyini soruşdu, sultansa cavabında xəta etdiyini və bir daha bunu təkrarlamayacağını dedi. Fəzlullah Rəşidəddinin qeyd edir ki, Arqun Sultan Əhmədi onun anası Kutuy xatun xatirinə bağışlamağı istəsə də, ancaq Qonqkurtayın uşaqlarının fəryadı və Həmədanda şahzadələr Hülacu və Cuşqabın üsyan xəbərini eşidəndən sonra onu edam etdirməyə qərar verdi. Nəhayət, 1284-cü ilin avqustun 11 — də Sultan Əhməd Təkudar edam edildi.[3]
Ailəsi
redaktəXatunları
redaktə- Doqquz xatun
- Erməni xatun
- Baytəkin xatun
- Tudaku xatun
- İl Qutluq xatun
- Tuday xatun
Oğulları
redaktə- Qaplançı
- Arslançı
- Noğayçı
Qızları
redaktə- Kiçik xatun Alinaqla ailə qurmuşdu.
- Göyçək xatun Əmir İrincin Kereitlə ailə qurmuşdu.
- Çiçək xatun Boraçu ağa ilə ailə qurmuşdu.
- Mainu xatun Xandan ağa ilə ailə qurmuşdu.
- Saçlun xatun
- Kelturmuş xatun əvvəlcə Şaday ilə, sonra Turan ilə ailə qurmuşdu.
İstinadlar
redaktə- ↑ Nəsirov, Nurlan. "ELXANİ HÖKMDARI SULTAN ƏHMƏD TƏKÜDƏR XANIN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ (İNGİLİSDİLLİ TARİXŞÜNASLIQ ƏSASINDA)". AMEA Tarix instutu. 56. 2016: 13–22.
- ↑ Rəşidəddin, Fəzlullah. Came-Ət-Təvarix. Bakı: Nağıl evi. 2011.
- ↑ İlk müslüman İlhanlı hükümdarı