Anar Allahverdiyev - Wikipedia
Anar Xanlar oğlu Allahverdiyev[4] (10 mart 1975[1]) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (1997). Məşqçi. Azərbaycan Respublikasının Əməkdar məşqçisi. Azərbaycan Respublikasının əməkdar idman ustası.[5]
Anar Allahverdiyev | |
---|---|
Ölkə |
SSRİ → Azərbaycan |
Doğum tarixi | 10 mart 1975[1] (49 yaş) |
Titulu | beynəlxalq usta (1997) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.460 (iyul 1997)[2] |
FİDE nömrəsi | 13400347 |
Mükafatları |
Şahmat karyerası
redaktəAnar Allahverdiyev 10 mart 1975-ci ildə şahmatçı Xanlar Allahverdiyevin ailəsində anadan olub.[6][5] 1980-ci ildə — 5 yaşında ikən atası onu şahmatla tanış edib. 9 yaşında olarkən 1-ci şahmat dərəcəsini, 11 yaşında olarkən isə idman ustası namizədi adını almışdır.[5] Uşaqlıqda həm şahmatçı, həm də şəxsiyyət kimi kumiri altıncı dünya çempionu Mixail Botvinnik olub.[5]
Anar, müxtəlif yaş kateqoriyalarında dəfələrlə Respublika çempionu olmuş, həmçinin bir sıra açıq turnirlərin qalibi və mükafatçısı olmuşdur.[6]
1994-1998-ci illərdə kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının üzvü olub. O, yığmanın heyətində Şahmat Olimpiadalarının (1994, 1998) və Avropa çempionatının (1997) iştirakçısı olub.[7]
Məşqçi kimi Azərbaycanda yeni şahmat nəslinin inkişafında yaxından iştirak edib. Onun tələbələri sırasında Vüqar Həşimov, Vasif Durarbəyli, Nərgiz Umudova, Nərmin Xələfova və Fərhad Tahirov kimi şahmatçılar var.[5]
Yığma komandada statistikası
redaktəİl | Turnir | Şəhər | Yığma | Lövhə | Reytinqi | + | = | − | Nəticə | Yer (komanda) | Yer (şəxsi) |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1994 | Şahmat olimpiadası[8] | Moskva | Azərbaycan | 2-ci eht. | ? | 4 | 2 | 1 | 7-dən 5 | 36 | 4 |
1997 | Avropa çempionatı[9] | Pula | Azərbaycan | 3 | 2380 | 2 | 3 | 4 | 9-dan 3½ | 15 | 28 |
1998 | Şahmat olimpiadası[10] | Elista | Azərbaycan | 4 | 2455 | 4 | 4 | 2 | 10-dan 6 | 43 | 21 |
İstinadlar
redaktə- ↑ 1 2 Felice G. D., Felice G. D. Chess International Titleholders, 1950–2016 (ing.). McFarland & Company, 2017. 369 p. ISBN 978-1-4766-7132-1
- ↑ "Allahverdiev, Anar". Olimpbase.org. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-20.
- ↑ FİDE FIDE Standard Ratings as of 31 October 2022. 2022.
- ↑ "İDMAN MÜTƏXƏSSİSLƏRİ TƏLTİF OLUNUBLAR". Mys.gov.az. 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
- ↑ 1 2 3 4 5 "Анар Аллахвердиев: «У Вугара Гашимова был мягкий нрав, но за шахматной доской он был безжалостным противником» - ЭКСКЛЮЗИВ". Vzglyad.az. 2024-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-24.
- ↑ 1 2 "Шахматисты - Официальный сайт Шахматной федерации Азербайджана". Azerichess.az. 18 Yanvar 2016 tarixində arxivləşdirilib.
- ↑ "Allakhverdiev, Anar". Olimpbase.org. İstifadə tarixi: 2024-07-28.
- ↑ "31st Chess Olympiad: Moscow 1994". Olimpbase.org. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.
- ↑ "11th European Team Chess Championship: Pula 1997". Olimpbase.org. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.
- ↑ "33rd Chess Olympiad: Elista 1998". Olimpbase.org. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.