Bakinin Isiqlari - Wikipedia
Bakının işıqları tammetrajlı bədii filmi rejissorlar Aleksandr Zarxi, Rza Təhmasib və İosif Xeyfits tərəfindən 1950-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Bakı neftçiləri haqqındadır. Əsas rolları Mirzəağa Əliyev, Mərziyyə Davudova, Nikolay Oxlopkov, Rza Təhmasib və Nəcibə Məlikova ifa edirlər.
Bakının işıqları | |
---|---|
Bakının işıqları | |
Janr | dram |
Rejissorlar |
Aleksandr Zarxi İosif Xeyfits Rza Təhmasib |
Ssenari müəllifləri |
Qriqori Koltunov Yevgeni Pomeşşikov |
Baş rollarda |
Mirzəağa Əliyev Mərziyyə Davudova Nikolay Oxlopkov Rza Təhmasib Nəcibə Məlikova |
Operator | Qavriil Yegiazarov |
Bəstəkar | Qara Qarayev |
Rəssam | M. Yuferov |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 16 fevral 1958 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 88 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca (dublyaj) |
İl | 1950 |
Texniki məlumatlar |
10 hissə 2581 metr |
Rəng | ağ-qara |
IMDb | ID0052021 |
Məzmun
redaktəFilm Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və II Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılmışdı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı.[1]
Hadisələrin fonunda usta Əlibala (Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.[1]
Film haqqında
redaktə- Film 1958-ci ildə yenidən redaktə edilmişdir.
- Film qadağan olunması barədə sənədlər aşkar olunmayıb. Stalinin ölümündən sonra filmdən ayrı-ayrı epizodlar kəsilib götürülmüş və ekrana buraxılmışdır.[1]
- Filmin orijinal variantının surəti 2001-ci ildə çıxarılıb Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir.[1]
- Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı bu filmdə yaradılmışdır.
- Filmə baxış keçiriləndə Mir Cəfər Bağırov öz obrazının ifasından narazı qalaraq demişdir: "Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam".
Filmin üzərində işləyənlər
redaktəRejissor: Aleksandr Zarxi, İosif Xeyfits, Rza Təhmasib
Ssenarist: Qriqori Koltunov, Yevgeni Pomeşşikov
Operator: Qavriil Yegiazarov
Rəssam: M. Yuferov
Bəstəkar: Qara Qarayev
Rollarda
redaktəM.Gelovani — İ. V. Stalin
Mirzəağa Əliyev — Əlibala
Mərziyyə Davudova — Anaxanım
Nikolay Oxlopkov — Şatrov
Rza Təhmasib — Mir Cəfər Bağırov
Nəcibə Məlikova — Mirvarid
İ. Eloğlu — Fuad
Nikolay Kryuçkov — Paramonov
Pyotr Arjanov — Qarsiya
Serke Kojamkulov — Kadır
İstinadlar
redaktəMənbə
redaktə- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 418.
- Журнал "Искусство кино", № 11, 1995, стр. 173.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 80; 107; 113-118.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.