Leonid Brejnev - Wikipedia
Leonid İliç Brejnev (19 dekabr 1906 (1 yanvar 1907)[1][2][…], Kamianske, Yekaterinoslav quberniyası – 10 noyabr 1982[1][3][…], Zareçye[d], Moskva vilayəti) — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. Onun dövrü əsasən "Durğunluq" ("Zastoy") dövrü kimi səciyyələnir.
Leonid Brejnev | |
---|---|
rus. Леонид Брежнев | |
8 aprel 1966 – 10 noyabr 1982 | |
Əvvəlki | vəzifə təsis olunub ; Brejnev 1-ci Sov.İKP baş katibidir |
Sonrakı | Yuri Andropov |
14 oktyabr 1964 – 8 aprel 1966 | |
Əvvəlki | Nikita Xruşşov |
Sonrakı | Yuri Andropov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kamenskoe, Yekaterinoslav quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, mühəndis, hərbi qulluqçu |
Dini | ateizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Sovet Ordusu |
Döyüşlər |
|
Rütbəsi | Sovet İttifaqı Marşalı |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə(19.12.1906 digər məlumatlara görə, 19.12.1907 — 10.11.1982 — SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi, 1964-cü ildən vəfat etdiyi 1982-ci ilədək SSRİ-də ən yüksək vəzifələri tutmuşdur. Sov.İKP MK-nın 1964—1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi. 1960—1964 və 1977—1982-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri. Sovet İttifaqı Marşalı (1976) və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (196660 illik yubileyinə görə, 1976, 1978, 1981). "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə" Beynəlxalq Lenin Mükafatı (1973) və Ədəbiyyat üzrə Lenin mükafatının laureatı (1979). Onun adı ilə "Kiçik torpaq", "Dirçəliş" və "Xam torpaq" kitabları çap edilmişdir.
Brejnev dövrünün dünyamiqyaslı əhəmiyyətli hadisələri
redaktə"Dunay" əməliyyatı
redaktə1968-ci il 21 Avqustda keçmiş Çexslovakiyaya beş Varşava İttifaqı ölkələrinin (SSRİ, Bolqarıstan, Macarıstan, ADR və Polşa) ordusu daxil oldu. Orduların 36 saat ölkə ərazisində olması Çexoslovakiyada olan sosializmdən "kənaraçıxmaları" aradan qaldıra bildi və "həqiqi" sosializmə qayıdıldı.
Boşalma
redaktə60-cı illərdə beynəlxalq münasibətlər kökündən dəyişmişdi. Hər iki supergüc ABŞ və SSRİ öz hərbi balanslarında bərabərlik yaratdıqdan sonra, daha çox strateji silahların azaldılması və silahlanma yarışını səngitmək istəyirdilər. Buna əsasən bir neçə müqavilə də imzalanmışdır. Boşalmanın ən yüksək həddi 1973-cü ildə açılmış olan Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında müşavirə oldu. Müşavirənin nəticəsi kimi 1975-ci ildə Helsinki də yekun akt imzalandı. Bu akta əsasən Avropada sərhədlərin dəyişdirilməməsi, ölkələrin suverenliyi və ərazi bütövlükləri, ölkələrin bir-birinə hörmətlə yanaşması, gücdən və hədədən istifadə etməmək haqqında ümumi razılıq alındı. Boşalmanın nəticəsi kimi hətta SSRİ-yə Pepsi-kola ixracı başlandı və onun ərazisində yeni zavodun tikintisi layihələşdirildi.
İkinci Vyetnam, amma SSRİ üçün
redaktə"Boşalma" SSRİ-nin 1979-cu il 26 Avqustunda Əfqanıstana öz qoşunlarını daxil etməsi ilə qurtardı. Əfqanıstanda hakimiyyət çevrilişi oldu- Barbak Karmal hakimiyyətə gəldi. Əfqanıstanda olan vəziyyət ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə köməkçisi, dünya miqyaslı analitik Zbiqnev Bjezinski prezidentə belə deyir: "Bizdə tarixi şans yaranıb ki, Sovet İttifaqına öz Vyetnamını verək". Sonrakı müddətdə Əfqanıstan "Soyuq müharibə"-nin əsas mərkəzinə çevrilmişdir. Rəsmi məlumatlara görə Sovetlər İttifaqı 15 minə yaxın əsgər itirmişdir (qeyri-rəsmi 40 min). Əfqanıstan tərəfi isə 1 mln-a yaxın şəhid vermişdir (o zaman ölkə əhalisinin sayı 13 mln.)
Olimpiada-1980
redaktə1980-cı il 19 iyuldan – 3 avqustadək Moskvada XXII yay olimpiadası keçirildi. ABŞ və bir neçə başqa ölkələr SSRİ-nin Əfqanıstana hücumu ilə əlaqədar boykot elan etdilər. Buna baxmayaraq olimpiada baş tutdu.
Brejnev və Azərbaycan
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Leonid Brezhnev // Encyclopædia Britannica (ing.).
- ↑ Leonid Breschnew // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Leonid Iljitsch Breschnew // filmportal.de. 2005.