Minar E Pakistan - Wikipedia
Minar-e-Pakistan (urdu مینار پاکستان, azərb. Pakistan minarəsi) — Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin mərkəzində[1] Britaniya Hindistanının müstəqillik qazanmasından sonra 23 mart 1940-cı ildə ayrı bir müsəlman ölkəsinin qurulması barədə olan Lahor qətnaməsinin qəbul edilməsinin xatirəsinə inşa edilən minarə, milli əhəmiyyətə malik abidə. Minarənin inşa prosesi 1960–1968-ci illərə təsadüf edir.
Pakistan minarəsi | |
---|---|
مینار پاکستان | |
Etimologiya | ərəb dili |
Ümumi məlumatlar | |
Status | Son daşı qoyuldu |
Növü | İctimai abidə |
Memarlıq üslubu | Moğol memarlığı, İslam, müasir |
Yerləşmə | Lahor, Pəncab, Pakistan |
Ölkə | |
Koordinatlar | 31°35′33″ şm. e. 74°18′33″ ş. u.HGYO |
Təməlatma | 23 mart 1960 |
Qiymət | 7,058,000 Rs. |
Hündürlük | |
Hündürlük | 70 metr (230 ft) |
Ölçülər | |
Diametr | 9.75 metr (32 ft) |
Dizayn və konstruksiya | |
Memar | Nəsrəddin Muradxanov |
Memarlıq şirkəti | Mian Abdul Khaliq Company |
Struktural mühəndis | Rəhman Niyazi |
Vikianbarda əlaqəli mediafayllar |
Dizayn
redaktəMinarənin dizaynında moğol, İslam və müasir memarlıqdan ilham alınmışdır.
Minarə Rusiyada anadan olmuş qumuq əsilli dizayner və mühəndis Nəsrəddin Muradxanov tərəfindən dizayn edilmişdir.[2] İnşa prosesinə "Mian Abdul Khaliq Company" şirkəti nəzarət edirdi. Tikilinin təməldaşı 23 mart 1960-cı ildə qoyulmuşdur. İnşa prosesi 8 il davam etmiş və nəhayət 21 oktyabr 1968-ci ildə sona çatmışdır. Minarənin tikilməsinə 7,058,000 Pakistan rupisi xərclənmişdir. Abidənin ətrafında parklar və bir dənə süni göl var.
Struktur
redaktəMinarənin ümumi hündürlüyü 70 metrdir. Tikilinin bünövrəsinin hündürlüyü 8 metrdir. Güləbənzər bünövrənin açılan ləçəklərinin hündürlüyü 9 metrdir. Minarənin diametri təxminən 9.75 metrdir. Tribuna naxışlı kafellərdən hazırlanıb və Padşah məscidinə doğru baxır. Bünövrə dörd platformadan ibarətdir. Bu platformalar Pakistan hərəkatının başlanğıcını və müvəffəqiyyətini simvolikləşdirir.[3] Yazıçı və o vaxtlar Lahorun başçı müavini Muxtar Məsud bina komitəsinin üzvlərindən biri idi. "Mian Abdul Khaliq Company" və Muradxanov şirkəti daha sonra Qəddafi stadionunu tikmişdir.
Üzərində yazılanlar
redaktəTikilinin bünövrəsində, mərmərdən hazırlanmış on xatirə lövhəsində çiçəyəbənzər şriftdə yazılan yazılar var. Bu yazıların arasında Lahor qətnaməsinin urdu, benqal və ingilis dillərində yazılmış mətni, eləcə də 9 aprel 1946-cı ildə qəbul edilən Delhi qətnaməsinin mətni var. Bəzi lövhələrin üzərində ərəb xəttatlığı ilə Quran ayələri və Allahın 99 adı yazılıb. Digər əhəmiyyətli yazılar arasında urduca və benqalca yazılmış Pakistan himni və Məhəmməd Əli Cinnahın urduca, benqalca və ingiliscə etdiyi çıxışlarından sitatlar var.[3]
Daxilində olanlar
redaktəMinarənin içərisində Pakistan himninin müəllifi Hafiz Cələndərin məzarı mövcuddur.[4]
Əhəmiyyət
redaktəMinar-e-Pakistan bir neçə mitinqin başlanma nöqtəsi olmuşdur. Abidə siyasi və dini tədbirlərin də məkanı olmuşdur. Minarə Pakistanın milli simvollarından biridir.[5]
Qalereya
redaktə-
Mitinq zamanı (2014)
-
Abidənin görüntüsü (2017)
-
Gecə vaxtı görüntü
-
Minarənin giriş hissəsi
İstinadlar
redaktə- ↑ Google maps. "Address of Minar-e-Pakistan". Google maps. 2014-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2018.
- ↑ Məral Murad Xan. "Remembrance: The man behind the masterpiece". Dawn. 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ 1 2 Əmna Camal. "The Pakistan Day memorial". Dawn. 23 mart 2002. (#accessdate_missing_url)
- ↑ "قومی ترانے کے خالق حفیظ جالندھری کا 117 واں یومِ ولادت". urdu.arynews.tv. 14 yanvar 2017. 1 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2018.
- ↑ "PTI to stage rally at Minar-e-Pakistan today". The News International. 23 mart 2013. 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-07.
Xarici keçidlər
redaktə- "Minar-e-Pakistan". archnet.org. 11 mart 2007 tarixində arxivləşdirilib.
- web.archive.org/web/20070109183759/http://www.lahore.com/content/section/4/45/ — Lahor şəhərinin rəsmi saytı