Qavrilo Prinsip - Wikipedia
Qavrilo Prinsip (serb-kiril. Гаврило Принцип; 13 (25) iyul 1894[1] – 28 aprel 1918[2][1][…]) – 1914-cü il iyunun 28-də Sarayevoda Avstriya taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandı və onun xanımı Sofiya Hohenberqi qətlə yetirmiş serb milliyyətçisi. Bu qətl Birinci dünya müharibəsinin başlanması üçün bəhanə rolunu oynamışdır.
Qavrilo Prinsip | |
---|---|
serb. Гаврило Принцип | |
Doğum tarixi | 13 (25) iyul 1894[1] |
Vəfat tarixi | 28 aprel 1918[2][1][…] (23 yaşında) |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | inqilabçı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMilliyyətcə serb olan (üzərində qurulmuş məhkəmə prosesinin stenoqrafik hesabatına görə, yəhudi) Prinsip Bosniya və Herseqovinanın Oblyay kəndində kasıb poçtalyon ailəsində anadan olmuşdu. Doğulduğu ailədə 9 uşaqdan 6-sı erkən yaşda xəstəlikdən ölmüşdü. Özü isə hələ körpə vaxtlarından vərəm xəstəliyindən əziyyət çəkirdi. Sarayevo və Tuzlada orta məktəbi bitirdikdən sonra 1912-ci ilin mayında Belqrada gəlir və Serbiyada gizli fəaliyyət göstərən anarxist-millətçi "Mlada Bosna" (Gənc Bosniya) təşkilatına üzv olur. Bu təşkilat Serbiyada fəaliyyət göstərən "Çerna Ruka" (Qara əl) cəmiyyətinin bir qolu idi.
Qətl
redaktə1914-cü il iyunun 28-də ershersoq Frans Ferdinand və xanımı Sofiya Hohenberq Avstriya-Macarıstan imperiyasının Bosniya və Herseqovinadakı canişini general Oskar Potiorekin dəvəti ilə hərbi təlimlərin gedişini izləmək məqsədilə Sarayevoya gəldilər.[3] Dəmir yolu vağzalından şəhərin mərkəzinə doğru irəliləyən avtomobil korteji qabaqcadan onları gözləyən və aralarında Qavrilo Prinsipin də olduğu 6 nəfərdən ibarət terrorçu qrupun hücumuna məruz qaldı. Qrup üzvlərindən biri, Nedelko Çabrinoviç əlindəki qumbaranı avtomobil karvanına tərəf atdı, lakin qumbara ershersoqun və xanımının əyləşdiyi ikinci avtomobilə yox, üçüncüsünə dəydi və sürücü ilə yanaşı ətrafdakı bir neçə polisin və mülki şəxsin ölümünə səbəb oldu. Uğursuzluğu görən Çabrinoviç dərhal üzərindəki kalium-sianidi içdi və özünü yaxınlıqdakı çaya atmaq istədi, ancaq zəhər ona heç bir təsir etmədi və tezliklə o ətrafdakı kütlə tərəfindən yaxalanıb polisə təhvil verildi. Sui-qəsd baş tutmadı.
Vəliəhd şəhər bələdiyyəsində çıxış etmək üçün bura gəldi. Çıxışdan sonra ona şəhəri tərk etmək təklif olunsa da o, qumbaranın partlamasından zərər çəkmiş şəxslərə baş çəkmək üçün şəhər xəstəxanasına yollandı.[4] Onu və xanımı Sofiyanı daşıyan üstüaçıq avtomobil Frans İosif küçəsindən keçərkən, təsadüfən bu küçədə yerləşən kafedə oturmuş Qavrilo Prinsip onları gördü. O, qaçaraq avtomobilə yaxınlaşdı və onun üzərinə çıxaraq Frans Ferdinandın və xanımının başına və qarnına bir neçə dəfə "Brauninq" tipli tapançadan atəş açdı. Onları tibbi yardım göstərmək üçün dərhal general Potiorekin malikanəsinə çatdırmağa çalışsalar da güllə yaraları çox ağır olduğundan əvvəlcə Frans Ferdinand, 10 dəqiqə sonra isə xanımı Sofiya Hohenberq yoldaca vəfat etdilər. Üstəlik Sofiya hamilə idi.
Q. Prinsip isə yaxalanmamaq üçün üzərindəki zəhəri içsə də, qusaraq qaytardı. Tapançada qalan güllələrlə özünü öldürmək istəyərkən yaxınlıqdakı adamlar tərəfindən yaxalandı. Bu zaman onu elə döymüşdülər ki, həbsxanada əlini amputasiya etmək məcburiyyətində qalınmışdı.
Məhkəmə
redaktəAvstriya-Macarıstan qanunlarına görə 20 yaşı olmadığı üçün Qavrilo Prinsipə ölüm cəzası tətbiq olunmadı[5] və mümkün olan maksimum müddətə, 20 il həbs cəzasına məhkum edildi.[6] Lakin o, 28 aprel 1918-ci ildə həbsxanada vərəm xəstəliyindən vəfat etdi.
Məhkəmə işinin gedişində bu qətlin arxasında Serbiya hökumətinin dayandığı aşkar edildi və nəticədə Avstriya-Macarıstan Serbiyaya İyul ultimatumunu elan etdi. Ultimatumun şərtləri ilə tam razılaşmadığına görə 1914-ci il iyulun 28-də Avstriya-Macarıstan İmperiyası Serbiyaya müharibə elan etdi. Avqustun ilk həftəsində müharibəyə Almaniya, Rusiya, Böyük Britaniya və Fransanın da qoşulması ilə bu müharibə Birinci dünya müharibəsinə çevrildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Gavrilo Princip // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Burns, Tracy. "'June 28, 1914: The first attempt'". www.private-prague-guide.com/. 27 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2015.
- ↑ Shapiro, Ari. "A Century Ago In Sarajevo: A Plot, A Farce And A Fateful Shot". NPR.org (ingilis). 27 June 2014. 2019-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-08.
- ↑ Butcher, Tim. "The man who started the First World War". Daily Telegraph. 30 August 2013. 16 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 November 2013.
- ↑ Butcher, Tim. "The man who started WWI: 7 things you didn't know". CNN. 29 June 2014. 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.