Milli Birlik Cebhesi Iraq - Wikipedia
Milli Birlik Cebhesi Iraq - Wikipedia - Haqqında Məlumat
Milli Birlik Cəbhəsi[1] (ərəb. جبهة الاتحاد الوطني, translit. Cəbhət əl-İttihad əl-Vətəni) — ilk dəfə 1954-cü ildə qurulan və 1956-cı ildə BƏƏS Partiyası, İraq Kommunist Partiyası, İraq İstiqlal Partiyası, Milli Demokrat Partiyası və daha sonra Kürdüstan Demokrat Partiyası koalisiyası olaraq yenidən qurulan bir İraq milliyətçi siyasi ittifaqı.[2][3] İttifaq Misir və Suriyadakı hökumətləri, Əlcəzair azadlıq hərəkatı kimi dünyadakı müxtəlif ərəb milliyətçisi və azadlıqpərvər hərəkatları dəstəkləmişdir.[4] Partiya ərəb milliyətçiləri ilə İraq kommunistləri arasında yaşanan bölünmədən sonra Əbdülkərim Qasımın rəhbərlik etdiyi 1958-ci il İraq inqilabından sonra parçalanmış və ləğv edilmişdir.[5]
İstinadlar
redaktə- ↑ Күрдүстан Демократ Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 48.
- ↑ Ghareeb, Edmund A.; Dougherty, Beth K. Historical Dictionary of Iraq. Lanham, Maryland and Oxford: The Scarecrow Press, Ltd., 2004. Pp. 170-171.
- ↑ Al-Qaisy. "National Union Front and the fall of the monarchy". Al-Mada. 2019. 2019-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
- ↑ Ghareeb, Edmund A.; Dougherty, Beth K. Historical Dictionary of Iraq. Lanham, Maryland and Oxford: The Scarecrow Press, Ltd., 2004. Pp. 171.
- ↑ Ghareeb, Edmund A.; Dougherty, Beth K. Historical Dictionary of Iraq. Lanham, Maryland and Oxford: The Scarecrow Press, Ltd., 2004. Pp. 171.