Mehemmed Meherremov - Wikipedia
Məhəmməd Hacı Bayram oğlu Məhərrəmov (1895, Qəmərli, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1982, Paris, İl de Frans, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından seçilmiş nümayəndəsi. Parisə yollanan nümayəndə heyətinin müşaviri və Sosialistlər fraksiyası üzvü və katibi olub .
Məhəmməd Məhərrəmov | |
---|---|
7 dekabr 1918 – 8 may 1919 | |
Fraksiya | Sosialistlər fraksiyasının katibi |
27 may 1918 – 7 dekabr 1918 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1982 |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Aprel işğalından sonra Parisdə qalıb, Prometey hərəkatında iştirak edib, Azərbaycan Milli Mərkəzinin üzvü və bu qurumun xəzinədarı olub .
Həyatı və təhsili
redaktəMəhəmməd Məhərrəmov 1895-ci ildə İrəvan quberniyasının Qəmərli kəndində tacir Hacı Bayram və Ruhiyə xanımın ailəsində anadan olub. 1914-cü ildə İrəvan gimnaziyasını bitirib,[1] gənc yaşlarından İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınıb[2]. Peterburq İmperator Universitetinin tibb fakültəsində oxuyub. Sonradan təhsilini Moskva Universitetində davam etdirib[2].
Faəliyyəti
redaktə1917-ci ildə Fevral inqilabından Tiflisə gələrək, burada "Hümmət" sosial-demokrat təşkilatına daxil olub. 1917-ci ilin noyabrında Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından nümayəndə seçilib[2]. Müsəlman sosialist blokundan Zaqafqaziya Seymininə seçilib[3]. 26 may 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası süqut edikdən sonra Azərbaycan Milli Şurasının üzvü olub. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan 24 illi Şura üzvündən biridir[4][5]. Azərbaycan parlamentində sosialist fraksiyasını təmsil edib[2][6] və onun katibi olub[7][8].
Milli Şuranın 19 noyabr 1918-ci ildə "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında verdiyi qanuna əsasən, Azərbaycan Parlamentinin tərkibinə seçkisiz daxil edilmişdir. 28 dekabr 1918-ci il Azərbaycan Hökumətinin Parlamentin ağsaqqallar şurası ilə birgə iclasında Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin müşaviri təyin edilmişdir[9]. Parisdə olarkən Denikinin Şimali Qafqaz Respublikasının ərazisini işğal etməsi, Azərbaycan və Gürcüstan respublikaları üçün təhlükə törətməsinə qarşı sosial-demokrat, "Keçmiş Rusiya millətlərinin hüquqlarını müdafiə cəmiyyəti"nin sədri Albert Tomun təşəbbüsü ilə sayca dördüncü olan etiraz notası hazırlanır. Bu etiraz notasını Azərbaycan Nümayəndə heyətinin üzvlərindən Əkbər ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov imzalayırlar[10].
Sonrakı həyatı
redaktə1920-ci ilin Aprel işğalından sonra Parisdə yaşayıb. Qafqaz xalqlarının Parisdə fəaliyyət göstərən nümayəndə heyətlərinin işində yaxından iştirak edib. Prometey hərəkatının fəallarından olub. Sorbonnada iqtisadiyyat sahəsində ali təhsil alıb. 1927-ci ildən bankda işləyib. 1929–1939-cu illərdə Azərbaycan Milli Mərkəzinin üzvü, bu qurumun xəzinədarı kimi fəaliyyət göstərib[6]. Sonralar XVIII–XIX əsrlər fransız ədəbiyyatı bukinist mağazası açıb. 1948-ci ildə Fransa vətəndaşlığını qəbul edib[6].
1960-cı illərdə Hertsenin Londonda çap etdiyi "Kolokol," jurnalının nadir komplektini və eyni müəllifin İsveçrədə işıq üzü görən nadir külliyyatını Moskvadakı keçmiş Lenin kitabxanasına bağışlamış və buna görə də "Drujba" cəmiyyətinin xüsusi mükafatına layiq görülüb[11]. 1972 və 1975-ci illərdə Bakıda olmuş, şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdır[6].
Ramiz Abutalıbovun verdiyi məlumata görə, Məhəmməd Məhərrəmov 1982-ci ildə Parisdə, 87 yaşında vəfat edib[12].
Xatirəsi
redaktə2016-cı ildə Paris Sülh Konfransına yola düşmüş Azərbaycan nümayəndə heyəti haqqında çəkilmiş Əbədi ezamiyyət filmində Məhəmməd Məhərrəmov da təsvir olunub. Filmdə onun rolunu rejissor Tahir Əliyev canlandırıb[13].
İstinadlar
redaktə- ↑ Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 187. ISBN 978-9952-5455-010.
- ↑ 1 2 3 4 Əlimərdan bəy Topçubaşov. Paris məktubları (PDF). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1998. səh. 4. 2022-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Ə.Paşayev. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (PDF). Bakı: Adiloğlu. 2006. səh. 5. 2022-11-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 28. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Ə.Paşayev. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (PDF). Bakı: Adiloğlu. 2006. səh. 79. 2022-11-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ 1 2 3 4 "AXC qurucularının bioqrafiyası" (az.). axc.preslib.az. March 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2022.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (PDF). I. Bakı: Azərnəşr. 1998. səh. 63. 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 173. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Азербайджанская Демократическая Республика (1918―1920). Парламент. (Стенографические отчеты) (PDF). Bakı: Azərnəşr. 1998. səh. 526. 2021-06-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Əlimərdan bəy Topçubaşov. Paris məktubları (PDF). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1998. səh. 20. 2022-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Əlimərdan bəy Topçubaşov. Paris məktubları (PDF). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1998. səh. 7-8. 2022-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Əlimərdan bəy Topçubaşov. Paris məktubları (PDF). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1998. səh. 8. 2022-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Elgün Niftəli. "Vyanada "Əbədi ezamiyyət" sənədli filminin təqdimatı olub" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. December 13, 2018. November 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2022.