Qizil Ayaq - Wikipedia
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər.[1]
Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələ də oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər.[2] Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir.
2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Mükafatın qalibləri
redaktəİl | Oyunçu | Klub | Səslər |
---|---|---|---|
2003 | Roberto Bacco | Breşiya | |
2004 | Pavel Nedved | Yuventus | |
2005 | Andrey Şevçenko | Milan | |
2006 | Ronaldo | Real Madrid | |
2007 | Alessandro Del Pyero | Yuventus | |
2008 | Roberto Karlos | Fənərbaxça | |
2009 | Ronaldinyo | Milan | 43,755 |
2010 | Françesko Totti | Roma | 25,738 |
2011 | Rayn Qiqz | Mançester Yunayted | |
2012 | Zlatan İbrahimoviç | Pari Sen-Jermen | |
2013 | Didye Droqba | Qalatasaray | |
2014 | Andres İnyesta | Barselona | |
2015 | Samuel Eto'o | Antalyaspor | |
2016 | Canluici Buffon | Yuventus |
Ölkələr üzrə
redaktəÖlkə | Oyunçular |
---|---|
İtaliya | 4 |
Braziliya | 3 |
Çexiya | 1 |
Çexiya | 1 |
Uels | 1 |
İsveç | 1 |
Kot-d'İvuar | 1 |
İspaniya | 1 |
Kamerun | 1 |
Klublar üzrə
redaktəKlub | Oyunçular |
---|---|
Yuventus | 3 |
Milan | 2 |
Barselona | 1 |
Breşiya | 1 |
Antalyaspor | 1 |
Fənərbaxça | 1 |
Qalatasaray | 1 |
Mançester Yunayted | 1 |
Pari Sen-Jermen | 1 |
Real Madrid | 1 |
Roma | 1 |
Mükafat dahiləri
redaktəİstinadlar
redaktə- ↑ "GoldenFoot". World Champion Club Ltd. 2019-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ "ESPN Classic supports Golden Foot Awards". ESPN Soccernet. 26 May 2010. 13 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2017.
- ↑ "LEGENDS – GoldenFoot". 2018-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-26.
- ↑ "Pelé "The King" to be crowned in Monte Carlo at the "Golden Foot" awards!". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-26.