Tebiet - Wikipedia
Məlumatı yoxla. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təbiət — maddi dünya, elmin öyrəndiyi əsas obyekt. İnsan ətrafında olan bütün reallıq təbiət adlanır. Təbiət canlı və cansız olur.
Cansız təbiət
redaktəQeyri-maddi təbiət — enerjiyə malik olan maddə və fiziki sahə. Onun quruluşu aşağıdakı sıralama ilə gedir : elementar hissəcik, atom, kimyəvi element, planet, ulduz və kainat.
Maddi təbiət — müxtəlif hallarda ola bilər :qaz, maye, bərk və plazma). Materialist dünyagörüşünə görə hesab edilir ki, qeyri-maddi təbiətin inkişafı canlı təbiətin yaranmasına gətirib çıxarıb.
Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar:
Canlı təbiət
redaktəCanlı təbiət — bütün orqanizmlərin cəmidir. Elmdə o 7 növə bölünür: viruslar, protistlər, arxeylər, bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Canlı orqanizm biosferanın tərkib hissəsi olan ekosistemdə yaşayır. Təkamül nəzəriyyəsinə görə canlı orqanizmin inkişafı insanın yaranmasına gətirib çıxartmışdır. İnsanın hər 3 sm-də 26000 bakteriya vardır.
Canlı təbiəti cansız təbiətdən fərqləndirən 5 əsas xüsusiyyəti qeyd etmək olar. Canlı təbiət:
- Tənəffüs edir
- Qidalanır
- İnkişaf edir
- Çoxalır
- Məhv olur
Təbiətdə ritm
redaktəTəbiətdə ritm- təbii hadisələrin və proseslərin müəyyən ardıcıllıqla və qanunauyğun tezliklə növbələşməsi. Dövri və tsiklli təbiət ritmləri ayırırlar. Dövri ritmlərdə eyni tipli mərhələlər təxminən eyni bərabər vaxt fasiləsində təkrar olunur (gecə və gündüzün əvəz olunması, illərin əvəz olunması və s.). Tsikllik təbiət ritmlərində tsiklin daimi orta müddətinə eyni mərhələlər arasındakı vaxt fasilələri dəyişkən uzunluqda (müddətdə) olur (iqlim tərəddüdü, günəş aktivliyinin maksimumu və s.). Çoxəsrlik, çoxillik, illik, mövsümilik, sutkalıq və sutkadaxili ritmlik hadisələri müşahidə edilir ki, biosfer üçün həm xarici faktorlarla (kosmik təsir, günəş aktivliyi, mövsümlərin və gecə-gündüzün əvəz olunması), həm də daxili inkişaf qanunauyğunluqları ilə (suksessiya, populyasiyanın qocalması və cavanlaşması, onun sayırnn dinamikası və s.) əlaqədardır. Orqanizmlər təbiət ritmlərinə uyğunlaşmışlar və bu ritmlərə reaksiya verən müvafiq mexanizmlərə malikdirlər (məsələn, sutka ərzində çiçəklərin açılması və yumulması, quşların ərazidə istiqamətlənməsinə köməklik göstərən "vaxt hissiyyatı" — onların bioloji "saatların", insanda həzm prosesinin sutkadaxili intensivliyinin dəyişməsi və s.). Təbiətdə təbiət ritmlərinin ümumi sürəti (tempi) olduqca vacibdir və çox vaxt iqtisadi məqsədlər üçün tələb olunandan xeyli aşağı olur. Təbii və antropogen hadisələr arasında özünəməxsus "disxronoz" (vaxta görə uyğunsuzluq) çox vaxt təbii sistemin dağılmasına səbəb olur. Məsələn, meşədə sistemsiz, tez-tez qırıntı aparılması meşənin sıradan çıxmasına səbəb olur; tropik meşələrdə "qırıb-yandırma" əkinçiliyi sistemi zamanı torpağın münbitliyinin bərpasına imkan vermir, çox vaxt səhralaşma ilə nəticələnir.
Təbiətdə maddələrin dövranı
redaktəTəbiətdə maddələrin dövranı- Yerdə üzvi və mineral maddələrin dövri xarakterli çevrilmə və yerdəyişmə prosesi. Təqribən 5 mlrd, il əvvəl Yer maddəsinin diferensiasiyası baş vermiş və yer kimyəvi tərkibi, fiziki və termodinamik xüsusiyyətləri ilə fərqlənən konsentrik qatlara, yaxud geosferlərə (atmosfer, hidrosfer, yer qabığı, qranit, bazalt) bölünmüşdür. Geosferlər arasında və onların daxilində maddələr mübadiləsi daim davam etmişdir
Təbiətdə maddələrin böyük dövranı
redaktəTəbiətdə maddələrin böyük dövranı-bu dövran Günəş enerjisi ilə Yerin dərinlik enenjisinin qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə yetirilir. Maqmatik süxurların aşınması hesabına əmələ gələn çökmə süxurlar yer qabığının hərəkətdə olan zonasında (hərəkət zonasında) yenidən yüksək temperatur və təzyiq zonasına yüklənir (daxil olur). Onlar orada əriyərək maqmanı — maqmatik süxurların yeni mənbəyini əmələ gətirir. Bu süxurlar yerin səthinə çıxdıqda aşınma proseslərinin təsirilə onlar təzədən çöküntü süxurlara transformasiya olunur. Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük dövran adlanır. Dünya okeanı səthindən buxarlanan su (buna yer səthinə düşən günəş enerjisinin, demək olar ki, yarısı sərf olunur) quruya aparılır, orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana qayıdır. Suyun dövranı aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun buxarlanması — su buxarının kondensasiyası — həmin okeanın səthinə yağıntının düşməsi. İl ərzində Yerdə suyun dövranında 500 min kub km-dən artıq su iştirak edir. Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında bütövlükdə əsas rol oynayır. Suyun bitkilər tərəfindən transpirasiyası və onun biogeokimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı 2 milyon ilə bölünür və parçalanır.[1]
Təbiətdən istifadə
redaktəTəbiətdən istifadə – gələcək nəsilərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi. Təbii sərvətlərdən istifadə olunması. – Yerin ətrafındakı kosmik fəzadan tutmuş yerin dərin qatlarına qədər olan geniş sahəni əhatə edir. Təbiətdən səmərəli istifadə edilməsi qurulmuş qlobal və ekosistem qanunauğunluqların və proseslərin maksimal dərəcədə saxlanmasıdır, çalışmaq lazımdır ki, onları insanın və digər orqanizmlərin yaşadığı mühitin ziyanına dəyişilməsinə yol verilməsin, bu dəyişilmə əsasən təbii və antropogen ekosistemlərin ümumi məhsuldarlığının yüksəldilməsi istiqamətində olmalıdır.[2]
İstinadlar
redaktəƏdəbiyyat
redaktəМасштабная гармония Вселенной,Сухонос С.И.,Москва,София,2000 г.