I Yusifbeyli Hokumeti - Wikipedia
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti.[1]
I Yusifbəyli hökuməti | |
---|---|
|
|
Formalaşdırılma tarixi | 14 aprel 1919 |
Buraxılma tarixi | 22 dekabr 1919 |
Hökumətin tərkibi | |
Hökumət başçısı | Nəsib bəy Yusifbəyli |
Nazir sayı | 15 |
Hakim partiya | Müsavat Partiyası |
Digər məlumatlar | |
Müxalif partiya | İttihad Partiyası |
Müxalifət lider | Qara bəy Qarabəyov |
Zəmin
redaktəFətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur.
1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır.[2]
Tərkibi
redaktə1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi:
Vəzifəsi | Adı | Başlama tarixi | Bitmə tarixi | Fraksiya (Partiya) | |
---|---|---|---|---|---|
Nəsib bəy Yusifbəyli |
Müsavat Partiyası | ||||
Nəsib bəy Yusifbəyli |
Müsavat Partiyası | ||||
Məmmədhəsən Hacınski |
Müsavat Partiyası | ||||
Nəriman bəy Nərimanbəyli |
Müsavat Partiyası | ||||
Aslan bəy Səfikürdski |
Xalqçı Partiyası | ||||
Aslan bəy Qardaşov |
|||||
Səməd bəy Mehmandarov |
|||||
Məmməd Yusif Cəfərov |
Müsavat Partiyası | ||||
Rəşid xan Qaplanov |
|||||
Əliağa Həsənov |
|||||
Camo bəy Hacınski |
Xalqçı Partiyası | ||||
Xoren Amaspür |
|||||
Abram Dastakyan |
|||||
Viktor Klenevski |
|||||
Ağa Əminov |
Müsavat Partiyası | ||||
Xudadat bəy Məlik-Aslanov |
Fəaliyyəti
redaktəParlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir.[3]
Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi:
"Güman edirəm, bu tətilin iqtisadi deyil, siyasi olduğunu, bilməyən yoxdur. Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdirmək istəyən adamların özləri də inkar etmirlər. Onlar məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən də Azərbaycanda Şura Hökuməti təşkil edək. |
1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.[4]
Denikin təhlükəsi ilə bağlı Parlament tərəfindən qəbul edilmiş qərarda göstərilirdi ki, mövcud hökumət daxilindən bir heyət seçilməli və həmin heyət ölkənin müdafiəsini təşkil etməlidir. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradıldı. Komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi, yollar, xarici işlər və ədliyyə nazirləri daxil edildilər.
1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi fövqəladə vəziyyət haqqında qərar qəbul etdi. Ölkədə Denikin təhlükəsinə qarşı səfərbərlik elan olundu. Həmin il iyunun 27-də Denikin ordusunun hücumundan müdafiə məqsədilə Azərbaycan-Gürcüstan hərbi-müdafiə sazişi imzalandı.[5]
İstefası
redaktəKabinet və parlament daxili münaqişələrə görə 4-cü kabinet də 22 dekabr 1919-cu il tarixində istefa verdi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
- ↑ Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.
- ↑ Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001
- ↑ Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
- ↑ Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998
Mənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. Azərbaycan Xalq Cümhuriyyəti hökumətləri. ISBN 9952-417-14-2.