Baden Vurtemberq - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Baden-Vürtemberq (alm. Baden-Württemberg) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri Karlsrue və Manhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, Tübingen və Ulm şəhərləri daxildir.
Baden-Vürtemberq | |
---|---|
Baden-Württemberg | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Ştutqart |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 25 aprel 1952 |
Sahəsi |
|
Hündürlük | 327 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | DE-BW |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir.
Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018)[4], ikinci ən az işsizliyə (Oktyabr, 2019)[5], dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019)[6] və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018)[7] malik əyalətidir. Orta ömür gözləntisi 2016/18-ci illərdə kişilər üçün 79,7 il və qadınlar üçün isə 84,1 il olmuşdur. Hər iki göstərici ölkə əyalətləri içərisində ən yüksəyidir.[8]
Tarixi
redaktəBaden-Vürtemberq tarixi Baden, Prussiya Hohenzolern və Vürtemberq-in ərazilərindən formalaşdırılmışdır.
B.e.-nın 100-cü ilində, Roma İmperiyası Vürtemberqi işğal etmiş, və onun şimal sərhədində limes (möhkəmləndirilmiş sərhəd bölgəsi) inşa etmişlər. B.e.-nın üçüncü əsri ərzində Alemanlar Romalıları məğlub edərək, onları Reyn və Dunay çaylarından qərb yönündə kənara çəkilməyə məcbur etmişlər. B.e.-nın 496-cı ilində, Alemanlar I Xlodviq-in rəhbərliyi ilə Franklar tərəfindən məğlub edilir.
Müqəddəs Roma İmperiyası bundan sonra qurulmuşdur. Burada yaşayan insanların əksəriyyəti Roman katolikləri olmuşdurlar və hətta bu protestant Reformasiyasının şimali Almaniyaya təsirindən sonra da davam etmişdir.
19-cu əsrin sonları və 20-ci əsrin əvvələrində, bu əyalətdən əsasəndə kəndlərdən olan bir çox insanlar ABŞ-yə və digər ölkələrə köçmüşdür.
Coğrafiyası
redaktəBaden-Vürtemberq-in Almaniyanın digər əyalətləri Reynland-Pfalts, Hessen və Bavariya və eləcə də Fransa (Qrand Est regionu) və İsveçrə (Bazel-Landşaft, Bazel-Ştadt, Arqau, Sürix, Şafhausen və Turqau kantonları) ilə sərhədləri vardır.
Əyalətin bir çox əsas şəhərləri Nekkar çayı sahilində yerləşir. Çay cənub-qərbdən əvvəl mərkəzə, sonra isə şimal-qərb yönündə axmaqla Tübingen, Ştuttqart, Haylbron, Haydelberq və Manhaym şəhərlərindən keçir.
Reyn çayı əyalətin ´qərb sərhəddini eləcədə cənub sərhəddinin əsas hissəsini formalaşdırır. Qara Meşə (alm. Schwarzwald [Şvartsvald]) əyalətin əsas dağ sırasıdır. Eləcə də, Dunay çayı başlanğıcını bu əyalətdən götürür.
-
Yuxarı Reyn Düzənliyi boyunca Şimali Qara Meşə-nin görünüşü
-
Qara Meşə-nin Kiçik Visental bələdiyyəsinin görünüşü
-
Hohenştaufen-də əhəngdaşı qayaları
-
Boden gölü-nün landşaftı
Əhalisi
redaktəBaden-Vürtemberqin əhalisi 10,486,660 nəfər təşkil edir (2014). Bunlardan 5,354,105 nəfəri qadın və 5,132,555 nəfəri kişidir. 2006-da, doğum səviyyəsi 1000 nəfərə 8,61 nəfər olmuşdur ki, bu da ölüm səviyyəsinə — 1000 nəfərə 8,60 nəfər — çox yaxın olmuşdur. Əhalinin 14,87%-i 15 yaşın altında, 18,99%-i isə 65 və üzəri yaşda olmuşdur (2008).
Xaricilər
redaktə1 yanvar 2020-ci il tarixinə görə, əyalətin xarici sakinləri ən çox aşağıdakı ölkələrdəndirlər:
253,995 | |
184,555 | |
156,325 | |
122,835 | |
85,620 | |
82,135 | |
81,260 | |
62,615 | |
52,450 | |
44,770 |
İqlimi
redaktə1881–2019 zaman aralığında orta qiymətlərlə ən isti ay, il və fəsillər.
Sıralama | İl | Temperatur °C |
---|---|---|
1 | 2018 | 10,38 |
2 | 2014 | 10,14 |
3 | 2015 | 9,89 |
4 | 1994 | 9,88 |
5 | 2019 | 9,87 |
6 | 2000 | 9,71 |
7 | 2011 | 9,64 |
8 | 2002 | 9,55 |
9 | 2007 | 9,47 |
10 | 2003 | 9,45 |
1881–2019 zaman aralığında orta qiymətlərlə ən soyuq ay, il və fəsillər.
Sıralama | İl | Temperatur °C |
---|---|---|
1 | 1956 | 6,66 |
2 | 1887 | 6,74 |
3 | 1940 | 6,82 |
4 | 1888 | 6,96 |
5 | 1963 | 6,99 |
6 | 1890 | 7,03 |
7 | 1962 | 7,09 |
8 | 1941 | 7,10 |
9 | 1889 | 7,11 |
10 | 1931 | 7,18 |
1881–2019 illəri ərzində uyğun olaraq ən isti aylar
İl | Ay | İl | Fəsil | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Yan. | Fev. | Mart | Aprel | May | İyun | İyul | Avq. | Sen. | Okt. | Noy. | Dek. | Qış | Yaz | Yay | Payız | ||
İl | 2018 | 1966 | 1994 | 2018 | 1917 | 2003 | 2006 | 2003 | 1961 | 2001 | 1994 | 2015 | 2018 | 2006/
2007 |
2007 | 2003 | 2006 |
Maksimum | 4,33 | 5,63 | 7,66 | 12,50 | 15,55 | 20,86 | 21,78 | 21,73 | 16,62 | 12,31 | 7,59 | 5,14 | 10,38 | 3,78 | 10,51 | 20,56 | 11,55 |
1881–2019 illəri ərzində uyğun olaraq ən soyuq aylar
İl | Ay | İl | Fəsil | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Yan. | Fev. | Mart | Aprel | May | İyun | İyul | Avq. | Sen. | Okt. | Noy. | Dek. | Qış | Yaz | Yay | Payız | ||
İl | 1940 | 1956 | 1883 | 1903 | 1902 | 1923 | 1919 | 1912 | 1912 | 1905 | 1921 | 1890 | 1956 | 1962/
1963 |
1970 | 1913 | 1912 |
Minimum | -7,79 | -10,19 | -0,81 | 4,22 | 8,28 | 11,27 | 13,81 | 13,37 | 8,25 | 3,65 | -0,44 | -5,51 | 6,66 | -5,43 | 5,82 | 14,38 | 5,46 |
Əsas şəhərlər
redaktəBayraq
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ https://www.statistik-bw.de/BevoelkGebiet/Bevoelk_I_D_A_vj.csv.
- ↑ "Almaniya əyalətlərinin ixrac kvotası" (German). Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-02-27. İstifadə tarixi: 2020-12-30.
- ↑ "Almaniya əyalətlərinin işsizlik kvotası (Status: Oktyabr 2019)". statista (German). Statista Research Department. 2020-09-01. Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-06-27. İstifadə tarixi: 2020-12-30.
- ↑ "Almaniya əyalətləridə adambaşına düşən ÜDM, 2018" (German). Arxivləşdirilib 2021-09-07 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-09-07. İstifadə tarixi: 2020-12-30.
- ↑ "Almaniya əyalətlərində 2018-də hər 100.000 nəfərə düşən patent qeydalmaları" (German). Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2020-12-02. İstifadə tarixi: 2020-12-30.
- ↑ "Almaniya əyalətlərində cinsə görə orta ömtür gözləntisi 2015/2017" (German). Arxivləşdirilib 2021-02-28 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-02-28. İstifadə tarixi: 2020-12-30.
Xarici keçidlər
redaktə Almaniya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |