Rusiya Imperiyasinin Dovlet Dumasi - Wikipedia
Rusiya İmperiyasının Dövlət Duması — Rusiya imperiyasının parlamenti
Rusiya İmperiyasının Dövlət Duması | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1906 |
Ləğv olunma tarixi | 1917 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular.
31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi.
20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı
1907 — Çar Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi. Öncəki 2 Dumadan fərqli olaraq, III Duma 5 illik səlahiyyət müddətini sonadək (iyun 1912) işlədi.
28 sentyabr 1912 — Çar Rusiyasında IV Dövlət Dumasına seçkilər başlanıb. İlk iki Dumadan fərqli olaraq, III Duma səlahiyyət müddətini (5 il) tam başa vurmuşdu. III Dumada olduğu kimi, bu dəfə də Cənubi Qafqaz müsəlmanlarına (azərbaycanlı əhali) 1 yer ayrılmışdı və Dumaya yeganə azərbaycanlı deputat kimi hüquqşünas Məmməd Yusif Cəfərov seçildi. 15 noyabr 1912 — Çar Rusiyasının IV Dövlət Duması fəaliyyətə başlayıb. Dumada Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmmədyusif Cəfərov idi. IV Dövlət Duması səlahiyyət müddətini axıradək işlədi, sonuncu iclas 1917-ci il oktyabrın 19da keçirildi. Bir həftə sonra Peterburqdakı bolşevik üsyanı (Oktyabr inqilabı) ilə Rusiya imperiyası süqut etdi