Vissarion Ququsvili - Wikipedia
Vissarion Ququşvili (gürc. ბესარიონ გუგუშვილი; 6 may 1945, Tbilisi) — gürcü siyasətçi və dövlət xadimi, 1991–1992-ci illərdə Gürcüstanın baş naziri idi.
Vissarion Ququşvili | |
---|---|
gürc. ბესარიონ გუგუშვილი | |
26 avqust 1991 – 6 yanvar 1992[a] | |
Əvvəlki | Murman Omanidze (vəzifələrini icra edən) Tengiz Siqua |
Sonrakı | Tengiz Siqua |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 may 1945 (79 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞimali Osetiya MSSR-in Orconikidze şəhərində alim ailəsində anadan olmuşdur. 1967-ci ildə "Şərq ölkələri üzrə ölkəşünaslıq, Türkiyənin tarixi" ixtisası üzrə Tbilisi Dövlət Universitetini bitirmişdir. 1970-ci ildə "İngilis dili və ədəbiyyat" ixtisası üzrə Tbilisi Xarici Dillər İnstitutunun bitirmişdir. 1971-ci ildə iqtisad elmləri namizədi dərəcəsini almışdir. 1973-cü ildən Gürcüstan SSR elmlər Akademiyasının ictimai elmlər üzrə elmi informasiya mərkəzində əvvəlcə iqtisadiyyat şöbəsinin müdiri, sonra elmi işlər mərkəzinin direktor müavini kimi çalışmışdır.
1990-cı ilin dekabrından Gürcüstan SSR mədəniyyət nazirinin müavini idi, 1991-ci ilin mart ayından isə Gürcüstan Respublikasının dövlət kino korporasiyasının prezidenti olmuşdur.
Ququşvili 1991-ci il avqustun 26-dan etibarən Tengiz Siquanın istefasından sonra baş nazir təyin edilmişdir.[1] Hərbi çevrilişdən sonra Zviad Qamsaxurdiya ilə birlikdə sürgünə göndərildi və 1993-cü ildə sentyabr-noyabr aylarında davam edən vətəndaş müharibəsində iştirak etmişdir. Üsyanın məğlubiyyəti və Qamsaxurdiyanın ölümündən sonra Finlandiyaya qaçmışdır və orada siyasi sığınacaq almışdır.[2]
Qeydlər
redaktə- ↑ devrilmişdir, 1993-cü ilin 24 sentyabr-6 noyabr tarixlərində Gürcüstanın alternativ administrasiyasının baş naziri idi
İstinadlar
redaktə- ↑ Gürcüstanın Baş Naziri təyin edilməsi haqqında qərar Arxivləşdirilib 2022-04-14 at the Wayback Machine. (gürcü dilində)
- ↑ Nationmaster Encyclopedia: Gugushvili [ölü keçid] (ing)