Everett Sinn - Wikipedia
Everett Şinn (6 noyabr 1876[1][2][…] – 1 may 1953[3][4], Nyu-York, Nyu-York ştatı) — ABŞ rəssamı. Əsasən realist və modernist üslubda əsərlər yaratmışdır. "Səkkiz" adlı rəssamlar qrupu ilə də işləmişdir. Əsərlərində Nyu-Yorkun çaxnaşmalı şəhər həyatını, ustası olduğu teatr səhnələrini əks etdirmişdir.[6]
Everett Şinn | |
---|---|
ing. Everett Shinn | |
| |
Doğum tarixi | 6 noyabr 1876[1][2][…] |
Vəfat tarixi | 1 may 1953[3][4] (76 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | amerikalı |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı | |
Fəaliyyəti | rəssam, boyakar[d] |
Stillər | modernizm, realizm |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəEverett Şinn 1876-cı ildə Nyu-Cersidə 8 uşaqlı ailənin son beşiyi kimi dünyaya göz açmışdır. Atasının ən sevdiyi yazıçı olan Edvard Everett Heylin şərəfinə isə Everett adlandırıldı.[6]
İstedadlı bir uşaq olan Şinn 15 yaşında öz buxar mühərrikini ərsəyə gətirdi. Elə bu yaşda Filedalfiya Yay Bağı Kollecinə qəbul olur. Və burada mexanika rəssamlığını, texniki rəsmlər (alətlər, texniki maşın təsvirləri, çertyojlar) çəkməyi öyrənir. Sonra isə Filedalfiya İncəsənət Akademiyasında təhsilini davam etdirir. Rəssamın həyatının böyük hissəsi mətbuat orqanları ilə bağlı olmuşdur.[6]
Karyerası
redaktə17 yaşında burada illüstrator kimi işə başlayan zaman bu sahə öz zirvəsində idi. Onun canlı, sanki hərəkətdəymiş kimi şəkillər çəkmək və şəklin lazımi detallarına diqqət cəlb edə bilmək qabiliyyəti Şinnə bu sahədə uğur qazandırdı. Robert Henri, Con Sloun, Cozef Launla və digər gələcək "Səkkiz" qrupunun üzvləri ilə burada tanış oldu. Onlar birliktə Kömür Klubu adlı qeyri-rəsmi alternativ sənət məktəbini yaradırlar.[6]
Onlar çılpaq şəkillər çəkir, bir-birinin əsərlərini müzakirə və tənqid edirdilər. Kömür klubundakılar cəmiyyətin həm tərbiyəsiz, həm də intellektual təbəqəsi hesab olununan insanlar idi. Elə bu klub Aşkan məktəbinin yaranması üçün təməl daşı rolunu oynadı. Klubun üzvlərindən Henri digərlərinin Zolya, Emerson, İbsen, Vitmen kimi yazıçıları öyrənməyə cəlb edir, rəssamlıqda yeni stillər yaratmağa həvəsləndirirdi. O, gənc sənətkarlara modern şəhərlərdən ilham almağa çağırırdı. Onun fikrincə, müasir rəssamları hamının öyrəşdiyi üslublardan, qəliblərdən uzaq qaçmalı, daha azad stildə yaratmalı idi. Bu fikir Şinnin də sənətə baxış bucağını təşkil edirdi.[6]
O, Filedalfiya Pressdə uğur qazansa da, 1897-ci ildə buranı tərk edib Nyu-Yorka gedir və "Anslee’s Magazine"də işə başlayır. İlk arvadıyla tanışlığı da elə bura ilə bağlıdır. Bundan başqa da o, amerikanın çoxlu məşhur jurnallarında işləmişdir (Harper’s , Vanity fair, Cief, Cook, Judge) . Burada işlədiyi illərdə artıq əsərlərini sərgilərdə də nümayiş etdirməyə başlayır. Nümayiş olunan əsərlər cəmiyyətdə təzadlı fikirlərə səbəb olmuşdur.[6]
1897-ci ilin sonlarında "New York World"də işləyən Cozef Pulitserdən illüstrator kimi yüksək maaşla iş təklifi alır.[6]
1908-ci ildə Everett Şinn Maqbet qalereyasında bir sərgi keçirir. Sərgidəki rəsmlər Milli Dizayn Akademiyasının ənənəvi üslubdakı rəsmlərinə etiraz xarakteri daşıyırdı. Sərgi bir neçə şəhəri gəzir, mətbuatda səs-sorağa səbəb olur. Bu da ölkədə Aşkan məktəbinin milli nüfuzunu artırır.[6]
Bütün həyatı boyu Şinnin əsərlərinin az qismi nümayiş olunsa da, 1920-ci ildə artıq onun yaxşı karyerası var idi. Lakin Böyük böhran illərində maddi çətinliklərlə qarşılaşır. Bu illər ərzində onun çox az əsəri satılır.[6]
1937–1953-cü illər arası çoxlu dəyərli mükafatlara layiq görülən və vacib sərgilərin iştitakçısı olan Everett Şinn 1953-cü ildə ağ ciyər xərçəngindən vəfat edir.[6]
Teatr
redaktəTeatra olan sevgisi yalnız rəssamlıqda özünü göstərmir. Onun rəssamlıq studiyasında 55 oturacaqlıq kiçik teatrı var idi ki, burada pyeslər yazır, kostyumlar, səhnə dekorları dizayn edirdi. Bütün bu işlər olduqca xırda gəlir gətirsə də, "Adiyə qarşı ən bədxah" adlı pyesi 7 müxtəlif dildə tamaşaya qoyulur.[6]
Everett Şinnin teatr sahəsində çoxlu dostları da var idi. Bu insanların köməyi ilə Şinn Manhettenin elit, varlı təbəqəsindən olur. Bundan sonra o, varlıların evinə divar rəsmləri çəkməklə də məşğul olur. Müştərilər, əsasən, XVI Lüdovik dönəmindəki Rokoko revivalizmi üslubunda rəsmlər sifariş edirdi. Divar rəsmləri sahəsinə verdiyi ən böyük töhfə Belasko teatrının divarlarını boyaması idi. Bura indi Brodvey teatrı kimi məşhurdur.[6]
Əsərləri və üslubu
redaktəÜmumilikdə, qrup üzvlərinin fikrincə, Everett Şinn Aşkan məktəbinin üslubuna ən az yaxın olan sənətkar idi. Çünki məktəb realist üslublu rəsmləri ilə tanınırdı. Şinni isə şəhərin kasıb hissələrindən çox, bahalı, elit həyat cəlb edirdi. Əsərlərində elit həyatın təsvirinə daha çox yer vermək rəsmlərin realistliyini azaldırdı.[6]
Manhattanın sıxlığını, şəhər həyatını çox sevən sənətkar burda işlədiyi dövrü "Mott küçəsində yanğın və dava" kimi əsərlərində əks etdirir. Şinn, xüsusilə dramatik, aksionlu səhnələri təsvir etməyə böyük marağı vardı (qəzalar, yanan binalar, dava-dalaş). "London hippodromu" (1902) onun ən məşhur əsərlərindəndir.[6]
"Dava" əsəri Şinnin realist üslubda çəkdiyi rəsmlərə gözəl nümunədir. Rəsmin sağ hissəsində barın çıxışındakı davanı izləyən bir qrup kişi təsvir olunub. Adamların bir hissəsi ağ, digərləri qara tonlarda təsvir olunub. Belə tonlar istifadə etmək o dövr üçün ənənəvi deyildi. Bu rənglər əsəri bir az da anlaşılmaz etmişdir. Əsəri fərqləndirən başqa bir cəhət istifadə etdiyi arxaplandır. Şinn, əsasən, elegant arxaplanlara üstünlük versə də, bu rəsmdə amerikanın sadə, kasıb arxa küçələrini təsvirini verir. "Dava" rəsmi "Nyu-York dokları", "Çamaşırxana", "Gecə həyatı: Qəza" və bu kimi əsərlərlə birlikdə Aşkan məktəbinin klassik nümunələrindən hesab olunur.[6]
1900-cü ildə Şinnin Arvadıyla birgə çıxdığı Avropa səyahəti onun rəssamlıq üslübuna xeyli təsir edir. O, impressionist üslubda da əsərlər yaratmağa başlayır.[6]
Bu səyahətlə bağlı özünün qeydləri olmasa da, onun Fransada Onore Domye, Edqar Deqa, Anri de Tuluz-Lotrek, İngiltərədə Volter Sikert əsərləri ilə tanış olduğu güman olunur. Bu sənətkarların üslubu ilə tanışlığın izləri onun növbəti əsərlərində özünü göstərir.[6]
Xüsusilə, Deqa ona daha çox təsir edir. Avropadan qayıtdığı dövrdən sonra onun teatr məzmunlu əsərləri çoxalır. Bu məzmunlu əsərlərə Deqa da tez-tez müraciət edirdi. "Trapesiya", "Qış bağı", "Nyu-York", "Pərdə" kimi əsərləri Deqadan təsirlənərək yaradılmışdır.[6]
Everett Şinn Pablo Pikasso və Anri Matiss kimi rəssamların üslubuni ciddi hesab etməmişdir.[6]
Şəxsi həyatı
redaktə1899-cu ildə Florens Skovel ilə evlənir. O da nyu-cersili olan rəssam idi. Lakin 1912-ci ildə boşanırlar. 1913-cü ildə Korinna Boldvin ilə evlənir və 2 uşaq sahibi olur.[6]
Bu evliliklərindən başqa 2 evliliyi də olan rəssamın qarışıq ailə həyatı çoxlu söz-söhbətə səbəb olmuşdur. Elə bu səbəblərdən Everett Şinni Teodor Drayzerin "Dahi" romanın baş obrazının prototipi hesab edirlər. İstedadlı rəssam olan baş obrazın ailə həyatında, qadınlarla münasibətində Şinnin həyatıyla paralelliklər mövcuddur.[6]
Qalereya
redaktə-
"Nyu-Yorkun 21-ci küçəsində qış", 1889
-
"Estrada tamaşası", 1903
-
"Balet məşqi", 1903
-
"Qız səhnədə", 1906
-
Xanım Stüart Uolker xəz paltarda", 1910
-
"Beşinci prospekt", 1910
-
Kanfild qumar evi", 1912
-
"Qız yapon fənərləri ilə", 1912
İstinadlar
redaktə- ↑ 1 2 RKDartists (nid.).
- ↑ 1 2 Everett Shinn // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ 1 2 Everett Shinn // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Marstine J. Everett Shinn // Shinn, Everett (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T078275
- ↑ 1 2 Union List of Artist Names (ing.). 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Pəri Abbaslı. "Everet Şin – Amerikanın "Degası", yaxud T. Drayzerin "Dahi"sinin gizli prototipi". Rezonans (az.). 6 iyul 2018. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2018.