Boz Dovsan - Wikipedia
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür.
Boz dovşan | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Boz dovşan |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici görünüşü
redaktəBədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur. Xəzdə zərif tük örtüyünü təşkil edən tüklərin uclarının əmələ gətirdiyi iri tünd xalların olması səciyyəvidir. Adi dovşanın xəzi parıltılı, yumuşaq və buruqdur. Bədənin yanları nisbətən açıq, qarın tərəfi isə ağ rəngdədir. Gözün ətraflarında iri halqalar var. Qulaqların ucları bütün il boyu tünd qalır. Qış tük örtüyü yay örtüyündən açıqdır; baş qulaqların ucu və belin ön hissəsi qışda da tünd qalır. Kariotipində 48 xromosom var.
Tüləməsi
redaktəBütün dovşanlarda olduğu kimi, boz dovşanda da tüləmə yaz və payızda olur. Yaz tüləməsi adətən martın ikinci yarısında başlayır və 75 – 80 gün davam edir. Tüləmə başdan quyruğa doğru baş verir. Payızda yay tük örtüyü tədricən tökülür, onun əvəzinə sıx və qalın qış tük örtüyü çıxır.
Yayılması
redaktəAdi dovşan Avropada, Ön və Kiçik Asiyada, Şimali Afrikada yayılmışdır. Növün şimala doğru yayılması dördüncü dövrün ortalarında baş vermişdir. Hazırda boz dovşan şimalda İrlandiya, Şotlandiya, cənubi İsveç və Finlandiyaya, cənubda Türkiyə, Zaqafqaziya, İrana, Ərəbistan yarımadasının şimalına, şimali Qazaxıstana qədər olmaqla Avropanın çöl, meşə-çöl, tundra və seyrək meşə zonasında yayılmışdır. Azərbaycanda və Krımda pleystosen dövrünə aid qalıqları tapılmışdır. Azərbaycanda bu növ bütün coğrafi vilayətlərdə yayılmışdır[3].
Yarımnövləri
redaktəTarixən boz dovşanın 30-dan çox yarımnövü təsvir edilmiş, lakin bunların statusu təsdiq olunmamışdır[4]. Bu yarımnövlər tük örtüyünün rənginə, bədən ölçülərinə, kəllənin morfologiyasına və dişlərin quruluşuna görə bir – birindən fərqlənirdi [5]. İUCN qırmızı kitabına Hoffmann və Smith (2005), bunların 16 –sını daxil etmişlər: Lepus europaeus caspicus, L. e. connori, L. e. creticus, L. e. cyprius, L. e. cyrensis, L. e. europaeus, L. e. hybridus, L. e. judeae, L. e. karpathorum, L. e. medius, L. e. occidentalis, L. e. parnassius, L. e. ponticus, L. e. rhodius, L. e. syriacus, and L. e. transsylvanicus[6]. Chapman və Flux dovşankimilərə aid kitablarında 29 yarımnövün siyahısını vermişlər: L. e. alba, L. e. argenteogrisea, L. e. biarmicus, L. e. borealis, L. e. caspicus, L. e. caucasicus, L. e. flavus, L. e. gallaecius, L. e. hispanicus, L. e. hyemalis, L. e. granatensis, L. e. iturissius, L. e. kalmykorum, L. e. meridiei, L. e. meridionalis, L. e. niethammeri, L. e. niger, L. e. tesquorum, and L. e. tumak, but excluding L. e. connori, L. e. creticus, L. e. cyprius, L. e. judeae, L. e. rhodius, və L. e. syriacus [7].
Köhnə və təsdiqlənməmiş təsəvvürlərə görə Azərbaycanda boz dovşanın iki yarımnövü yayılmışdır: Qafqaz dovşanı (L.e.caucasicus) və Zaqafqaziya dovşanı (L.e.cyrensis).
Həyat tərzi
redaktəAçıq ərazilərin sakini olub, meşə-çöl, çöl, səhra-çöl landşaftlarında yayılıb. Meşə zonasında boz dovşan əsas yaşayış yerləri açıq ərazilər olan talalar, otlaqlar, meşə kənarlarıdır. İynəyarpaqlı meşələrin dərinliyində nadir hallarda rast gəlinir, enliyarpaqlı meşələrdə adi növ olsa da, ağacların seyrək olduğu yerlərə üstünlük verir. Dağlarda alp çəmənlərinə qədər qalxır. Yayda dəniz səviyyəsindən 1500 – 2000 m yüksəkliklərə qədər rast gəlinir. Adi dovşan adətən oturaq həyat tərzi keçirən territorial heyvandır. Yaşayış yerinin qida ehtiyatından asılı olaraq, sahəsi 30 – 50 hektar olan ərazidə daim qala bilir. Digər ərazilərdə adi dovşan gün ərzində on kilometrlərlə məsafəni qət edərək sığınacaq yerlərindən qidalanma yerlərinə yerdəyişmə edə bilirlər. Həmçinin mövsümi yerdəyişmələrdə səciyyəvidir. Payızda və qışda adi dovşan çox zaman yaşayış məntəqələrinin yaxınlığına, meşə kənarlarına, qar örtüyünün az olduğu hündür ərazilərə köçürlər. Payızda dağlıq ərazilərdə çaylaqlara, yazda isə yenidən dağlara qayıdırlar. Adi dovşan əsasən ala-qaranlıq və gecə fəal olur. Yalnız çoxalma dövründə gündüz fəallığı müşahidə olunur. Yay fəslində dovşanların sığınacaq yerləri kolların, yıxılmış ağacların və ya hündür otların dibində qazılmış sadə kiçik çuxurdur. Çox zaman sadəcə kolların dibində gizlənir. Daimi yuvalar qurmur, bəzən güclü istilər zamanı müvəqqəti gündüz yuvaları qazır. Porsuqların, tülkülərin və marmotların atılmış yuvalarında dincəlir. Sığınacaqların yerləşmə yeri ilin fəslindən və hava şəraitindən asılı olaraq dəyişir. Yazda sığınacaqlar günəş şüalarının düşdüyü yerlərə, yağışlı havalarda isə daha quru yerlərə üstünlük verir. Boz dovşan ağ dovşandan sürətli olub, daha uzun məsafəyə tullanışlar edir. Qısa məsafədə qaçışın sürəti 50 – 60 km/saata qədər çata bilir. Üzə bilir. Bütün dovşanlar kimi boz dovşanda sakit heyvandır. Yalnız tutulduqda və ya yaralandıqda yüksək kəskin səs çıxarır. Sakit səslə dişi fərdlər bala dovşanları çağırır. Narahat edildikə, bir çox gəmiricilər kimi dişlərini bir-birinə vurur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1998.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar, Bakı, Elm nəşriyyatı, 2004
- ↑ Chapman, Joseph A.; Flux, John E. C. (1990). Rabbits, Hares and Pikas: Status Survey and Conservation Action Plan. IUCN. pp. 62, 76–78. ISBN 978-2-8317-0019-9.
- ↑ Suchentrunk, F.; Mamuris, Z.; Sfougaris, A. I.; Stamatis, C. (2003). "Biochemical genetic variability in brown hares (Lepus europaeus) from Greece". Biochemical Genetics. 41 (5–6): 127–140.
- ↑ "Arxivlənmiş surət". 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- ↑ Chapman, Joseph A.; Flux, John E. C. (1990). Rabbits, Hares and Pikas: Status Survey and Conservation Action Plan. IUCN. pp. 62, 76–78. ISBN 978-2-8317-0019-9.