Arsin Mal Alan Film 1945 - Wikipedia
"Arşın mal alan" — rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmış Azərbaycan tammetrajlı bədii filmi.[1] Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər.
Arşın mal alan | |
---|---|
Fayl:Arşın mal alan (film, 1945).jpg | |
Janr |
komediya məhəbbət musiqili |
Rejissorlar |
Rza Təhmasib Nikolay Leşşenko |
Əsərin müəllifi | Üzeyir Hacıbəyov |
Ssenari müəllifi | Sabit Rəhman |
Baş rollarda |
Rəşid Behbudov Leyla Bədirbəyli Ələkbər Hüseynzadə İsmayıl Əfəndiyev Münəvvər Kələntərli Lütfəli Abdullayev Fatma Mehrəliyeva Rəhilə Mustafayeva |
Operatorlar |
Əlisəttar Atakişiyev Muxtar Dadaşov |
Bəstəkar | Üzeyir Hacıbəyov |
Rəssam | Yuri Şvets |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi |
1 oktyabr 1945 21 yanvar 1949, Finlandiya 29 iyul 1950, ABŞ 16 may 2006, Bakı (bərpa edilmiş versiyası — Azərbaycanca) |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89 dəq. |
Büdcə | 5.807.000 ₽ |
Ölkə | Azərbaycan SSR |
Dillər |
Rusca (1945) Azərbaycanca (2006) |
İl | 1945 |
Texniki məlumatlar |
10 hissə 2715 metr |
Rəng | ağ-qara |
IMDb | ID0037520 |
Mükafatları |
Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[2]
Məzmun
redaktəBakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər (Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (İsmayıl Əfəndiyev) onun köməyinə gəlir…[3]
Film haqqında
redaktə- Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.[4]
- Musiqili film Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.[3]
- Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 1966).[3]
- Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir.[3][5]
- Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş[6], 86 dilə tərcümə edilmişdir.
- Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 may 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.
- Film 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, Ata Holdingin dəstəyi və "Peachline" şirkətinin təşkilatçılığı ilə bərpa olunub və rənglənib.
- Bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filmi 19 sentyabr 2015-ci ildə Hollivudda nümayiş olunub. Filmin nümayişi Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, "Arşın mal alan" filminin isə 70 illiyinə həsr olunub. Filmi 650 nəfərə yaxın tamaşaçı izləyib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə "Arşın mal alan" filmi Hollivudun məşhur "Ricardo Montalban" kinoteatrında nümayiş olunub.[7]
- 2018-ci ilin martında film "Xarici ölkələrin filmləri" həftəsi çərçivəsində Parisin "Balzak" (fr. Le Balzac) kinoteatrında nümayiş olunub.[8]
Mükafat
redaktə1946-cı ildə bəstəkar Üzeyir Hacıbəyova, rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə "Stalin" mükafatı (2-ci dərəcə) verilmişdir.[3]
Filmin üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Üzeyir Hacıbəyov
- Ssenari müəllifi: Sabit Rəhman
- Rejissor: Rza Təhmasib, Nikolay Leşşenko
- Operator: Əlisəttar Atakişiyev, Muxtar Dadaşov
- Rəssam: Yuri Şvets
- Bəstəkar: Üzeyir Hacıbəyov
Rollarda
redaktə- Rəşid Behbudov — Əsgər
- Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Gülçöhrə
- Ələkbər Hüseynzadə — Soltan bəy
- İsmayıl Əfəndiyev — Süleyman
- Münəvvər Kələntərli — Cahan xala
- Lütfəli Abdullayev — Vəli
- Fatma Mehrəliyeva — Telli
- Rəhilə Mustafayeva — Asya
- Mirzəağa Əliyev — məşədi İbad
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arşın mal alan" Ukrayna telekanalında nümayiş etdirilib: Tamaşaçılar filmə "beş ulduz" qiyməti veriblər: [Rza Təhmasib və Nikolay Leşşenkonun quruluşunda hazırlanan eyniadlı film haqqında] //Mədəniyyət.- 2015.- 21 avqust.- S.12.
- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ 1 2 3 4 5 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 37–38
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 71.
- ↑ Жур. "Огонек" № 2, январь, 1996 г.
- ↑ "Азербайджанский кинематограф расправляет крылья". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.
- ↑ ""Arşın Mal Alan" filmi Hollivudda nümayiş olunub". 2018-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-30.
- ↑ AzərTAc. ""Arşın mal alan" filmi fransalı tamaşaçılar tərəfindən maraqla qarşılanıb" (az.). Youtube.com. 15.03.2018. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
Mənbə
redaktə- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
- Г.В. Александров. Эпоха и кино. М, 1983, стп. 270.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17; 31; 418.
- Leyla Bədirbəyli. Ömrümün nağılları. Bakı, 1998, səh. 33.
- Nailə Rəhimova. ""Arşın mal alan" filminin uğurlu həyatı". //"Təhsil, mədəniyyət, incəsənət" jurnalı.- 2000.- № 4.- səh. 89–92.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 80; 100–107.
- Həsənova, T. "Üzeyir Hacıbəyov və Azərbaycan kinosu". //Kino.- 2006.- 29 sentyabr.- səh. 7.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
- Aydın Kazımzadə. "Kinosalnamə" ["Arşın mal alan" filmi haqqında] //Mədəniyyət TV.- 2016.- 28 may.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1945-ci ilin Azərbaycan filmləri
1940-cı illər Azərbaycan filmlərinin siyahısı