Serqi Almaniya - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Almaniya Demokratik Respublikası (ADR, qeyri-rəsmi adı Şərqi Almaniya) — İkinci Dünya müharibəsindən sonra Almaniyanın bölünməsi nəticəsində Mərkəzi Avropada yaradılan keçmiş sosialist dövləti. AFR, ÇSSR (indiki Çexiya və Slovakiya) və PXR (indiki Polşa) ilə həmsərhəd idi. Şimaldan Baltik dənizi ilə hüdudlanırdı. Sahəsi 108,2 min km., paytaxtı Berlin idi. Əsas şəhərləri Leypsiq, Drezden, Frankfurt-Oder, Erfurt, Rostok və Kotbus sayılırdı. ADR konstitusiyası əvvəlcə 1949-cu il oktyabr ayının 7-də, sonra isə 1968-ci ildə qəbul olunmuşdu. Dövlət hakimiyyətinin ali orqanı əhalinin 5 il müddətinə seçdiyi Xalq Palatası idi. Xalq Palatası Dövlət Şurasının sədrini və üzvlərini, hökuməti (Nazirlər Şurası), Milli Müdəfiə Şurasının sədrini, Ali Məhkəmə üzvlərini və Baş prokuroru seçirdi.
Tarixi dövlət | |||||
Almaniya Demokratik Respublikası | |||||
---|---|---|---|---|---|
alm. Deutsche Demokratische Republik (DDR) | |||||
|
|||||
|
|||||
Paytaxt | Şərqi Berlin | ||||
Dilləri | alman dili | ||||
Rəsmi dilləri | Alman dili | ||||
Valyuta | Alman markası | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | Sosialist-Demokratik respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1990-cı ildə ADR Almaniya Federativ Respublikası ilə birləşmişdir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Almaniya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |