Resid Bey Topcubasov - Wikipedia
Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu (26 oktyabr 1901, Tiflis – 17 dekabr 1927, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris Sülh Konfransına (1919–1920) göndərilmiş Azərbaycan Hökuməti nümayəndə heyətinin katibi. Əlimərdan bəy Topçubaşovun oğlu.
Rəşid bəy Topçubaşov | |
---|---|
Rəşid bəy Əlimərdan bəy oğlu Topçubaşov | |
| |
18 yanvar 1919 – 21 yanvar 1920 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 oktyabr 1901 |
Doğum yeri | Tbilisi, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 17 dekabr 1927 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
Bakı real məktəbi Paris Siyasi Elmlər Məktəbi |
Atası | Əlimərdan bəy Topçubaşov |
Anası | Pəri xanım Topçubaşova |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTopçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu 26 oktyabr 1901-ci ildə Tiflis şəhərində anadan olub.[1] 1910-cu ilin sentyabr ayından 1918-ci ilin aprel ayına qədər Bakı Real Məktəbində təhsil alıb.[2]
1919-cu ildə Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyəti sədrinin şəxsi katibi olub.[3][4]
1919-cu ilin avqust ayında anası Pəri xanım Topçubaşova Rəşid bəyin hökumət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrin siyahısına daxil edilməsi üçün Azərbaycan Cümhuriyyətinin Xalq Maarif Nazirliyinə məktub yazır. O məktubunda qeyd edir ki, Rəşid bəy Parisdədir və pansiona daxil olub.[5] Tarix-filologiya və ya texniki ixtisas üzrə ali təhsil almaq istəyir.[6] Müraciət qəbul edildikdən sonra Rəşid bəy də Cümhuriyyət tələbələri sırasında yer alır.[7]
Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra dövlət tərəfindən təyin edilmiş təqaüd də kəsilir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–1922-ci illərdə Xalq Komissarları Soveti tərəfindən xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Topçubaşovun təhsilini uğurla davam etdirməsi göstərilir. Burada həm də o qeyd olunur ki Rəşid bəy Topçubaşov maddi vəziyyətinin pis olmasına baxmayaraq Sovet Azərbaycanı tərəfindən ayrılmış təqaüdü qəbul etməkdən imtina edib.[8][9]
Paris Siyasi Elmlər Məktəbini bitirib.[10] 1925-ci ildə Parisdə yaradılmış "Fransadakı Azərbaycanlılar Cəmiyyəti"-ndə (FAC) fəaliyyət göstərib. Cəmiyyətin məqsədi Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra Fransaya mühacirət edən azərbaycanlıları Fransa cəmiyyətinə qovuşdurmaq və Fransa vətəndaşlarını Azərbaycanın tarixi və mədniyyəti ilə tanış etmək olub. Cəmiyyətin ilk işi 4 iyul 1925-ci ildə Parisdə yerləşən Femina teatrında Üzeyir Hacıbəylinin Arşın mal alan musiqili komediyasının tamaşasını təşkil etmək olub. Rəşid bəy Topçubaşov Fransadakı Azərbaycanlılar Cəmiyyətinin katibi olub.[11]
Ailəsinin üzləşdiyi maddi və mənəvi sıxıntılara görə meydana çıxan vərəm xəstəliyinə görə[12] gənc yaşında 17 dekabr 1927-ci ildə dünyasını dəyişib.[13] Parisin ətrafında yerləşən Sen-Klu məzarlığında dəfn edilib.
Ailəsi
redaktəAtası Əlimərdan bəy Topçubaşov Azərbaycanın tanınmış nəsillərindən olan Topçubaşovlardandır. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmaqla yanaşı müxtəlif illərdə müxtəlif vəzifələri tutub.[14]
Anası Azərbaycan mətbuatının əsasını qoymuş, publisist, pedaqoq Həsən bəy Zərdabinin qızı Pəri xanım Topçubaşovadır. O, Tiflis rus gimnaziyasında təhsil almış ilk azərbaycanlı xanımdır.[15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti Tələbələri (PDF). Bakı: Teas Press. 2016. səh. 1091. Archived from the original on 2021-02-12. İstifadə tarixi: 2022-08-04.
- ↑ Həsrət Xanbabaoğlu. "Bir şəklin izi ilə" (az.). Türküstan qəzeti. October 23, 2018. November 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2022.
- ↑ Əlimərdan bəy Topçubaşov. Paris məktubları (PDF). Bakı: Azərnəşr. 1998. səh. 4. Archived from the original on 2022-01-01. İstifadə tarixi: 2022-08-04.
- ↑ Dilqəm Əhməd. "Topçubaşov ruslara qarşı" (az.). dilgamahmad.net. August 19, 2014. December 8, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2022.
- ↑ Teyyub Qurban. "Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında" (az.). Ekspress. September 29, 2014. Archived from the original on August 28, 2022. İstifadə tarixi: August 4, 2022.
- ↑ Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti Tələbələri (PDF). Bakı: Teas Press. 2016. səh. 1092. Archived from the original on 2021-02-12. İstifadə tarixi: 2022-08-04.
- ↑ Dilqəm Əhməd. ""Ana, qəbirdə üzümü şərqə - Vətənə doğru çevirin" - Topçubaşovun oğul acısı" (az.). teleqraf.com. August 17, 2018. Archived from the original on August 28, 2022. İstifadə tarixi: August 4, 2022.
- ↑ Anar Turan. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən tələbələr və onların taleyi barədə qeydlər" (az.). Xalq qəzeti. July 26, 2012. April 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2022.
- ↑ Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti Tələbələri (PDF). Bakı: Teas Press. 2016. səh. 1093. Archived from the original on 2021-02-12. İstifadə tarixi: 2022-08-04.
- ↑ Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti Tələbələri (PDF). Bakı: Teas Press. 2016. səh. 1092. Archived from the original on 2021-02-12. İstifadə tarixi: 2022-08-04.
- ↑ Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti Tələbələri (PDF). Bakı: Teas Press. 2016. səh. 1093. Archived from the original on 2021-02-12. İstifadə tarixi: 2022-08-04.
- ↑ Vilayət Quliyev . "Əlimərdan bəy Topçubaşovun kədərli bir məktubu" (az.). Ədəbiyyat. December 28, 2017. December 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2022.
- ↑ Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti Tələbələri (PDF). Bakı: Teas Press. 2016. səh. 1093. Archived from the original on 2021-02-12. İstifadə tarixi: 2022-08-04.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild (PDF). Bakı: Lider nəşriyyat. 2005. səh. 407-411. Archived from the original on 2015-10-18. İstifadə tarixi: 2022-08-04.
- ↑ Ülviyyə Tahirqızı. "Vəkil Pərican xanım Topçubaşova" (az.). Xalq Cəbhəsi (qəzet). November 20, 2014. September 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2022.