Anar - Wikipedia
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938[1], Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı
Anar | |
---|---|
Anar Rəsul oğlu Rzayev | |
Vəzifədədir | |
1991-ci ildən | |
Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi | |
18 iyun 1987 – 1991 | |
Əvvəlki | İsmayıl Şıxlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 mart 1938[1] (86 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | kinorejissor, yazıçı, ssenarist, rejissor, siyasətçi, şair, dramaturq, tərcüməçi, hekayə yazıçısı[d] |
Atası | Rəsul Rza |
Anası | Nigar Rəfibəyli |
Həyat yoldaşı | |
Uşaqları |
Günel Anarqızı Tural Rzayev |
|
|
Təltifləri |
|
anar.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Ailəsi
redaktəAnarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Həyatı
redaktəAnar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Fəaliyyəti
redaktəAnar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikasının Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[3].
Mükafatları
redaktə- Azərbaycan SSR əməkdar incəsənət xadimi —[4]
- Azərbaycan SSR Dövlət mükafatı —[5]
- Azərbaycan Respublikasının Xalq yazıçısı
- "İstiqlal" ordeni
- "Şöhrət" ordeni
- "Şərəf" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[6]
- "Heydər Əliyev Mükafatı"
- "Humay" mükafatı
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Şərəf" medalı
- "Üzeyir Hacıbəyli" medalı[7]
- "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı[8]
- "Əmək" ordeni
- "Dostluq" ordeni (2023)[9]
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024[10]
Əsərləri
redaktəPovestləri
redaktə- Ağ liman (1965)
- Dantenin yubileyi
- Macal
- Dədə Qorqud
- Əlaqə
- Ömür yolu. Yaradıcılığı
- Otel otağı
Romanları
redaktə- Beşmərtəbəli evin altıncı mərtəbəsi
- Kərəm kimi (sənədli roman)
- Söz dünyası (5 cilddə)
Hekayələr və pyesləri
redaktə- Sənin nəğmən yaxşıdır (pyes) (1952)
- Keçən ilin son gecəsi (1960)
- Bayram həsrətində (1958)
- Asqılıqda işləyən qadının söhbəti (1959)
- Sabah ayıq olacayıq (1959)
- Yağışlı gecə (1960)
- Taksi və vaxt (1961)
- Vahimə
- Əlifba (1967)
- Yaxşı padşahın nağılı (1970)
- Yağış kəsdi
- Otel otağı
- O gecənin səhəri
- Mütləq görüşərik
- Qırmızı "Limuzin"
- Gürcü familyası (1967)
- Sizi deyib gəlmişəm
- Şəhərin yay günləri
- Mən, sən, o və telefon (1967)
- Sizsiz
- Muhakkak görüşürüz — mütləq görüşərik
- Ağ qoç, Qara qoç (2003)
- Səhra yuxuları
- Yaşamaq haqqı
- Unudulmaz görüşlər
- Qaragilə
- Ləyaqət
- Təhminənin son sirri (2021)
Molla Nəsrəddin — 66
redaktə- Zarafatsız
- Məlumat
- Gülməşəkər kəndinin sabahı
- Zəncir
- Rəng
- Başımızın ağası
- Əl əli yuyar və yaxud bozbaş dəstgahı
- Sayların sərgüzəşti
- Bir stəkan su
- Maraqlı tədqiqat
- Marallarım
- Molla Nəsrəddin — 86
"Molla Nəsrəddin" yüz on il sonra
redaktə- "Molla Nəsrəddin" yüz on il sonra (2016)
- Heç məni demirsən… (2015)
- Futbol reportajı (2013)
- Bir güllə bahar olmaz (2013)
- Sürüş Suruş
- Naqqal Nağı və Əzizənin ərizəsi
- Burda… Orda… Burda…
Tərcümələri
redaktəFilmoqrafiya
redaktəFilmin adı | İl | Ssenari müəllifi | Əsər müəllifi | Quruluşçu rejissor | Aktyor | İştirakçı | Haqqında | Filmin növü | |
---|---|---|---|---|---|---|---|---|---|
Dəniz | 1965 | Qısametrajlı sənədli film | |||||||
Torpaq. Dəniz. Od. Səma | 1967 | Tammetrajlı bədii film | |||||||
Qobustan | 1967 | Qısametrajlı sənədli film | |||||||
Hər axşam on birdə | 1968 | Tammetrajlı bədii film | |||||||
Bu, Səttar Bəhlulzadədir | 1969 | Qısametrajlı sənədli televiziya filmi | |||||||
Gün keçdi | 1971 | Tammetrajlı bədii film | |||||||
Nəsimi | 1971 | Qısametrajlı sənədli film | |||||||
Gecə işıqları | 1972 | İki hissəli bədii film | |||||||
Yığıncaq | 1972 | ||||||||
--> | Xatirələr sahili | 1972 | Tammetrajlı bədii film | ||||||
--> | Var olun, qızlar… | 1972 | Tammetrajlı bədii film | ||||||
--> | Dədə Qorqud | 1975 | Tammetrajlı bədii film | ||||||
Daş saat | 1975 | qısametrajlı sənədli film | |||||||
Daşlar danışanda | 1976 | Qısametrajlı sənədli film | |||||||
İşgüzar adamlar (film, 1977) | 1977 | "Mozalan" süjeti | |||||||
Dantenin yubileyi | 1978 | Tammetrajlı bədii film | |||||||
Ötən ilin son gecəsi | 1978 | Tammetrajlı televiziya tamaşası | |||||||
Üzeyir ömrü | 1981 | Tammetrajlı bədii film | |||||||
Yeni Qədim Gəncə | 1981 | Qısametrajlı sənədli film | |||||||
Evləri köndələn yar | 1982 | Tammetrajlı bədii film | |||||||
Ötən ilin son gecəsi | 1983 | Tammetrajlı bədii film | |||||||
Aşıqlar | 1983 | Tammetrajlı sənədli film | |||||||
Daş saatın səsi | 1985 | Qısametrajlı sənədli film | |||||||
Qəm pəncərəsi | 1986 | Tammetrajlı bədii film | |||||||
Bu, Mircavaddır | 1987 | Qısametrajlı bədii televiziya filmi | |||||||
Gün keçdi | 1971 | Tammetrajlı bədii film | |||||||
Nəsimi | 1971 | Qısametrajlı sənədli film | |||||||
Gecə işıqları | 1972 | İki hissəli bədii film | |||||||
Yığıncaq | 1972 | ||||||||
Xatirələr sahili | 1972 | Tammetrajlı bədii film | |||||||
Var olun, qızlar… | 1972 | Tammetrajlı bədii film | |||||||
Dədə Qorqud | 1975 | Tammetrajlı bədii film | |||||||
Daşlar danışanda | 1976 | Qısametrajlı sənədli film | |||||||
İşgüzar adamlar (film, 1977) | 1977 | "Mozalan" süjeti | |||||||
1978 | Tammetrajlı bədii film | ||||||||
1978 | Tammetrajlı televiziya tamaşası | ||||||||
Üzeyir ömrü | 1981 | Tammetrajlı bədii film | |||||||
Ötən ilin son gecəsi | 1983 | Tammetrajlı bədii film | |||||||
Qəm pəncərəsi | 1986 | Tammetrajlı bədii film |
Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər
redaktə- Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
- Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
- İmtahan (film, 1987) (ssenari müəllifi);
- Əlaqə (film, 1989) (ssenari müəllifi);
- Təhminə (film, 1993) (ssenari müəllifi);
- Otel otağı (film, 1998) (ssenari müəllifi);
- Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
- Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
- Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)
Əsərləri əsasında çəkilmiş bədii filmlər
redaktə- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
- Sizə məktub var (film, 1998) (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında)
- Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın "Dantenin yubileyi" povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan Şensoy, Suna Kesgin, Rasim Öztəkin və b.);
- Tilsim (film, 2005) (Anarın "Vahimə" hekayəsi əsasında).
- "Ve telefon". Türkiyə. (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında); rejissor Nuran Evren.
- Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)
Ssenariləri əsasında çəkilmiş sənədli filmlər
redaktə- Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
- Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).
Ssenariləri əsasında çəkilmiş televiziya filmləri
redaktəSsenariləri əsasında çəkilmiş cizgi filmləri
redaktə- Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).
İdeyası əsasında çəkilmiş filmlər
redaktə- Evləri göydələn yar (film, 2010) (ideya və süjet)
Haqqında çəkilmiş sənədli filmlər
redaktə- Anarla üz-üzə (film, 1988) — (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
- Anarın anları (film, 2008) — Azərbaycan televiziyasında istehsal edilmiş tammetrajlı sənədli televiziya filmi. Rejissor: Ramiz Həsənoğlu.
Maraqlı faktlar
redaktə- Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə "Anar" "anmaq" ("xatırlamaq", "yada salmaq") feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
- Kinoşünas Ayaz Salayevin iddiasına görə, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[11]
Mənbə
redaktə- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- Anara kino fenomeni demək olarmı? TƏHLİL Arxivləşdirilib 2016-02-14 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 Anar // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019 (az.)
- ↑ "Anar başqan seçildi". 2014-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-25.
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
- ↑ "Bəstəkarlar İttifaqı Anarı "Üzeyir Hacıbəyli" medalı ilə təltif edib". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-21.
- ↑ ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ "Özbəkistan prezidentindən xalq yazıçısına yüksək mükafat". www.ayb.az. 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
- ↑ "525-ci qəzet", 7 oktyabr, 1999