Daskesen - Wikipedia
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində şəhər,[2] Daşkəsən rayonunun inzibati mərkəzi.
Şəhər | |
Daşkəsən | |
---|---|
40°31′15″ şm. e. 46°04′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəYaşayış məntəqəsi 1930-cu ildə burada dəmir filizi çıxarılması ilə əlaqədar salınmışdır. Daşkəsən kəndi əsasında yaranmışdır. Oykonim "daş (dəmir filizi) çıxarılan yer" mənasındadır.[3]
Tarixi
redaktəİkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilmişdir. Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı.[4] 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
Tarixi abidələri
redaktəDaşkəsən şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4180 | Körpü[5] | Qeyd olunmayıb | Daşkəsən şəhəri | Memarlıq | Yerli |
5631 | Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi[6] |
Qeyd olunmayıb | Daşkəsən şəhəri | Monumental və xatirə | Yerli |
Coğrafiyası və iqlimi
redaktəŞəhər Qoşqar çayının sol sahilində, dağlıq ərazidə, dəniz səviyyəsindən 1600 metr hündürlükdə, Gəncə şəhərindən 43 kilometr, Bakı şəhərindən isə 406 kilometr məsafədə yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 9364 | 4527 | 4837 |
2009[8] | ↗10566 | ↗5141 | ↗5425 |
İqtisadiyyatı
redaktəMədəniyyəti
redaktəŞəhərdə Mərkəzi Kitabxana və 1 №-li şəhər kitabxanası, Daşkəsən şəhər Uşaq İncəsənət Məktəbi, Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyi, Daşkəsən rayon Heydər Əliyev Mərkəzi, Daşkəsən Dövlət Rəsm Qalereyası,[9] Daşkəsən şəhər 2 saylı uşaq bağçası, Daşkəsən şəhər uşaq, gənclər və idman məktəbi,[10] Daşkəsən Rayon Mədəniyyət Mərkəzi[11] fəaliyyət göstərir.
Şəhərin kənarında mərmər ocağı, içində Böyük Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş xatirə abidəsi, tarixi körpü mövcuddur.[12]
Təhsil
redaktəŞəhərdə Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəb, Daşkəsən şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəb və Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta məktəb fəaliyyət göstərir.[13]
Din
redaktəŞəhərdə 16 iyul 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-442 olan Daşkəsən şəhəri "Cümə" məscidi məscidi dini icması fəaliyyət göstərir. Daşkəsən Cümə məscidinin bünövrəsi 1997-ci ildə qoyulmuş, lakin tikinti yarımçıq qalmışdır. 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən tikinti tam başa çatdırılmış və məscid dindarların istifadəsinə verilmişdir.[14]2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılmışdır. Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunmuşdur.[15]
Səhiyyə
redaktəŞəhərdə Daşkəsən Rayon Mərkəzi Xəstəxanası yerləşir.[16]
Şəkillər
redaktə-
Futbol meydançası
-
Daşkəsən şəhər avtovağzalı
-
Gənclər mərkəzi
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Daşkəsən // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 152. ISBN 978-9952-34-155-3.
- ↑ "Azərbaycanda dəmir filizi yataqları bazasında metallurgiya kompleksi yaradılır". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 107" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 142" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
- ↑ "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
- ↑ "Regional Mədəniyyət və Turizm İdarələrinin İnteqrasiyalı İdarəetmə Planı" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
- ↑ "Regional Mədəniyyət və Turizm İdarələrinin İnteqrasiyalı İdarəetmə Planı" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
- ↑ "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 22" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-09.
- ↑ "Şamaxı "Cümə" məscidi: əsrlərin sınağından bu günə".[ölü keçid]
- ↑ "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.