Baliq - Wikipedia
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü.
Balıq | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Qrup: Balıq |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.
Təsnifatı
redaktə- Sümüklü balıqlar sinfi
- Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi
- Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi
- Sümüklü balıqlar (Teleostei) infrasinfi
- Xoanlar (Sarcopterygii) yarımsinfi
- İkitənəffüslülər (Dipnoi) dəstəüstü
- Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü
- Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi
- Qığırdaqlı balıqlar sinfi
- Akantodlar sinfi (nəsli kəsilib)
- Plakodermalar sinfi (nəsli kəsilib)
- Antiarchi yarımsinfi
- Arthrodira yarımsinfi
- Petalichthyda yarımsinfi
- Phyllolepida yarımsinfi
- Ptyctodontida yarımsinfi
- Rhenanida yarımsinfi
tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir. Balıqlarda tənəffüs orqanı əvəzinə, xüsusi inkişaf etmiş qəlsəmələr mövcuddur. Bu qəlsəmələr sümüklü balıqlarda bütün bədəni əhatə edən 4 qəlsəmə qövsü üzərində, lampiridlərdə isə 7 qəlsəmə qövsü üzərində yerləşir. Qəlsəmə boşluğunda yerləşən qəlsəmələr, adətən, operkulum adlı bir örtüklə qorunur. Qəlsəmə yarığında böyüklüyünə və saylarına görə bir-birindən fərqlənən qəlsəmə dişcikləri (branchiospin), əks tərəfdə isə kapilyar qan damarlarından ibarət qəlsəmə üzgəcləri mövcuddur.[mənbə göstərin]
Balıqlar suda həll olmuş oksigenlə tənəffüs edirlər. Bir litr səthə yaxın dəniz suyunda təxminən 5 ml oksigen olur. Havanın 1 litrində isə 210 ml oksigen olur. Beləliklə, əgər insan su altında tənəffüs edə bilsə idi, lazımi oksigeni əldə etmək üçün dəqiqədə 450 dəfə nəfəs almalı idi.[mənbə göstərin]
Qəlsəmələr minlərlə qəlsəmə lifindən ibarətdir.Hər bir qəlsəmə yarığı nazik qan damarları ilə örtülüdür. Bu damarlar özlüyündə daha kiçik damarlara ayrılaraq damar toru meydana gətirir. Qəlsəmələrin ikiqat lövhələrdən ibarət quruluşu oksigen daşıyan damar torunun sahəsini daha da genişləndirir. Belə ki, qəlsəmələrin səthinin sahəsi normal heyvanlarınkından on qat daha böyükdür. Sudan çıxan balığın boğulması havadakı oksigenlə tənəffüs edə bilmək rolunu oynayır==
Qəlsəmələr ağciyər rolunu oynayır
redaktəBalıqlarda oksigen məməlilərdəki kimi birbaşa ağciyərlərə daxil olmur. Qəlsəmələrə daxil olan sulardakı oksigen buradakı nazik damarlardan qana keçir. Balıqların qan dövranı da məməlilərinkindən çox fərqlənir. Məsələn, insanda ürək 4 kameralı olduğu halda, balıqlarda iki kameralıdır. Bunun səbəbi balıqlarda qanın bir istiqamətli hərəkətidir. Qan ürəyə bir damardan daxil olur və qəlsəmə istiqamətində ürəkdən çıxır. Qəlsəmələr qanın ətrafındakı sudan oksigeni toplayır və bütün vücuda daşıyır. İstifadə olunmuş oksigen ürəyə qayıdır. Qan qəlsəmə liflərinin arasında suyun əksi istiqamətində hərəkət edir. Bu, sudakı bütün oksigenin qana keçməsi üçün çox əhəmiyyətlidir. Əgər qan su ilə eyni istiqamətdə hərəkət etsə idi, sudakı oksigenin yalnız yarısı qana keçərdi. Qan və sudakı oksigen eyni səviyyəyə çatdıqda qan oksigen qəbulunu dayandırardı. Ancaq suyun əksi istiqamətində hərəkət sayəsində oksigenin qəbulunda heç bir problem yaşanmır: suda qandakından daha çox oksigen var və sudakı oksigenin 50%-dən çoxu qana qarışdıqdan sonra belə oksigen ötürülməsi davam edir. Bu sistem sayəsində balıq 80-90% daha çox oksigenlə təmin olunur.
Qəlsəmələrdəki kapilyarların funksiyası
redaktəXarici tənəffüs, yəni suda həll olmuş oksigenin qana keçməsi və qandakı karbondioksidin (CO2) suya keçməsi (qazlar mübadiləsi) qəlsəmə lövhələrindəki kapilyarlar vasitəsilə həyata keçir. Hər qəlsəmə qövsündə lamellər (incə lövhələr) cüt şəkildə sıra ilə düzülüdür. Qəlsəmələr funksiyalarını yerinə yetirmək üçün daima su ilə təmasda olmalıdırlar. Buna görə də balıqlar tez-tez ağızlarını açıb-bağlayırlar. Bu zaman qəlsəmə qapaqları da su sirkulyasiyasını təmin etmək üçün mütəmadi olaraq açılıb-bağlanır.
Hava kisələri balıqların yaşaması üçün lazımi orqanlardır
redaktəMəqalənin bu bölməsinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Yalnız onurğasının xüsusi formada olması bir balığın üzə bilməsi üçün kifayət deyil. Çünki balığın sudakı hərəkəti yalnız irəli-geri getməkdən ibarət deyil. Balıq suda aşağı-yuxarı hərəkət edə bilməsə, yaşaya bilməz. Balığın daxili təzyiqi ilə sudakı təzyiq tarazlıq təşkil edərsə, balıq suda rahat hərəkət edə bilər. Lakin sudakı təzyiq az olarsa, balıq suyun səthinə doğru qalxacaq; çox olarsa, bu zaman da dərinliyə doğru enəcək. Bir çox balıq növündə bu tarazlığı tənzimləyən hava kisələri mövcuddur. Kisələri hava ilə doldurduqda asanlıqla suyun dərinliklərinə enir, boşaltdıqda isə suyun səthinə doğru hərəkət edə bilirlər. Balıq dərinliyə endikdə suyun balıq üzərindəki fiziki təsirləri də dəyişir və hava kisələrinin ikinci həyati əhəmiyyəti ortaya çıxır: balıq hava kisəsindəki qazı doldurub boşaltmaqla sudakı tarazlığını tənzimləyə bilir.
Bəzi balıqlarda bu kisələr başqa funksiyalar da yerinə yetirir: balığın çıxardığı səsi artırır, qulağın eşitmə qabiliyyətini gücləndirir. Qulağa bağlanan üzmə kisəsi həkimlərin istifadə etdiyi stetoskop kimi mexaniki səs yüksəldici funksiyasını yerinə yetirir.
Balıqların azalması
redaktəBalıqların çoxu kürü tökməklə çoxalır. Kürü xaricdə-suda mayalanır. Bəzi növlər diri balıq doğur. Deməli, bunların yumurta hüceyrəsi daxildə mayalanır. Çoxalmalarına görə balıqlar 2 qrupa ayrılır. Ömründə bir neçə dəfə nəsil verənlər və ömründə bir dəfə nəsil verənlər.
Balıqlar müxtəlif yaşlarda nəsil verir. Məsələn,qambuziya 1-2 aylığında bala doğur; Xəzər kilkələri, şəmayı, Xəzər siyənəklərinin çoxu 1-5 yaşlarında kürü tökür. Xəzər nərələri 10-20 ildən sonra nəsil verməyə başlayır.Cinsiyyət dimorfizmi (erkəklə dişinin bir-birindən fərqlənməsi) balıqlarda da var. Bir qayda olaraq dişilər erkəklərdən iri olur, erkəklərin isə rəngi əlvandır. Sakit okeanda qızıl balıqların cırtdanerkəkləri var. Balıqlarda yalnız nəsilvermə zamanıəmələ gələn Cinsiyyət dimorfizmi qərni törəmələri əmələ gəlir. Atlantik və Sakit okeanda qızıl balıqların nəsilvermə dövründə qozbellik, alt çənənin uzanması olur. Çoxalma hadisəsi balıqların həyatında müxtəlif vaxtda olur. Durna baliğı həşəm, külmə yazda kürü tökür. Şəmayı, nərələrin bir qismi bu işi yayda yerinə yetirir.Qızıl balıq və qızılxallı payızın axırlarında, qışda kürüləyirlər.
Kürünü xaricdən nazik pərdə əhatə edir. Bu pərdədə çox kiçik dəlik var. Spermatozoid bu dəlikdən kürüyə daxil olub onu mayalayır. Mayalanmış kürü şişir və həmin dəlik bağlanır. Mayalanmadan az sonra kürünün bölünməsi başlayır, çoxhüceyrəli rüşeym əmələ gəlir.Rüşeymin qarın tərəfindən sarılıq kisəsi yerləşir.Rüşeym sarılıq hesabına qidalanır.Müəyyən vaxtdan sonra kürüdən çıxır.Mayalanmadan sürfələr çıxana qədər keçən vaxta inkubasiya müddəti deyilir.Bu müddət yayda və yazda 1 həftəyə qədər, payızda-qışda isə 2 ay davəm edir. Kürüdən çıxmış sürfələr 2-3 gün sarılıq hesabına qidalanır. Buna daxili qidalanma deyilir. Tədricən körpələr yaşlı fərdə oxşayır.[mənbə göstərin]
Balıqların ekologiyası
redaktəBalıqların hamısı su heyvanlarıdır və buna görə də su onların əsas mühitidir. Onlar müxtəlif olaraq, dənizlərdə, okeanlarda, çaylarda, və s. kimi u mühitlərində yaşayırlar. Balıqların yaşayış şəraitləri: şirin və ya duzlu suların dərinliyi, temperaturu, düşmənlarin az və ya çoxluğu və s. aslıdır. Onlar müxtəlif ekoloji qruplara bölünürlər: dəniz balıqları, şirin su balıqları, keçici balıqlar və yarımkeçici balıqlar.Hər bir balıq növünün istifadə etdiyi müəyyən qida mənbəyi vardır. Bu baxımdan balıqlar: yırtıcalara və dinclərə ayrılırlar. Və bununla yanaşı onlar: tək halda və sürü halda qidalanan hissələrə bölünür.Və həm də balıqlar miqrasiyaya malikdirlər. Balıqlar qidalanmaq,çoxalmaq və qışlamaq üçün bəzən uzaq məsafələrə köç edir. Balıqların çoxalma miqrasiyası iki mühüm səbəbdən baş verir. Miqrasiyaya səbəb balıq növünün mənşəyi və yem ehtiyatının azlığı ilə bağlıdır. Əcdadı şırın sularda yaşamış balıqların sürfələri duzlu sularda yaşaya bimirlər.[3]
İstinadlar
redaktə- ↑ Linnaei C. Systema Naturae: Per Regna Tria Naturae, Secundum Classes, Ordines, Genera, Species, Cum Characteribus, Differentiis, Synonymis, Locis. Holmiae: Laurentii Salvii, 1758. C. 1. S. 239–243.
- ↑ 1 2 3 4 About Fish. Milli Coğrafiya Cəmiyyəti.
- ↑ 8-ci sinif zoologiya kitabına əsasən.
Xarici keçidlər
redaktə- Azərbaycan balıqları haqqında məlumatlar Arxivləşdirilib 2017-01-10 at the Wayback Machine
- Balıqlar haqqında Arxivləşdirilib 2017-01-10 at the Wayback Machine