Bu Divari Sokun - Wikipedia
"Bu divarı sökün!" (ing. Tear down this wall!) — ABŞ Prezidenti Ronald Reyqanın 1987-ci il 12 iyun tarixində Qərbi Berlində söylədiyi nitqin bir hissəsi. O zaman Reyqan, SSRİ dövlət başçısı Mixail Qorbaçova müraciət edərək 1961-ci ildən bəri Berlin şəhərini qərb və şərq hissələrinə ayıran səddin aradan qaldırılmasına çağırış etmişdir.[1][2]
"Bu divarı sökün!" nitqi | |
---|---|
Ronald Reyqan tərəfindən Brandenburq qapısı önündə söylənilən nitq, Cümə, İyun 12, 1987. Nitqin məşhur hissəsi videonun 11:10 hissəsindədir. | |
Tarix | 12 iyun 1987 |
Yeri | Brandenburq qapısı (Qərbi Berlin) |
Tanınır | Berlin Divarı Nitqi |
İştirakçılar | Ronald Reyqan |
Vikianbarda əlaqəli mediafayllar |
Nitq o zaman nisbətən kiçik media əhatəsi qazansa da, 1989-cu ildə Berlin divarının sökülməsindən sonra daha çox tanındı. Lakin nitqin divarın yıxılmasında nə qədər təsirli olması ilə bağlı müzakirələr var.
Zəmin
redaktə"Bu divarı sökün" adlanan nitq Ronald Reyqanın Berlin divarına yönəlmiş ilk çıxışı deyildi: 1982-ci ildə Qərbi Almaniyaya səfəri zamanı o, bəyan etdi ki, "Mən Sovet İttifaqı liderinə bir sual ünvanlamaq istəyirəm […] Nəyə görə orada divar mövcuddur?"[3] Divarın tikilməsindən 25 il sonra 1986-cı ildə, buna cavab olaraq, Qərbi Almaniyanın "Bild" qəzeti Reyqana belə bir sual ünvanladı ki, "O, divarın sökülə biləcəyini nə zaman düşündü?" və cavab olaraq, Reyqan bildirdi ki, "Mən divarın sökülməsi üçün məsul şəxslərə [bu gün] çağırış edirəm".[4]
Reyqanın 1987-ci ildə Berlinə olan səfərindən öncə 50.000 insan ABŞ Prezidentinin gəlişi əleyhinə nümayiş keçirdi. Onun gəlişi dövründə baş verə biləcək hər hansı anti-Reyqan nümayişlərinin qarşını almaq məqsədi ilə Berlin şəhərinin geniş bir ərazisi bağlandı. Xüsusilə Kroytsberq küçəsi bu məqsədlə əsas götürülərək, şəhərin bu hissəsi boyunca hərəkət tamamilə məhdudlaşdırıldı.[5]
Nitq həmçinin Reyqan administrasiyası üçün də çox böyük anlaşılmazlıq mənbəyi idi. Belə ki, bir çox yüksək rütbəli işçi və köməkçilər ifadənin əleyhinə olan məsləhətlər verdilər ki, buna oxşar hər hansı ifadənin deyilməsi gələcəkdə Şərq–Qərb gərginliyinə səbəb ola bilərdi. Həmçinin Reyqanla birlikdə yaxşı münasibət qurmuş M. Qorbaçova sıxıntı yaşada bilərdi. Ona görə də məhz bu ifadə deyilməməli idi. Qərbi Almaniyada olan amerikalı rəsmilər və prezidentin nitq yazarları isə Piter Robinson daxil, fərqli düşünürdü. P. Robinson Qərbi Almaniyaya gedərək orada nitq üçün uyğun məkanları gözdən keçirdi və ümumilikdə belə qənaətə gəldi ki, Qərbi berlinlilərin böyük əksəriyyəti divarın mövcudluğunun əleyhinədir. R. Reyqanın bu mövzuda kiçik dəstək görməsinə baxmayaraq o, divarın sökülməsini tələb edirdi və bu səbəbdən Robinson bu ifadəni mətndə saxladı. 1987-ci ilin 18 may tarixində Reyqan şəxsi nitq yazarı ilə görüşdü və şərh olaraq "Düşünürəm ki, yaxşı olacaq, möhkəm mətndir" bildirdi. Ağ evin heyət başçısı olan Hovard Beyker bunu "aşırı" və "prezidentə yaraşmaz" olduğunu qeyd edərək etiraz etdi ki, hətta ABŞ Milli Təhlükəsizlik müşaviri müavini Kolin Pouelldə bununla razı idi. Buna baxmayaraq, R. Reyqan bu bəndi bəyəndi və "Düşünürəm ki, biz bu barədə danışacağıq" deyirdi.[6]
Baş nitq yazarı olan Entoni Dolan sonradan bu gedişatın mənbəyi ilə bağlı açıqlama verir, amma bunu birbaşa olaraq, R. Reyqana bağlayır. 2009-cu ilin noyabr ayında "Wall Street" jurnalında paylaşılan bir məqalədə, Dolan Oval Ofis toplantısında P. Robinsonun yazdığı nitqin ilkin formasınından öncə məhz R. Reyqanın ilk dəfə bu fikrə gəldiyi ilə bağlı ətraflı açıqlama verdi. O, özünün və P. Robinsonun təəssüratlarını qeyd etdi.[7] "Wall Street" jurnalının dərc etdiyi fərqli hesabatlar nəticədə P. Robinson və E. Dolan arasında dostca məktubların mübadiləsinə səbəb oldu.[8][9]
Nitq
redaktə1987-ci ilin 12 iyun tarixində prezident və onun xanımı Berlin şəhərinə gələrkən onları ilk olaraq, Reyxstaqa apardılar ki, onlar eyvandan divarı aydın şəkildə seyr edə bildilər.[10] Daha sonra saat 14:00 radələrində Reyqan 2 ədəd güllə keçirməz şüşənin qoruması altında nitqinə başladı.[11] İzləyicilər arasında Qərbi Almaniyanın Prezidenti Rixard von Vaytszekker, Kansler Helmut Kol və Qərbi Berlinin meri Eberhard Dipgen var idi.[10]
O, günorta R. Reyqan dedi:
Biz dəyişiklik və səmimiliyi qarşılayrıq; biz inanırıq ki, azadlıq və təhlükəsizlik birgə irəliləyir və digər tərəfdən də insan azadlığı dünyada sülhü gücləndirə bilər. Sovetlərin isə bunu açıqlaya biləcəyinə dair tək bir işarət var, bu azadlıq və sülhün səbəbini dramatik bir şəkildə irəlilədəcək. Baş katib Qorbaçov, əgər siz sülh istəyirsizsə, əgər siz Sovet İttifaqı və Şərqi Avropa üçün zənginlik istəyirsizsə, əgər siz liberallaşdırma istəyirsizsə bu divarın yanına gəlin. Cənab Qorbaçov bu divarı açın. Cənab Qorbaçov, bu divarı sökün! [12] |
Nitqdən sonra Reyqan söylədi: "Bir az öncə Reyxstaqdan ətrafa baxdığımda gördüklərim alman birliyini təcəssüm etdirirdi və mən divarın üzərində spreylə yazılmış sözləri gördüm. Yəqin ki, gənc berlinlilər tərəfindən yazılmışdır, "Bu divar yıxılacaq. İnanclar reallığa dönəcək." Bəli Avropa boyunca bu divar yıxılacaq, çünki inama qarşı dayana bilməz, həqiqətə qarşı dura bilməz. Divar azadlığa qarşı dayana bilməz." [12]
Nitqin diqqət çəkən digər məqamı isə R. Reyqanın SSRİ-nin SS-20 nüvə silahlarına istinadən silahlanma yarışına son verilməsi və mümkünlüyü ilə bağlı "sadəcə silahların artımını məhdudlaşdırmaq kifayət deyil, ilk dəfə, dünyadakı bütün nüvə silahlarının bütün sinifini aradan qaldırmaq labüddür" çağırışı oldu.[11]
Cavab və miras
redaktəNitqin səsləndirilməsindən 20 il sonra "Time" jurnalı nitqin KİV-dən nisbətən az əhatə dairəsi toplaması ilə bağlı iddia irəli sürdü.[13] R. Reyqanın nitqi zamanı Berlində olan və 1997-ci ildən 2001-ci ilədək ABŞ-nin Almaniyadakı səfiri olmuş diplomat Con Kornblam demişdir: "Nitq əslində 1989-cu ilədək indiki, sahib olduğu statusa yüksələ bilməmişdir".[10] Qərb KİV-də səssiz cavaba əks olaraq şərqdən buna təzadlı reaksiya gəldi. Şərqi Almaniyanın Siyasi büronun üzvü Günter Şabovski nitqi "absurd" adlandırdı [14] və sovet mətbuat agentliyi olan İTAR-TASS R. Reyqanı açıq şəkildə təxribat xarakterli, savaşa təhrikedici nitqi ilə bağlı günahlandırdı".[11] Bu həmin Şabovski idi ki, 2 il yarım sonra 9 noyabr 1989-cu ildə Şərqi Almaniya vətəndaşları üçün səyahət qaydalarında olan dəyişikliklər barədə mətbuat konfransında yanlış açıqlama verərək divarı açan şəxs oldu.
Qərbi Almaniyanın sabiq kansleri Helmut Kol bildirdi ki, R. Reyqanın yanında durarkən onun M. Qorbaçova meydan oxuyaraq, "Berlin divarını aşırın" deməsini heç vaxt unutmayacaq. "O, dünya üçün xüsusilə Avropa üçün uğurlar zərbə idi".[15]
R. Reyqan ilə müsahibə zamanı o, Şərqi Almaniya polisinin insanları divara yaxınlaşmasına icazə vermədiyini və beləcə vətəndaşların nitqi dinləmələrinə maneə törədildildiyini açıqladı. Qərbi Almaniya polisinində buna bənzər şəkildə hərəkət etməsinə baxmayaraq, nadir hallarda bu qeyd olunurdu.[13]
Ağ Evin nitq yazarı və nitq üçün məkanı təyin edən Piter Robinson demişdir ki, nitqin ən məşhur hissəsi qərbi Berlinli İnqeborq Elz ilə apardığımız bir söhbət əsnasında ortaya çıxmış və o, bildirmişdir ki "Əgər M. Qorbaçov Qlasnost və Perestroyka danışıqlarında ciddidirsə, o, bu divardan qurtulmaqla bunu sübut edə bilər".[16]
R. Reyqanın M. Qorbaçovu Berlin divarının aradan götürülməsi barədə sıxışdırmasına baxmayaraq, bu məsələyə "Time" jurnalının əməkdaşı Romeş Ratnesar kimi şərh verənlər də var idi. Onun şərhinə görə bu nitqdə divarın aradan götürülməsi ilə bağlı heç bir təsir gücü yoxdur və insanlara təsir göstərməkdən vaz keçilməlidir.[13] Digər tənqidçi Lam Hor idi ki, o, 2012-ci il "The Atlantic" jurnalında Şərqi və Qərbi Almaniya, həmçinin Sovet İttifaqında baş verən hadisələrin mürəkkəbliyini önə çəkmədən ABŞ KİV-nin nitqin dəyərinə fokuslanmasının bir çox səbəblərini vurğulayırdı.[17]
Yazıçı Ceyms Men isə R. Reyqanın nitqini effektsiz görən iki tənqidçi ilə razılaşmadı və bunu sovet inamını sarsıtmağın açar rolu kimi nitqi təriflədi. 2007-ci ildə "The New York Times" qəzetində dərc olunan məqalədə o, nitqi R. Reyqanın Sovet İttifaqına bir təklifi kontekstində qoydu. Necə ki, bundan bir il öncə Reykyavik zirvəsində tərəflər ABŞ və SSRİ-nin malik olduğu nüvə silahlarını tamamilə məhv etmək barədə az qala razılığa gəlirdilər. O, nitqi R. Reyqanın sağçı tənqidçilərinin sakitləşməsi üçün bir yol olaraq xarakterizə etdi ki, R. Reyqan hələ də kommunizm qarşısında bir çətinlik idi. Üstəlik M. Qorbaçov ilə bir araya gələrək, "Sovetlərin divarı aradan götürməsi ilə birlikdə daha rahat bir mühitin yaradılması nəzərdə tutulurdu". R. Reyqan, C. Men ilə söhbətində bildirdi ki, "O, sovet rejiminə nə zərbə vurmağa çalışırdı, nə də siyasi teatrla məşğul idi. Əvəzində o, 20 il öncə Berlində o yağışlı gündə [Men'in məqaləsindən öncə] – soyuq müharibənin bitməsi üçün şərtləri hazırlamağa kömək etdi.[18]
Həmçinin bax
redaktə- Mən berlinliyəm – ABŞ Prezidenti Con Kennedinin 26 iyun 1963-cü ildə Berlin şəhərində etdiyi çıxış.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Ronald Reagan speech, Tear Down This Wall". USAF Air University. July 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2015.
- ↑ "Arxivlənmiş surət". 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
- ↑ "Public Papers of the Presidents of the United States: Ronald Reagan, 1982". Remarks on Arrival in Berlin. June 11, 1982. February 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2015.
- ↑ "Public Papers of the Presidents of the United States: Ronald Reagan, 1986". Written Responses to Questions Submitted by Bild-Zeitung of the Federal Republic of Germany. August 7, 1986. February 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2015.
- ↑ van Bebber, Werner. "Cowboy und Indianer". der Tagesspiegel. June 10, 2007. June 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 23, 2015. (in German)
- ↑ Walsh, Kenneth 2T. "Seizing the Moment". U.S. News & World Report. iyun 2007. 39–41. iyun 14, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyun 27, 2007.
- ↑ Dolan, Anthony. "Four Little Words". Wall Street Journal. November 2009. April 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2012.
- ↑ Robinson, Peter. "Looking Again at Reagan and 'Tear Down This Wall'". Wall Street Journal. November 2009. April 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2012.
- ↑ Dolan, Anthony. "Speechwriters' Shouts of Joy in Reagan's Oval Office". Wall Street Journal. November 2009. April 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2012.
- ↑ 1 2 3 "Ronald Reagan's Famous "Tear Down This Wall" Speech Turns 20". Deutsche Welle. June 12, 2007. November 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2014.
- ↑ 1 2 3 Boyd, Gerald M. "Raze Berlin Wall, Reagan Urges Soviet". The New York Times. June 13, 1987. February 9, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 9, 2008.
- ↑ 1 2 "Remarks on East-West Relations at the Brandenburg Gate in West Berlin". Ronald Reagan Presidential Library. November 15, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 29, 2011.
- ↑ 1 2 3 Ratnesar, Romesh. "20 Years After 'Tear Down This Wall'". Time. June 11, 2007. August 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 19, 2008.
- ↑ "Reagan's 'tear down this wall' speech turns 20". USA Today. June 12, 2007. March 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2008.
- ↑ Jason Keyser. "Reagan remembered worldwide for his role in ending Cold War division". USA Today. June 7, 2004. 2009-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- ↑ Robinson, Peter. "'Tear Down This Wall': How Top Advisers Opposed Reagan's Challenge to Gorbachev – But Lost". National Archives. Summer 2007. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- ↑ Hoare, Liam. "Let's Please Stop Crediting Ronald Reagan for the Fall of the Berlin Wall". The Atlantic. September 20, 2012. September 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2019.
- ↑ Mann, James. "Tear Down That Myth". The New York Times. June 10, 2007. May 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2017.
Ədəbiyyat
redaktə- Robinson, Piter. It's My Party: A Republican's Messy Love Affair with the GOP (ingilis) (hardcover). Warner Books. 2000. ISBN 0-446-52665-7.
- Kornblum, Con. Reagan's Brandenburg Concerto (ingilis). The American Interest. may–iyun 2007.
- Romeş, Ratnesar. Tear Down This Wall: A City, a President, and the Speech that Ended the Cold War (ingilis). 2009.
Xarici keçidlər
redaktə- Full text and audio MP3 of the speech
- Perisai Jitu
- Full video of President Reagan delivering the speech at the Brandenburg Gate, courtesy of the Reagan Foundation.
- Ronald Reagan Signed and Inscribed Photograph at the Berlin Wall Shapell Manuscript Foundation
- Reagan speechwriter Peter Robinson reflecting on the speech before the Commonwealth Club of California in 2004.
- Ronald Reagan Quotes Arxivləşdirilib 2018-10-06 at the Wayback Machine
- Image of text at National Archives site
- "Tear Down This Wall" How Top Advisers Opposed Reagan's Challenge to Gorbachev—But Lost by Peter Robinson
- ABŞ Prezidenti Ronald Reyqanın Berlin divarı qarşısındakı nitqi (12 iyun 1987) – videosu "Internet Archive" saytında mövcüddur.