Liankur - Wikipedia
Liankur adaları (kor. 독도, 獨島, Tokto, yap. 竹島, Takeşima;) — Yapon dənizinin qərbi hissəsində yerləşən kiçik adalar qrupu. Adaların suverenliyi Yaponiya və Cənubi Koreya arasında mübahisələrə səbəb oldu[2]. İkinci dünya müharibəsindən sonra adalar Cənubi Koreyanın nəzarətindədir[3].
Liankur adaları | |
---|---|
kor. 독도, yap. 竹島 | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 0,187450 km² |
Hündür nöqtəsi | Daehanbong dağı (169 metr) |
Əhalisi |
|
Yerləşməsi | |
37°14′30″ şm. e. 131°52′00″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəKoreyada adaları Tokto (독도/獨島[4], koreyaca tənha adalar), Yaponiyada isə Takeşima (竹島, yaponca bambuk adaları) adlanır. İngilisçə Liankur qayaları (ing. Liancourt Rocks) adlanır. Bu ad adaları 1849-cu ildə ilk tapıb xəritələrə çəkən avropalıların gəmisi olan "Le Liancourt" adından irəli gəlir. Rusiyada "Menelay" və "Olivutsa" qayaları adaları adlanırdılar.
Coğrafiyası
redaktəLiankur adaları əsasən aralarında 150 metr məsafəsi olan iki adadan[5] (Nişişima və Hiqaşişima yaponca, Sodo və Tondo koreyaca; hər ikisi müvafiq olaraq qərbi ada və şərqi ada kimi tərcümə olunur) və 35 kiçik qaya adalarından ibarətdir. Ümumi sahəsi 187 450 m² (0,18745 km²) təşkil edir. Qərbi ada ən böyüsüdür. Ümumilikdə Kaynozoy erasında əmələ gəlmiş vulkanik mənşəlli 90 ada və qaya[6][7]. 37 ada daimi mövcüd sayılır[6]. 2006-cı ildə geoloqlar adaların 4,5 million il bundan əvvəl yaranmasını və hal-hazırda tez eroziyaya məruz olduğunu söylədilər.
İqlimi
redaktəKiçik ərazisi və yerləşdiyi nöqtəsinə görə çox vaxt fırtınalı hava olur. Qışda güclü şimal-qərb küləylərinə görə hərdən gəmilər adaya girə bilmirlər. İlıq dəniz axınları mülayim və nəm iqlimi formalaşdırı. Tez-tez duman olur. Yayda cənub küləylər üstünlük təşkil edir.[8] Adaların ətrafındaki suyun ən aşağı hərarəti payızda 10 °С olur. Avqustda hərarət 25 °С qalxır.[8]
Ekologiyası
redaktəAdalar torpaq və mamırlar ortüylü vulkanik mənşəllidir[6]. Adalarda dəniz flora və faunasından savayı 80 bitki, 22-dən çox quş və 37 cücü növü var. Şirin suyun olması üçün çox balacadırlar. Adanın ərazisi dövlət təbiət yasaqlığı elan olunub. Ətraf akvatoriyada çoxlu balıq var. Adanın ətrafında təbii qaz yataqlarının olması ehtimal olunur.
1970-ci illərin əvvələrində adalarda ağaclar və bəzi gül növləri əkilmişdir. Bu beynəlxalq qanunların adaları rif yox, təbii ada kimi tanımaq üçün tələbidir.[8]
İnzibati bölünməsi
redaktəKorayada adalar Ullın qəzasına,[9], Yaponiyada isə Okinoşima şəhərinə (Oki qəzası, Şimane prefekturası) aid olunurlar.
Əhalisi
redaktəAdalarda daimi əhali yoxdur. 37 cənubikoreyalı polisdən ibarət olan polis sahəsi (sıra ilə qulluqedirlər), Dəniz Təsərrüfatı Nazirliyinin üç inzibati nümayəndəsi və üç mayak mühafizəçisi (sıra ilə qalırlar) adanın əhalisini təşkil edirlər.[8] Əvvəllər adalarda müvəqqəti olaraq bir neçə balıqçı yaşayırdı.[10]
Ərazi mübahisəsi
redaktəHal-hazırda adaların suverenliyi səbəbi ilə münaqişə mövcuddur. Koreyalıların tələbləri adaların bəzi tarixi mənbələrdə və xəritələrdə Usando adlı Koreya adaların mövcudluğu əsasında qurulub. Koreyanın nəzər nöqtəsi ilə, onlar hal-hazırkı Liankur adalarına aiddir, yapon tərəf isə onların ən böyük ada olan Ullındonun (울릉도) yaxınlığında yerləşən kiçik Çukto adasına aid olduğunu hesab edir.
Yaponiya adaları Koreyanın anneksiyasından öncə 22 fevral 1905-də rəsmi olaraq öz ərazisinin tərkibinə saldı. Koreyanın Yaponiya tərkibinə salınmasından sonra adalar Koreya general-qubernatorluğunun yox, hələ də Şimane prefekturasının tərkibində idi. Şimane prefekturasının icra hakimiyyəti 22 fevralı "Takeşima günü" elan etdilər.
Hal-hazırkı münaqişə Yaponiyanın öz koloniyalarının suverenliyindən imtina etməsinin Liankur adalarına aid olub-olmadığı əsasında qurulub. Okupasiya qüvvələrin Ali Komandanlığın (SCAP) qərarı ilə, 29 yanvar 1946-cı ilin № 677 təlimatı Liankur adalarını Yaponiyanın suvernliyi dayandırmalı olan ərazilərə aiddir. Lakin yekun San-Fransisko sülh müqaviləsi bunu qeyd etmir.
1954-ci ildən adalarda sahil mühafizəsinin kiçik qarnizonu yerləşir[11].
Bu günə kimi Koreya hökuməti ekoloji səbəbləri bəhanə edib adalara sıravi vətəndaşların və KİV təmsilçilərin ziyarət etməsini əngəlləyirdi. 1982-ci ilin noyabrında adalar təbii abidə elan olundular.
14 iyul 2008-də Yaponiyanın Təhsil, mədəniyyət, idman, elm və texnologiya nazirliyi pedaqoqlar üçün metodik kitabçalarda ilk dəfə olaraq mübahisəli ərazilərə nəzər yetirməyinə müsbət rəy bildirdi. Bu qərar Cənubi Koreyanın Yaponiyadaki səfirinin geri çağırılması və ən azı 104 planlaşdırılmış tədbirin təxirə salınması və ləğv olunmasına gətirdi[11].
10 avqust 2012-də adaları Cənubi Koreyanın prezidenti Li Mön Bak ziyarət edti. O, bunu etmiş ilk Cənubu Koreya prezidenti oldu. Buna Yaponiyanın DİN-in sərt cavabı oldu, Yaponiyanın Cənubu Koreyadaki səfiri müvəqqəti olaraq geri qaytarıldı və Cənubi Koreya səfirinə etiraz bildirildi[11][12][13].
Faktlar
redaktə- Koreya dilinə tərcümə olunmuş rəsmi sənədlərdə yaponlar adaları "Tokto" (kor. 독도) yox, "Takheşima" (kor. 다케시마) adlandırırlar. Analoji olaraq, koreyalılar sənədlərin tərcüməsində adaları "Takeşima" (yap. 竹島) yox, "Tokuto" (yap. 独島) adlandırırlar.
- Koreyada ingilis dili müəllimi Cerri Bivers öz bloqunda Liankur adaların Koreyaya aid olmadığını sübut etməyə çalışdığı üçün işdən azad olundu.[14]
- 18 iyul 2008-də Koreyada etiraz aksiyası zamanı çəkiclə iki diri qırqovulu öldürülüb Yapon İmperator ordusunun bayrağının üstünə qoyulmuşdu. Qırqovullar Phasianus colchicus növünə aid idi. Demonstrantların onları Yaponiyanın rəmzi olan Phasianus versicolor növü ilə səhv saldığları ehtimal olunur.[15][16]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://dokdo.mofa.go.kr/eng/introduce/residence.jsp.
- ↑ Charles Scanlon «South Koreans vent fury at Japan» Arxivləşdirilib 2017-09-11 at the Wayback Machine BBC Online, 18 March 2005
- ↑ «Liancourt Rocks / Takeshima / Dokdo / Tokto» Arxivləşdirilib 2020-08-02 at the Wayback Machine, Globalsecurity
- ↑ Adın bir neçə romanizasiya üsulu var — Dokdo,Tokto,Tokdo, Dokto
- ↑ Korea.net (1999—2006). Dokdo: A Profile Arxivləşdirilib 2008-06-05 at the Wayback Machine. Retrieved 9 January, 2006.
- ↑ 1 2 3 Gyongsangbuk-do (2001). Cyber Dokdo Arxivləşdirilib 2008-07-29 at the Wayback Machine. Retrieved 9 January, 2006.
- ↑ Geography of Dokdo Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine truthofdokdo.or.kr, retrieved 2007-08-21, 'Dokdo is composed of alkaline effusive rocks which erupted during the Cenozoic Era. Dokdo began to form about 4.6 million years ago'
- ↑ 1 2 3 4 Korea.net (1999—2006). Dokdo: Inhabitants and Visitors Arxivləşdirilib 2008-06-05 at the Wayback Machine. Retrieved 9 January, 2006.
- ↑ "Корейские географические названия. Сеульский вестник". 2003-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2003-05-19.
- ↑ Korea.net (1999—2006). Dokdo: Inhabitants and Visitors Arxivləşdirilib 2008-06-05 at the Wayback Machine. Retrieved 9 January, 2006.
- ↑ 1 2 3 Япония отозвала посла из Сеула из-за поездки Ли Мен Бака Arxivləşdirilib 2012-08-12 at the Wayback Machine // Русская служба Би-би-си
- ↑ Япония временно отзывает посла в Сеуле из-за визита президента Ли Мён Бака на спорные острова Такэсима Arxivləşdirilib 2012-08-14 at the Wayback Machine // ИТАР-ТАСС
- ↑ Спорные острова снова поссорили Японию, на этот раз — с Кореей Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine // РБК
- ↑ "tttkkk: Блоги по Корее на английском, вып.2 (to be continued)". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
- ↑ "tttkkk: птичку жалко… ну, правда, жалко…". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
- ↑ "tttkkk: За что ж вы Ваньку-то Морозова?". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-19.
Xarici keçidlər
redaktəYapon saytları
redaktə- Yaponiyanın Takeşima adaları ilə bağlı mövqesi
- Şimane prefekturasının saytı
- The Issue of Takeshima
- Treatment of Takeshima in the Process of Drafting the San Francisco Peace Treaty Arxivləşdirilib 2015-11-24 at the Wayback Machine
- Takeşima adaları probleminin anlamasının 10 bəndi Arxivləşdirilib 2016-02-12 at the Wayback Machine (pdf)
Koreya saytları
redaktə- Cyber Dokdo History Hall Arxivləşdirilib 2008-09-21 at the Wayback Machine
- Le site officiel de «Cyber Dokdo», gouvernemental
- Korean Government Official Web Site, Repulic of Korea Arxivləşdirilib 2007-09-09 at the Wayback Machine
- Dokdo Research Institute Arxivləşdirilib 2008-07-21 at the Wayback Machine
Başqa saytlar
redaktə- Олег Кирьянов. Кто-кто? Токто! — «Российская газета. Неделя», 24 iyun 2005.