Iii Xoyski Hokumeti - Wikipedia
III Xoyski hökuməti və ya Üçüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 3-cü, Fətəli xan Xoyskinin başçılığı ilə 26 dekabr 1918 tarixindən 14 mart 1919-cu ilədək fəaliyyət göstərmiş koalisiya hökuməti.[1]
III Xoyski hökuməti | |
---|---|
|
|
Formalaşdırılma tarixi | 26 dekabr 1918 |
Buraxılma tarixi | 14 mart 1919 |
Hökumətin tərkibi | |
Hökumət başçısı | Fətəli xan Xoyski |
Nazir sayı | 15 |
Hakim partiya | Müsavat Partiyası |
Digər məlumatlar | |
Müxalif partiyalar |
İttihad Partiyası Əhrar Partiyası |
Müxalifət liderləri |
Qara bəy Qarabəyov Aslan bəy Qardaşov |
Zəmin
redaktəAzətrbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başladıqdan sonra, Fətəli xan Xoyski parlamentdən hökumət kabinetinin istefasını qəbul etməsini xahiş etdi. Parlamentin bu istəyi qəbul etməsindən sonra, yeni hökumət kabinetinin qurulması da Fətəli xan Xoyskiyə tapşırıldı. Həsən bəy Ağayevlə məktublaşmalarından məlum olur ki, Fətəli xan Xoyski bu istəyi Həsən bəy Ağayevin çox saylı xahişindən sonra qəbul etmişdir.
Tərkibi
redaktəDekabrın 26-da Fətəli xan Xoyski üçüncii hökumət kabinəsinin proqramı və tərkibi barədə parlamentdə çıxış etdi. Müzakirələrdən sonra parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi.[2] Yeni kabinədə xalq səhiyyəsi naziri postu müvəqqəti olaraq dövlət nəzarəti naziri Məmmədhəsən Hacınskiyə, əmək naziri postu isə müvəqqəti olaraq poçt və teleqraf naziri Aslan bəy Səfikürdskiyə həvalə edildi.[3]
Vəzifəsi | Adı | Başlama tarixi | Bitmə tarixi | Fraksiya (Partiya) | |
---|---|---|---|---|---|
Fətəli xan Xoyski |
|||||
Xəlil bəy Xasməmmədov |
Müsavat Partiyası | ||||
Məmmədhəsən Hacınski |
Müsavat Partiyası | ||||
Əliağa Həsənov |
|||||
Teymur bəy Makinski |
|||||
Xosrov bəy Sultanov |
Bitərəf | ||||
Aslan bəy Səfikürdski |
|||||
Konstantin Lizqar |
|||||
Səməd bəy Mehmandarov |
|||||
Məmmədhəsən Hacınski |
Müsavat Partiyası | ||||
Yevsey Gindes |
|||||
Fətəli xan Xoyski |
|||||
Nəsib bəy Yusifbəyli |
Müsavat Partiyası | ||||
İvan Protasov |
|||||
Aslan bəy Səfikürdski |
|||||
Rüstəm xan Xoyski |
|||||
Mirzə Əsədullayev |
|||||
Xudadat bəy Məlik-Aslanov |
Fəaliyyəti
redaktəFətəli xan Xoyskinin təşkil etdiyi Hökumət kabinəsi ilə əlaqədar olaraq general Tomson bəyan etdi: "[1]
Fətəli xan Xoyski başda olmaqla yeni koalisiyalı Hökumətin təşkili ilə əlaqədar elan edirəm ki, müttəfiqlərin komandanlığı bu Hökuməti Azərbaycan ərazisində yeganə legitim yerli hakimiyyət orqanı kimi tanıyır və onu tamamilə müdafiə edir. |
Məmmədhəsən Hacınskinin Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına getməsi ilə əlaqədar 1919 il yanvarın ikinci yarısından dövlət nəzarəti naziri vəzifəsini Əliağa Həsənov icra etmişdir.
Ölkədə möhtəkirliyin və qiymətlərin artdığı, əhalinin bir qisminin sürətlə varlandığı, digər qisminin isə var-yoxdan çıxdığı bir şəraitdə Parlamentdə müxalifətdə olan İttihad, Əhrar, Sosialistlər fraksiyalarının üzvləri hökuməti bu işdə fəaliyyətsizlikdə təqsirləndirməyə başladı. 1919 ilin yanvar-fevral aylarında keçirilən parlament iclaslarında onlar tərəfindən Fətəli xan Xoyski hökuməti kəskin surətdə tənqid edilirdi. Fevralın 5-də onlara geniş və çox əhatəli cavab verən Fətəli xan Xoyski deyirdi:
"Siz bunu bilməlisiniz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Biliniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər. Belə mühüm zamanda Hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olmaz. |
İstefası
redaktəFətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur.
1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır.[4]
Mənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti. ISBN 9952-417-14-2.
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
- ↑ Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
- ↑ Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 379. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
- ↑ Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.