55 Ler Hadisesi - Wikipedia
55-lər hadisəsi və ya Sivas düşərgəsi[1] — 27 may çevrilişindən sonra şərq və cənub-şərqdən seçilmiş 55 ağa, şeyx və tayfa başçısının Qərbi Anadoluya sürgün edilməsi.
Milli Birlik Komitəsi DP üzvlərini "Kürdüstanda hökumət qurmaqda" ittiham etmişdir.[2][3][4] 31 may 1960-cı ildə MBK-nin "Cümhuriyyət" qəzetində bu mövzuda müxtəlif sənədlər tapdığı, Şeyx Səidin oğlunun DP hakimiyyəti dövründə şərqə təbliğat səfərləri etdiyi məlum olmuşdur.[5]
Çevrilişdən 4 gün sonra şərq və cənub-şərqdən seçilən 485 ağa və şeyx Sivas Kabak Yazısı düşərgəsinə göndərilmişdir.[6][7] Camal Gürsəlin bu mövzuda 2,500 tanınmış kürdü öldürməyi təklif etdiyi iddia olunmuşdur. Sivasdakı düşərgə 19 oktyabr 1960-cı ildə qüvvəyə minən 105 saylı Məcburi Məskunlaşma Qanunu ilə boşaldılmış və Milli Birlik Komitəsi tərəfindən "55 ağa" DP-ni dəstəklədiyi iddia edilərək Antalya, İsparta, İzmir, Afyon, Manisa, Dənizli və Çoruma sürgün edilmişdir. Bu qanun 1962-ci ildə ləğv olunmuşdur.[8][9][10]
Bərzani hərəkatı
redaktəŞimal-şərqi İraqda Mustafa Bərzaninin liderliyi ilə Kürdüstan Demokrat Partiyasının başlatdığı hərəkat Türkiyənin Hakkari, Van, Siirt, Mardin, Diyarbəkir, Muş, Şırnak kimi regionlarına təsir göstərmişdir. Bu ərazilərdə Bərzani lehinə yaraqlıların toplanılması cəhdləri edilmişdir.[11]
Molla Mustafa Bərzani mülkədar, şeyx və tayfa başçısı hesab olunurdu. O, Türkiyədə kürd hərəkatını ağa, şeyx və tayfa başçılarının qızışdırdığı düşünülürdü. Bu səbəbə görə onlar hədəfə alınmışdılar.[11]
1961-ci il Konstitusiyasında bəzi dəyişikliklər edilmişdir. 1924-cü il Konstitusiyasının 3-cü maddəsi olan "Suverenlik qeyd-şərtsiz millətindir" ifadəsi "Suverenlik qeyd-şərtsiz türk millətinindir" olaraq dəyişdirilmişdir.[12]
İstinadlar
redaktə- ↑ "27 Mayıs'ın Kürtleri Sindirme Operasyonu: Sivas Kampı - Derin Tarih". 15 May 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 May 2017.
- ↑ "27 Mayıs, Kürtler ve Şark Islahat Planı Kararnamesi, URL erişim tarihi: 15 Haziran 2008". 23 September 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.
- ↑ "Menderes'in Kürt çözümü, URL erişim tarihi:15 Haziran 2008". 3 November 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.
- ↑ "Marksisttutum:Elif Çağlı'nın Bonapartizmden Faşizme adlı kitabının 3. bölüm özeti,URL erişim tarihi: 15 Haziran 2008". 23 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.
- ↑ "Kürt sorununda gizli kalmış milat, Nokta Dergisi araştırması URL erişim tarihi: 15 Haziran 2008". 21 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.
- ↑ 485 Kürt'e 27 Mayıs'ta ne oldu? URL erişim tarihi: 15 Haziran 2008 [ölü keçid]
- ↑ "Kürt sorununun gizli tarihi,URL erişim tarihi:15 Haziran 2008". 14 August 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.
- ↑ "19 Ekim 1960 tarihli ve 105 sayılı kanun URL erişim tarihi: 15 Haziran 2008". 14 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.
- ↑ "Gürüz'ün son numarası URL erişim tarihi: 15 Haziran 2008". 6 February 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.
- ↑ "Radikal Tarihten bir kara sayfa URL erişim tarihi: 15 Haziran 2008". 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.
- ↑ 1 2 A.g.e, s.119.
- ↑ "Siyasi irade ve egemenliğin ortakları URL erişim tarihi: 15 Haziran 2008". 7 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2008.