1973 Cu Il Neft Bohrani - Wikipedia
1973-cü il neft böhranı ("neft embarqosu" kimi də tanınır) — 1973-cü il oktyabrın 17-də başlamış böhran. Həmin gün bütün Opek-in ərəb üzv ölkələri, eləcə də Misir və Suriya Yom Kippur müharibəsi və Misir və Suriyanın yəhudi dövləti ilə münaqişəsi zamanı İsraili dəstəkləyən ölkələrə (Böyük Britaniya, Kanada, Hollandiya, ABŞ, Yaponiya) neft satmayacaqlarını açıqladılar. Bu, ilk növbədə ABŞ və onun Qərbi Avropadakı müttəfiqlərinə aid idi. Növbəti il ərzində neftin qiyməti bir barel üçün üç dollardan on iki dollara qədər qalxdı. 1974-cü ilin martında embarqo aradan qaldırıldı.
1973-cü ildəki neft böhranı ilk enerji böhranı idi və hələ də bu qəbildən olanların arasında ən böyüyü hesab olunur. OPEC neft hasilatını təkcə dünya bazarlarında qiymətlərin öz xeyrinə dəyişmək üçün azaltmadı. Bu tədbirin əsas məqsədi Qərbin İsrailə dəstəyini azaltmaq üçün dünya birliyinə siyasi təzyiq etmək idi.
OPEC-in iqtisadi təzyiqinin nəticəsi ərəblərin mövqeyini dəstəkləyən Ümumi Bazar ölkələrinin Nazirlər Şurasının bəyanatı oldu. Bundan əlavə, demək olar ki, bütün Afrika ölkələri İsrail ilə diplomatik münasibətləri kəsdi. Yaranmış siyasi vəziyyət İsrailin ABŞ-dən asılılığını gücləndirdi və inkişaf etmiş ölkələrin neftin qiymətindən asılılığının həqiqi dərəcəsini aşkara çıxartdı. Sənaye ölkələrində neft qiymətlərinin artması iqtisadi böhrana səbəb oldu[1]. Eyni zamanda, böhran Sovet İttifaqından Qərbə neft ixracının artmasına səbəb oldu.
ABŞ-də neft böhranı
redaktə1973-cü il noyabrın 7-də ABŞ prezidenti Riçard Nikson enerji mövzusunda Konqresə göndərdiyi xüsusi məktubda amerikalıları qənaət etməyə çağırır. Onlara avtomobillərdən daha az istifadə etmək təklif olunur. Əks halda isə avtomobili yanacağa qənaət etmək üçün aşağı sürətlə idarə etmək tövsiyə olunur. Aviaşirkətlərə uçuşların sayını azaltmaq təklifi edilir. Dövlət orqanlarına enerjiyə qənaət və avtomobil parkını azaltmaq əmri verilir. ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyi havanı çirkləndirən kömürün istifadəsinə qoyulan məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldırır. Neft və xam neft idxalına qoyulan məhdudiyyətlər qaldırıldı.
Təlabatın artması bəhanəsi ilə neft şirkətləri benzin və dizel yanacağının, həmçinin aviasiya kerosinin qiymətlərini əhəmiyyətli dərəcədə artırmağa başladılar. Təbii qaz istehsalçıları Federal Enerji Komissiyasına qiymətləri 73% qaldırmaq üçün müraciət etdilər.
Böhranla əlaqədar xüsusi olaraq yaradılan federal komissiya iyulun ortalarında Senata sensasion hesabatını təqdim etdi. Hesabatda neft istehsalı və emalı, habelə neft məhsullarının satışını inhisarında saxlayan iyirmi iri Amerika korporasiyası qiymətləri qaldırmaq üçün benzinin təchizatında süni əngəllər yaratmaqda ittiham edilirdi. Florida ştatının prokuroru neft inhisarçılarına qarşı antiinhisar qanununun tətbiq olunmasını tələb edirdi. Los Ancelesdəki federal mötəbər münsiflər heyəti də öz növbəsində neft şirkətlərini müxtəlif növ saxtakarlıqlarda ittiham etdi.
Uzun müddətdə böhran ABŞ avtomobil sənayesinə böyük təsir göstərdi. Əvvəllər Amerika avtomobilləri böyük, ağır və güclü idi. 1971-ci ilə qədər standart bir Şevrolet Kapri modelində səkkiz silindrli mühərrikin həcmi 400 kub düym (6,5 litr) təşkil edirdi. Bir qallon benzinlə bir Şevrolet Impala isə 13–15 mil-dən çox olmayan avtomobil yolu gedirdi. Böhrandan sonra onları bazardan daha az benzin istehlak edən dörd silindrli mühərrikləri olan yapon modelləri vurub çıxardı: Toyota Corona, Toyota Corolla, Nissan Sunny, Honda Accord. Rəqabətə dözə bilməyərək Detroit avtomobil istehsalçıları Ford Pinto, Şevrolet Veqa və digər bu kimi yüngül avtomobilləri istehsal etməyə məcbur oldular. Artıq 1985-ci ilə qədər orta statistik Amerika avtomobili hər 17.4 mil[2] üçün bir qallon benzin istehlak edirdi. Oldsmobile 98 kimi lüks sedan tipli avtomobillərə tələb 1970-ci illərin ortalarında bərpa edildi, lakin onların bazarı əvvəlki kimi kütləvi deyildi. Yeni Ford Thunderbird modelləri ölçü və güc baxımından çox azaldılmışdı. Ford Galaxie modeli isə 1974-cü ildə konveyrdən çıxarılmışdır.
Böhrandan sonra 1975-ci ildə Birləşmiş Ştatların Strateji Neft Ehtiyatı yaradıldı. Oxşar neft ehtiyatları fondu (ən azı 3 aylıq idxal həcmi) Beynəlxalq Enerji Agentliyinin beynəlxalq qurumuna daxil olan bir çox İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkəsində yaradılmışdır. Ehtiyatların mövcudluğu bir neçə sonrakı neft böhranlarının iqtisadiyyata mənfi təsirini xeyli azaltmışdır.
Digər ölkələrdə böhrana reaksiya
redaktəPolşa
redaktəEdvard Qerek tərəfindən təqdim edilən sənayeni modernləşdirmək və istehlak mallarının əldə edilməsini artırmaq proqramı, neft böhranından sonra iflasa uğradı və üç il sonra Polşada istehlak mallarının qiymətləri kəskin şəkildə yüksəlməyə başladı.
SSRİ
redaktəNeft böhranı və bunun nəticəsində neftin qiymətinin dörd qat yüksəlməsi SSRİ-dən neft tədarükünün kəskin şəkildə artmasına səbəb oldu. Sovet neftinin dünya bazarına böyük tədarükü Sosialist ölkələri və ilk növbədə Polşa vasitəsilə aparılırdı.
Fransa
redaktəFransa iqtisadiyyatının müstəqilliyini təmin etməyə yönəlmiş enerji siyasətinin üç əsas istiqaməti təsdiq edildi: nüvə enerjisinin sürətli inkişafı, kömür istifadəsinə qayıtmaq və enerjinin qorunmasına xüsusi diqqət. Hökumət sərt enerji qənaət edən bir proqram təqdim etdi: müfəttişlər ofislərə, dükanlara və sənaye müəssisələrinə qəfil basqınlar edir, temperaturu ölçür və o, müəyyən edilmiş 20 °C-dən çox olduqda cərimə tətbiq edirdilər. Bundan əlavə, elektrik istehlakını təşviq edən hər hansı bir reklam üçün qadağa tətbiq edilmişdi [3].
Yaponiya
redaktə- Elektrik enerjisi istehsalının və sənaye istehsalının maye yanacaqdan digər daşıyıcılara ötürülməsi.
- Nüvə enerjisinin inkişafını sürətləndirmək. Kömür və sıxılmış təbii qaz idxalı artırmaq.
- Sənayedə, xüsusən də neftdən istifadənin azaldılması üçün enerjiyə qənaət proqramının uğurla həyata keçirilməsi.
Hələ 1971-ci ildə hökumət "enerji tələb edən"dən "bilik tələb edən" sənayeyə keçməyin zəruriliyi haqqında bir hesabat hazırlamışdı. Hesabat ciddi tənqid edilsə də, 1973-cü il böhranı yeni strategiyanın sürətlə həyata keçirilməsinə məcburiyyət yaratdı. "Biz yeraltı sərvətləri intellektual ehtiyatlarla əvəz etmək qərarına gəldik — Xarici Ticarət və Sənaye Nazirliyinin keçmiş vitse-naziri Naohironu xatırlayırdı — Bu mənada şok hətta bir xeyir də gətirmişdi, Yaponiya sənayesindəki sürətli dəyişiklikləri stimullaşdırdı".
Ədəbiyyat
redaktə- Дэниел Ергин. Добыча: Всемирная история борьбы за нефть, деньги и власть = The Prize: The Epic Quest for Oil, Money, and Power. — М.: "Альпина Паблишер", 2011. — 960 с. — ISBN 978-5-9614-1252-9.
- Ammann, Daniel. The King of Oil: The Secret Lives of Marc Rich. — New York : St. Martin's Press, 2009. — ISBN 978-0-312-57074-3.
Berry, John A. The growing importance of oil. // Military Review. — October 1972. — Vol. 52 — No. 10 — P. 2–16 — ISSN 0026–4148. (о предпосылках кризиса и предшествовавших ему событиях)
- Blinder, Alan S. (1979). Economic Policy and the Great Stagflation. New York: Academic Press.
- Eckstein, Otto (1979). The Great Recession. Amsterdam: North-Holland.
- Frum, David. How We Got Here: The '70s. — New York : Basic Books, 2000. — ISBN 978-0-465-04195-4.
- Ikenberry, G. John (1986). "The Irony of State Strength: Comparative Responses to the Oil Shocks in the 1970s". International Organization. 40 (1): 105–137. DOI:10.1017/S0020818300004495.
- Lenczowski, George. American Presidents and the Middle East. — Duke University Press, 1990. — ISBN 978-0-8223-0972-7.
- Licklider, Roy (1988). "The Power of Oil: The Arab Oil Weapon and the Netherlands, the United Kingdom, Canada, Japan, and the United States". International Studies Quarterly. 32 (2): 205–226. DOI:10.2307/2600627. JSTOR 2600627.
- Masouros, Pavlos E. Corporate Law and Economic Stagnation: How Shareholder Value and Short-termism Contribute to the Decline of the Western Economies. — Eleven International Publishing, 2013.
- Rupert, Mark E.; Rapkin, David P. (1985). "The Erosion of U.S. Leadership Capabilities", in Johnson, Paul M.; Thompson, William R., eds. Rhythms in Politics and Economics. New York: Praeger.
- Yergin, Daniel. The Prize: The Epic Quest for Oil, Money, and Power. — New York : Simon and Schuster, 2008.
- Дэниел Амманн. Нефтяной король. Секретная жизнь Марка Рича = Daniel Ammann. The King of Oil: The Secret Lives of Marc Rich.. — М.: Альпина Нон-фикшн, 2018. — 236 p. — ISBN 978-5-9614-6391-0.
İstinadlar
redaktə- ↑ Амманн, 2018
- ↑ Frum David. How We Got Here: The 70s The Decade That Brought You Modern Life - For Better Or Worse. New York: Basic Books. 2000. 321–322. ISBN 978-0465041961.
- ↑ Ергин, 2011