Sefure Ibrahimova - Wikipedia
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984).
Səfurə İbrahimova | |
---|---|
Digər adı | Safurə İbrahimova |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1960–2005 |
Təhsili | Azərbaycan Dövlət Teatr İnstitutu |
Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
Mükafatları | |
IMDb | ID1192277 |
Həyatı
redaktəSafurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub.[1] Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.[2]
1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub.[3] Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.[4]
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974
- Azərbaycan SSR dövlət mükafatı — 27 aprel 1984 (Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin "İblis" faciəsində Rəna rolunun ifasına görə)
- Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı — 26 iyul 2002[5]
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 dekabr 2002[6]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003[7]
Filmoqrafiya
redaktəİl | Filmin növü | Film | Rol |
---|---|---|---|
1970 | Bədii film | Sevil | Dilbər |
1965 | Bədii film | Arşın mal alan | Telli |
1974 | Bədii film | Qatır Məmməd | Həbibə |
1975 | Bədii film | Alma almaya bənzər | Mədinə |
1969 | Bədii film | Bizim Cəbiş müəllim | Nəcəfovun arvadı |
1961 | Bədii film | Bizim küçə | Asya |
1975 | Bədii film | Tütək səsi | İsmət |
1976 | Bədii film | Dərviş Parisi partladır | Sənəm |
1978 | Bədii film | Qayınana | Sədaqət |
1966 | Bədii film | İstintaq davam edir | Məryəm |
1981 | Bədii film | Əlavə iz | Leyla |
1994 | Bədii film | Hökm | Suğra |
1990 | Bədii film | Qətl günü | Sədi Əfəndinin arvadı |
1970 | Bədii film | O qızı tapın | Xalidə |
1989 | Bədii film | Sahilsiz gecə | Dürdanə |
1989 | Bədii film | Təxribat | Aida |
1997 | Sənədli film | Min birinci söz | arxiv kadr iştirakçısı |
1987 | Film-tamaşa | Sən həmişə mənimləsən | Nəzakət |
1977 | Musiqili film | Şir evdən getdi | tülkü |
1965 | Televiziya filmi | Yun şal | Südabə |
Teatr səhnəsindəki rolları
redaktə- İfa etdiyi əsas rollar
Tamaşa | Müəllif | Rol |
---|---|---|
Xəyyam | Hüseyn Cavid | Vəfa və Vəfanın qızı |
Knyaz | Hüseyn Cavid | Jasmen |
Vaqif | Səməd Vurğun | Gülnar və Tamara |
İnsan | Səməd Vurğun | Tatyana |
Anamın kitabı | Cəlil Məmmədquluzadə | Zəhrabəyim |
Ölülər | Cəlil Məmmədquluzadə | Nazlı |
Hamlet | Uilyam Şekspir | Ofeliya |
Zıkovlar | Maksim Qorki | Pavla |
Mariya Tüdor | Viktor Hüqo | Cen |
Canlı meyit | Lev Tolstoy | Saşa |
Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev | Hafizə |
Sevil | Cəfər Cabbarlı | Sevil |
Həyatın dibində | Maksim Qorki | Vasilisa Karpovna |
Dişi canavar | Federiko Qarsia Lorka | Prudensiya |
Sənsiz | Şıxəli Qurbanov | Maral |
Darıxma, ana! | Nodar Dumbadze | Daduno |
Əks-səda | Nəbi Xəzri | Çinarə |
Yad adam | Leonqard Frank | Mişel |
Qisas qiyamətə qalmaz | Nahid Hacızadə | Salatın |
Hökmdar və qızı | İlyas Əfəndiyev | Tubu xanım |
Köhnə ev | Əli Əmirli | Mələk |
Küləklər | Sabit Rəhman | Roza |
Xoşbəxtlər | Sabit Rəhman | İnci |
Əliqulu evlənir | Sabit Rəhman | Qumral |
Toy | Sabit Rəhman | Kamilə |
Dəlilər | Lope de Veqa | Fernando[a] |
Çarəsiz dələduz | Raffaele Viviani | Yelena |
Füsunkar qız | Mikolaş Dyarfaş | Karola |
Adamın adamı | Anar | Balaxanım |
Qeydlər
redaktə- ↑ Oğlan roludur
İstinadlar
redaktə- ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. 2017. səh. 159–160.
- ↑ "Xalq artistimizin tərki-dünyalığının səbəbləri". azvision.az. 8 oktyabr 2013. 3 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2019.
- ↑ "Azərbaycan teatrının baharı gətirən aktrisaları". kaspi.az. 28 mart 2016. 19 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2019.
- ↑ "Xalq artisti Səfurə İbrahimova vəfat edib". report.az. 21 dekabr 2020. İstifadə tarixi: 21 dekabr 2020.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 26 iyul 2002. 10 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2019.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 24 dekabr 2002. 3 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2019.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 5 iyul 2003. 3 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2019.
Xarici keçidlər
redaktə- İlk bahar qızı 52 il sonra tamaşaçılarını salamlayır — YouTube platformasında