Rusiya Imperiyasi I Dovlet Dumasi - Wikipedia
Birinci dövlət duması — 27 aprel 1906-cı ildə ilk iclasını keçirdi və 72 gün sonra imperator tərəfindən buraxıldı.
Rusiya imperiyası I Dövlət Duması | |
---|---|
Ümumi məlumatlar | |
Sonrakı orqan | Rusiya imperiyası II Dövlət Duması |
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət Dumasına seçkilər
redaktə1905-ci il dekabrın 11-də Rusiyada Dövlət Dumasına seckilər haqqında yeni qanun nəşr olundu. Seçki hüquqlarının genişləndiyini bəyan edən bu qanun fəhlələrə qismən, kəndlilərə cüzi seçki hüquqları verilməsini nəzərdə tuturdu.
Azərbaycan quberniyaları da Dövlət Dumasında təmsil olunmaq hüququ qazandı. Lakin hökumət milli ucqarların əhalisinin Dumada təmsil olunmasını məhdudlaşdirmaq və maksimum surətdə azaltmaq məqsədilə ucqarlarda seçkilər haqqında qaydaların tədbiq edilməsi məsələsini öyrənmək adı altından sonra 1906-cı il fevralın 2-də çar "Qafqazda seçkilər haqqında əsasnamə"ni təsdiq etdi. Əsasnamə kəndlilərin seçkilərini torpaq sahiblərini seçkiləri ilə ümumi bir quberniya seçki məclisində birləşdirərək, Qafqazda kəndlilərini torpaq sahiblərini Dumada müstəqil təmsil olunmaqdan məhrum etdi. Canişinə seçkilərin vaxtını Qafqaz quberniyaları "əhalisinin sakitləşdirilməsindən" asılı olaraq müəyyən etmək hüququ həvalə edilmiş və bununla da Qafqaz Duma seçkilərini qeyri-müəyyən müddətə ləngitmək imkanı vermişdi.
Bakı qəzası və quberniyasında seçkilər 1906-cı il mayın 31-də, Yelizavetpol quberniyasında isə mayın 16-da yəni aprelin 27-də seçkilər keçirildi. Məmmədtagı Əiyev, Əbdurrəhman bəy Haqverdiyev, İsmayıl xan Ziyadxanov, Əsədulla bəy Muradxanov və Əlimərdan bəy Topçubaşov Dövlət Dumasına deputat seçildilər.[1]
Seçilən deputatlar
redaktə1906-cı ildə Rusiya I Dövlət Dumasına keçirilən seçkilərdə seçilən deputatlar:
Dövlət Dumasının fəaliyyəti
redaktəDumada təmsil olunan partiyalar və fraksiyalar
redaktəDumada təmsil olunmuş ən müxalifətçi siyasi qurum kadetlər partiyası idi. Onlar fəal seçkiqabağı təşviqat aparmaq və əhalinin əksər təbəqələrinin mənafeyini mövcud şəraitdə çox dolğun əks etdirən platformalarını geniş təbliğ etmək hesabına seçkilərdə qalib gəlmişdilər. Onlar "Rusiyanın birliyinə və bölünməzliyinə yalnız tərəfdar olduqlarını söyləmir, həm də ona nail olmaq yollarını hər vasitə ilə asanlaşdırmağa çalışırdılar. Hökuməti buna güclə nail olmaqda təqsirləndirən kadetlər bildirirdilər ki, "süngülər və güllələrlə Rusiyanın birliyinə nail olmaq olmaz" və "hər bir tabe xalqın adət-ənənələri, dili və dininə" hörmət bəyan edilməlidir.[2] Daha sonra bu xalq azadlığı partiyası seçiciləri inandırırdı ki, o, özünəməxsus milli həyat keçirən bütün yerlərdə geniş özünüidarənin, muxtar quruluşun, "ümumi, pulsuz, məcburi təhsilin" və s. tərəfdarıdır. Bütün bunlar müsəlman ucqarlarında, o cümlədən də Azərbaycanda bütün yuxarı sosial təbəqə nümayəndələri üçün kifayət qədər cəlbedici idi. Onlar öz ümidlərini məhz kadetlərə bağlayırdılar. Dumada ən iri fraksiyaya malik olan kadetlər şöbələrə, daimi və müvəqqəti komissiyalara başçılıq edir, bununla da bütovlükdə siyasi mühitin müəyyənləşdirilməsində iştirak edirdilər. Buna Dumanın iclaslarında şəxsiyyətin toxunulmazlığı, ölüm hökmünün ləğvi, vətəndaş bərabərliyi, siyasi azadlıqlar və i.a., yəni kadetlərin proqramında əks olunan bütün məsələlərin müzakirələri tutarlı sübut idi.
Azərbaycanlı deputatlar imperiyanın müsəlman ucqarlarının 36 deputatını birləşdirən Müsəlman parlament fraksiyasına daxil oldular. O, öz sayına görə, dumada Ukrayna qrupu, Polyak polosu və b.dan böyük, ən iri fraksiyalardan biri idi. Ə. Topçubaşov kadetlər fraksiyasının bürosuna daxil oldu. Fraksiya kadetlər partiyası ilə birgə hərəkət etmək barədə qərar qəbul etdi. Ə. Topçubaşov bu barədə P. N. Milyukova məlumat verdi.[3] Kadet partiyası komitəsinin iclasında bu təklif qəbul edildi və qərara alındı ki, fraksiyanın; nümayəndəsinə dərhal kadetlərin fraksiya komitəsinə daxil olmaq və Kadet partiyası MK-na seçilmək hüququ verilsin.[4]
Fraksiyanın bir neçə iclası oldu. Birinci iclasda qərara alındı Dumaya təqdim olunan bütün qanun layihələri və sorğular haqqında ətraflı məruzələr dinlənilsin. Lakin qarşıya qoyulmuş vəzifələrdən heç biri yerinə yetirilmədi. Fraksiyanın bütün məsələləri baxılmamış, onun özü, tərkibi və vəzifələri haqqında Ə. Topçubaşovu Dumanın 14 iyul tarixli iclasına olan məlumatı da dinlənilməmiş qaldı, çünki həmin vaxtadək Duma artıq buraxılmışdı. Rusiya imperiyası qanunlarında müsəlmanlara aid məhdudiyyətlərin müyyənləşdirilməsi üzrə deputatlardan Axtyamov, Alkin və Topçubaşov tərəfindən başlanmış iş də başa çatdırılmadı.[5]
Müzakirəyə təqdim olunan əsas məsələ
redaktəSonrakı Dövlət dumalarında olduğu kimi, I Dövlət Dumasında da müzakirələrin başlıca mövzusu aqrar-kəndli məsələsi idi. Bütün partiya və qrup mövqelərinin də məhz bu məsələdə daha dəqiq surətdə aşkara çıxması təsadüfi deyildi.
Mayın 8-də kadetlər tərəfindən müzakirəyə aqrar qanunu layihəsi təqdim olundu. Burada mülkədar torpaqlarının məcburi şəkildə qis mən özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Ona trudoviklərin cavab olan layihəsində isə mülkədar torpaq sahibliyinin tammilə "ümumxalq torpaq fondu"nun yaradılması, yəni torpaqların milliləşdirilməsi təklif edilirdi.
Müsəlman fraksiyası aqrar islahatın əsas müddəalarını müzakirə edərək, müsadirə olunan torpaqların "ədalətli qiymətlə" haqqı ödənilməsi şərti ilə xüsusi sahibkar torpaqlarının özgəninkiləşdirilməsi təklifinə tərəfdar çıxdı. Fraksiya üzvləri eyni zamanda vəqf torpaqlarının özgəninkiləşdirilməsini yolverilməz sayır və hesab edirdilər ki, kəndli pay torpaqları "udel, kabinet və monastır torpaqları hesabına" artırılmalıdır. Layihə köçürmələrin dayandırılmasını tələb edirdi.[6]
Aqrar komissiyanın məruzəsinin müzakirəsində iştirak edən Ə. Topçubaşov hesab edirdi ki, aqrar komissiyanın məlumatını geniş şəkildə nəşr etmək zəruridir və bir "ucqarlı", "qafqazlı" kimi təklif edirdi ki, məlumat təkcə dövlət dilində deyil, həm də imkan daxilində tərcümə olunaraq "yerli dillərdə" də dərc edilsin.[6] "Bütün rus təbəələrinin hüquq bərabərliyi, vicdan azadlığı, söz azadlığı, şəxsiyyətin toxunulmazlığı, kəndlilərə torpaq verilməsi kimi məsələlərin işlənib hazırlanmasında, bu qəbildən olan ümumi dövlət məsələlə rində milli xarakterli elə bir məsələyə yol verilə bilməz. Rusiyanın bütün xalqlarının mənafeləri buna yol vermir, dövrün bütün şəraiti bunun əleyhinədir".[6]
Azərbaycanlı deputatların Dumanın fəaliyyətində iştirakı
redaktəAzərbaycanlı deputatlar Dumanın işində — həm onun iclaslarında, həm də şöbə və komissiyalarında əməli surətdə yaxından iştirak edirdilər. İrəvan və Yelizavetpol quberniyalarında millətlərarası toqquşmalar barəsində daxili işlər nazirinə ünvanlanan sorğu üzrə İsmayıl xan Ziyadxanov çıxış etdi. Onun kifayət qədər ətraflı bəyanatında Azərbaycan cəmiyyətinin XX əsrin əvv əllərindəki ərizə və petisiyalarında olan, demək olar ki, bütün tələbləri öz əksini tapmışdı. O, bir daha imperiya çərçivələri hüdudlarında siyasi hüquqsuzluq vəziyyətindən narahatlığını bildirib, qeyri millətlərin hakim siniflərinə də rus burjuaziyası və mülkədarları ilə eyni hüquq verilməsinə tərəfdar çıxdı. İsmayıl xan Ziyadxanov Duma tribunasından inzibati orqanların özbaşınalığı, müsəlman ruhanilərinin mənafeyinin tapdalanması haqqında məlumat verdi. O, aqrar məsələdə başlıca bəlanı çarizmin köçürmə siyasətində görürdü. "Mərkəzi Rusiya kimi bizim də torpağa ehtiyacımız var, biz də həmçinin aztorpaqlılıq və torpaqsızlıqdan əziyyət çəkirik. Lakin inzibati orqanlar bu məsələni başqa cür həll etdi", deyə köçürmələrə qarşı etiraz edirdi. İsmayıl xan Ziyadxanovun məruzəsində zemstvonun olmamasına, şəhər özünüidarə orqanlarında yerli millətlərin nümayəndələrindən olan qlasnıların sayının məhdudlaşdırılmasına da diqqət yetirilirdi. Ali təhsilli azərbaycanlıların dövlət müəssisələrindəki vəzifələrə buraxılmaması, bəzi ali məktəblərin azərbaycanlılar üçün bağlı olması onu narahat edirdi.[7]
Azərbaycan nümayəndələrini əhalinin şəxsi və mülki təhlü kəsizliyi məsələləri də maraqlandırırdı. Dövlət dumasınm 31 nəfər üzvü 1906-cı il iyunun 26-da daxili işlər nazirinə əsas qanunların nəşrinə qədər (1906-cı ilin apreli) bir sıra yerlərdə gücləndirilmiş mühafizənin elan olunması barəsində narahatlıq bildirən sorğu təqdim etdi. Əbdürrəhim bəy Haqverdiyev də sorğunu imzalayanların sırasında idi. Duma üzvləri xəbərdarlıq edirdilər ki, İrəvan və Yelizavetpol quberniyalarında bir ildən çox davam edən bu vəziyyət " minlərlə insan həyatının itkisi və diyarın tam iqtisadi dağıntısı ilə nəticələnmişdir". Duma bu məsələni müzakirə etməyə tələsmədi. İyunun 14-də bu sorğu Nazirlər Şurasının sədrinə göndərildi. İyulun 7-də, yəni Dumanın buraxılması ərəfəsində, Nazirlər Şurasınm sədri Qoremıkin Dumanın sədrinə cavabında bildirdi ki, "canişinin vəzifəsi və hakimiyyəti ümumi nazirlik quruluşuna münasibətdə tam, müstəqil şəkildə qoyulmuşdur və buna görə də Nazirlər Şurası Dövlət Dumasının Qafqaz diyarına aid sorğularına cavab vermək üçün qanuni səlahiyyətlərə və lazımi məlumatlara malik deyildir".[8] Beləliklə, Nazirlər Şurası Qafqaz millətlərinin taleyinə tamamilə laqeydlik göstərərək, bu sorğuya cızmaqara ilə cavab verdi və formal olaraq sorğunun müəlliflərini canişinin üstünə göndərdi. 1906-cı ilin hadisələri, millətlərarası toqquşmaların güclənməsi sübut edirdi ki, canişin heç bir diyarda şəxsiyyətin toxunulmazlığının təmin olunması üçün tədbirlər görmək fikrində deyil.
Əlimərdan bəy Topçubaşov, İsmayıl xanZiyadxanov, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov bir sıra deputatlarla birlikdə sədrə müraciət edib, Qafqaz hökumət orqanlarının "dinc rus vətəndaşlarının talançıları" kimi hazırladıqları Ter vilayəti dağlılarından ibarət strajniklərin dərhal geri qaytarılmasını tələb etdilər.[9] Bununla da onlar çar hökumətinin Rusiya imperiyası xalqları içərisində canfəşanlıqla apardığı düşmənçilik toxumları səpmək siyasətinə etiraz bildirdilər.
Azərbaycan deputatları vəzifəli şəxslərin məsuliyyəti, qayda-qanun yaradılması barəsində, qanunsuzluq və zorakılıq əleyhinə, nzibati orqanların özbaşınalıqları haqqında müxtəlif sorğular verilməsi müzakirəsində iştirak edirdilər. Krım tatarları Əlimərdan bəy Topçubaşovdan öz hüquqsuz vəziyyətləri barədə petisiyanı çar hökumətinə çatdırmağı xahiş etmişdilər. Lakin Dumanın buraxılması onların bu xahişini yerinə yetirməyə imkan vermədi.
Dumanın bütün müsəlman fraksiyasının, o cümlədən Azərbaycan deputatlarının siyasi amalı Əlimərdan bəy Topçubaşov tərəfindən "Müsəlman parlament fraksiyası" məqaləsində çox dəqiq şəkildə ifadə olunmuşdur: "Müsəlman proqramı ciddi surətdə konstitusiya əsasları üzərində dayanaraq, torpaqların milliləşdirilməsi, din məsələlərində tam muxtariyyət, bütün imperiya ərazisində özünü idarə edən kiçik vahidlər və vilayət məclislərinin təsis edilməsi ilə yerlərdə geniş muxtar idarəçilik prinsipini irəli sürür".[9] O, Dumada milli zəmində bir dənə təzahürün də müşahidə edilmədiyini böyük məmnunluqla qeyd edir, "xalq nümayəndəliyinin ilk addımlarının Rusiyanın bütün xalqları üçün ümumi olan ictimai dövlət quruculuğu məsələlərinə yönəldilməli olduğunu başa düşən millət nümayəndələrini" xüsusilə tərifləyirdi.[10]
Dumanın qovulması
redaktəLakin müsəlman xalqları deputatlarının böyük ümüdlər bəslədikləri I Dövlət Dumasının fəaliyyəti ugursuzluqla başa çatdi. Çar hökuməti nümayəndələri qanunvericilik orqanlarını ilə məsələni bitirmık barəsində gəti qərar qəbul edərək iyunun 9-da Duma deputatılarının iclasları keçirilən Tavriya sarayının bütün qanunlarını bağlı saxladı. Bu, deputatlar üçün gözlənilməz idi. Kadet fraksiyasının təşəbbüsü ilə hökumətə etiraz bildirildi və iclasları Vıborqda keçirmək qərara alındı. Sosial-demokratlar və trudoviklər də kadetlərlə həmrəy idilər. İyunun 9-u və 10-da Vıborqdakı iclaslarda Azərbaycan deputatları da iştirak edirdilər. Ə. Topçubaşov və İ. Ziyadxanov kadetlər tərəfindən tərtib olunmuş və Vıborq iclaslarının bütün iştirakçıları tərəfindən bəyənilmiş "Xalq deputatlarından xalqa" müraciətini imzaladılar. Onlar Rusiyanın bütün əhalisini Dumanın buraxılması əleyhinə etiraz çıxışlarına (vergiləri ödəməkdən, rekrut mükəlləfiyyətindən, istiqrazları tanımaqdan imtina etməyə və s.) çağırırdılar.
Bakı qubernatoru 1906-cı il iyunun 15-də bütün yerli qəzetlərin redaktorlarına və mətbəələrinə Dövlət dumasının keçmiş deputatlarının müraciətini çap etməyin qadagan oldugu barədə sərəncam göndərərək onları inzibati qaydada ən sərt cəzalar veriləcəyi ilə hədələdi.[10]
Vıborq iclaslarının iştirakçılarına divan tutuldu. Onlar barəsində cinayət işi qaldırıldı. Deputatlar məhkəməyə verildi. Onları xalqa ünvanlanmış xüsusi müraciətlə "Rusiya əhalisini itaətsizliyə və qanun əleyhinə çıxmağa qızışdırmaq niyyətində olmaqda və bu müraciətin çoxsaylı nüsxələrini Rusiya hüdudlarında yaymaqda" təqsirləndirirdilər. 1907-ci ilin dekabrında keçirilmiş məhkəmənin hökmünə görə, onlara üçaylıq həbs cəzası verilir, 167 nəfər, o cümlədən də Ə. Topçubaşov və İ. Ziyadxanov Dövlət Dumasının tərkibinə seçilmək hüququndan məhrum edilirdilər.[11] Ə. Topçubaşov "Kaspi" qəzetinə rəhbərlikdən uzaqlaşdırıldı və Bakı şəhər dumasının tərkibindən çıxarıldı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ RFDA, f. 102, PDXŞ, 1908, ç. 9, v. 6–7
- ↑ Azərb. MDTA, f. 13, s. 27, iş 52, v. 28.
- ↑ Гусейнов М. Д. Партия "Мусават" в прошлом и настоящем.Баку, 1929, səh.9
- ↑ Rusiya MDTA, f. 1278, siy. 1, 1906, iş 54
- ↑ Политическая жизнь русских мусульман до февральской революции. Оксфорд, 1987, səh.51.
- ↑ 1 2 3 Политическая жизнь русских мусульман до февральской революции. Оксфорд, 1987,
- ↑ Политическая жизнь русских мусульман до февральской революции. Оксфорд, 1987, səh.55
- ↑ Шелохов В.В. Кадеты — главная партия либеральной буржуазии в борьбе с революцией 1905–1907 гг. М., 1983, səh. 206–207.
- ↑ 1 2 "Каспий", 1 июля 1906 г.
- ↑ 1 2 Государственная Дума. // Стенографическиe отчеты. Сессия первая. 1906, СПб., т. 2, стб. 1228–1231.
- ↑ "Каспий", 1 февраля 1907 г