Amputasiya - Wikipedia
Amputasiya - Wikipedia - Haqqında Məlumat
Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahiyyə əməliyyatı. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən ağırlaşma halları zamanı şok, irinləmə, tromboembolya və pnevmoniya kimi hallar müşahidə edilir. Güdül sağaldıqdan sonra amputasiya edilmiş ətrafa protez qoyulur.
XBT-10 təsnifatı | ||
---|---|---|
C. MakKnait | ||
T14.7 | Amputasiya | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Səbəbləri
redaktə- Anadangəlmə (amniotik dartılmalar sindromu nəticəsi)
- İnfeksiya (osteomielit nəticəsində)
- Travmalar
- Mexaniki (yol qəzası, hərbi)
- Termik (yanıqlar, donmalar)
- Kimyəvi (laborator qəza)
- Elektrik (yüksək cərəyan vurması)
- Damar xəstəlikləri (diabet, septik nekroz sonucu)
- Bədxassəli şiş xəstəlikləri
Müalicə
redaktəBərpa mərhələsi
redaktəAmputasiyadan sonrakı mərhələdə aşağıdakı müalicə üsullarından istifadə olunur:
- Amputasiya -> fasilə -> protez
- Amputasiya -> autotransplantasiya (bədənin digər toxumasının zədələnmiş ətrafa transplantasiyası (köçürülməsi)) -> plastik rekonstruksiya (bərpa)
- Replantasiya (kəsilmiş toxumanın güdülə tikilməsi) -> revaskulyarizasiya (qan təchizatın mikrocərrahi üsulla bərpa olunması, 1969-cu ildən sonra)
- Allotransplantasiya (ölmüş insanın ətrafının güdülə tikilməsi) — 2000-ci ildən sonra.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası səh 455.
Ayrıca bax
redaktəVikianbarda Amputasiya ilə əlaqəli mediafayllar var.
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |