Qorbunov Adalari - Wikipedia
Qorbunov Adalari - Wikipedia - Haqqında Məlumat
Qorbunov adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.
Qorbunov adaları | |
---|---|
rus. Острова Горбунова | |
Ümumi məlumatlar | |
Adaların sayı | 2 |
Hündür nöqtəsi | 8 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
80°34′23″ şm. e. 62°02′37″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Yerləşməsi
redaktəAdalar arxipelaqın şərqində, Vilçek Torpağından bir qədər aralıda yerləşir. Yelena Qurald körfəzinin şərqində qərarlaşır.
Xüsusiyyətləri
redaktəAdalar buzla örtülmürlər. Adalar bütünlüklə qumdan ibarətdirlər. Şimal adasının qərbində 8 metr hündürlüyə malik qaya vardır. Şimal adası 700 metr uzunluğa, cənub adası isə 500 metr radiusa malikdir. Adalar Sovet hidrobioloqu və zooloqu Qriqori Petroviç Qorbunov şərəfinə adlandırılmışdır[1]. Adaların ayrılıqda adı yoxdur.