Yaponiya Tarixi - Wikipedia
Yapon tarixi — Yaponiyanın keçmişi.
Qədim dövr
redaktəYayoi dövründə (b.e.ə. IV — b.e. III əsri), əkinçilik və sənətkarlıq intensiv yayılıb, dəmirçilik sənəti inkişaf edib, dəmir və tunc məlumatların istifadəsinə başlanılıb, ipəkçilik və toxuculuq texnologiyası meydana gəlib, təbii məhsul mübadiləsi yaranıb. Hesab olunur ki, şəkil çəkmə, dəmir, tuncla işləmək bacarıqları Kyuşu adasına Koreyadan gəlib. Həmin dövürdə ilk aristokrat klanları meydana gəlib,dini inanclarını günəş allahı Ameterasudan götürüblər. Bu dövrün adı ilk gil məhsullarının tapıldığı Yayoi (Tokio) ilə bağlıdır.
Kənd təsərüffatının yaranması ilə tayfa ittifaqları ilk Yaponiya dövlətini yaratmağa başladılar. Sonralar idarəetmə mərkəzi cənuba — məhsuldar torpaqları olan Kinay rayonuna yerləşdirilib. Yamato tayfasının hakimiyyəti altında isə, ölkə birləşməyə başladı.
Arxeoloji tədqiqatların nəticələri sübut edir ki, Yapon arxipelaqı alt paleolit dövründə əhali ilə məskunlaşıb (40 min il b.e.ə. — 13 min il b.e.ə). Comon (13 min il b.e.ə — III əsr b.e.ə) dövründə iqlim dəyişiklikləri ilk insanların təsərüffat fəaliyyətinə yiyələnmələrinə səbəb oldu. Onun əsasını ovçuluq, yığıcılıq və dənizçilik təşkil edirdi. Əvvəllər mövcud olmayan dəniz sahillərində əhali meydana gəldi. B.e.ə. 3-cü əsrdən etibarən sadə sənətkarlıq inkişaf etməyə başladı. Bu dövürdə gildən düzəldilmiş əşyalar dünyada ən qədim arxeoloji tapıntı sayılır və bura qadın fiqurları, qablar aiddir.
Kofun dövründə (III–VI əsr) indiki Nara prefekturasının ərazisində ilk yapon dövləti Yamato yaranıb. Tədricən siyasi hakimiyyət qüdrətli Soqa klanının əlində cəmləşib, imperator isə ancaq ali sintoist rəhbəri olaraq qalırdı. Bu cür vəziyyət hal-hazırda da Yaponiyada qalmaqdadır — imperator mühüm dini ayinləri yerinə yetirir, siyasi hakimiyyət isə nazirlərin və parlamentin əlində cəmləşib.
Asuka dövrü (538–710) buddizimin yayılması ilə tanınıb. Çin nümunəsi ilə yaradılmış mərkəzləşdirilmiş hökumət, "Riçuri" adlanan qanunlar toplusu, qitə fəlsəfəsinin və mədəni ideyalarının təsiri ilə ilk Yapon mədəniyyətinin çiçəklənməsi baş verib. Şahzadə Setokonun (593–621)hakimiyyəti dövründən başlayaraq həftədə bir dəfə bərabər şəkildə dini ayinlər keçirilirdi, 7 gün ərzində bütün ailələr — imperator ailəsindən başlayaraq müxtəlif dini ayinlər icra edir, öz əcdadlarına hörmət rəmzi olaraq ölənləri yada salır, ehramlara və ailə qəbirsanlıqlarına baş çəkirdilər. Bu dövrdə ölkənin paytaxtı Heico`nun (müasir Nara) müəyyənləşməsi ilə sona çatdı.
Nara dövrü (710–794) üçün Yaponiya cəmiyyətinin sürətlə çinliləşməsi, ilk tarixi salnamənin yaranması, mədəniyyətin, əsasən də buddizmin və poeziyanın çiçəklənməsi xarakterikdir. 759-cu ildə ilk yapon poeziya məcmuəsi "Manyesyu" yaranıb. Yaponiya mədəniyyətində özünəməxsusluq formalaşıb.
Paytaxtın Kiotoya köçürülməsilə Heyan dövrü (794–1185) başlayır. Bu dövrdə çinlilərdən götürülmüş yeni sistem yaradılıb. Sistemə görə, torpaq və onun mülkiyyətçisi imperatorun əmlakı sayılırdı. Buddist rahibləri, böyük torpaq sahibkarları və ölkə sərhədlərini genişləndirən köçərilər vergidən azad olunmuşdu. Getdikcə buddizmin təsiri güclənirdi və bəzi məbədlər rahib döyüşçülərdən ibarət ordu yaradırdı. Bu dövr milli yapon janrlarının meydana gəlməsi, xüsusilə, ədəbiyyatın çiçəklənməsi ilə yadda qalıb. Heca əlifbası — Kanın yaranması, çin dilinin əvəzinə yapon dilinin işlənməsinə imkan yaratdı. Bu dövürdə özünüdərk və assimilyasiya baş verdi. Çiçəklənən sakura ağacından zövq almaq və digər milli yapon bayramları Heyan dövründə imperator sarayında yaranıb. Aristokratlar vaxtlarını çiçəklənən ağacların altında zövqlə yüngül içkilər içərək şeir oxumaqla keçirirdilər. Sakura ağacının kiçik bir müddətə çiçəklənməsində aristoklatlar həyatın tez keçdiyini anlayır, çiçəklərin gözəllikdən zövq alır, cəsarət və təmiz düşüncə hiss edirdilər.
Buddizmin aristokrat sıralarındakı ölümlərə qarşı tutduğu mövqeyə görə ilk samuraylara qarşı nifrət yaranırdı. 1100-ci ildən başlayaraq imperator sarayı döyüşçü klanları arasında baş verən mübarizələri dayandıra bilmirdi. XII əsrdə 2 əsas nüfuzlu hərbi klan mövcud idi: Minamato (və ya Qenci) və Tayra (və ya Henke).
Qenci (1159) üsyanından sonra 2 klan arasında hakimiyyət uğrunda mübarizədən sonra Tayra Kiomori 1168-cı ildən 1178-ci ilədək imperatoru özünə tamamilə tabe etməklə ölkəyə rəhbərlik edib. Tayranın əsas düşməni Minamota klanı və buddizim monastrı olub. Kiomorinin ölümündən sonra Tayra və Minamota klanları arasında hakimiyyət uğrunda mübarizə Minamotanın qələbəsi ilə başa çatan Qempey (1180–1185) müharibəsinə səbəb oldu. Bu da Heyan dövrünün sonu oldu. Minamota Eritomanın iqamətgahı, Yaponiya tarixində növbəti dövrün adı olan Kamakura şəhəri oldu.
Ümumi tarix
redaktəYaponiya (Yaponcada Nihon və ya Nippon, 日 (günəş) 本 (qaynaq), hərfi mənası "günəşin qaynağı"), Uzaq şərqdə adalardan ibarət olan bir ölkədir. Heç bir ölkə ilə quru sərhəddi yoxdur. Şimalında Koreya Yarımadası (Cənubi Koreya və Şimali Koreya) və Rusiya ilə həmsərhəd Yapon Dənizi yerləşir. Qərbdə dəniz kənarında Tayvan və Çin ilə qonşu olan Yaponiyanın şərq və cənubunda isə Böyük Okean yerləşir.
Yaponiyanın ilk sakinlərinin Şərqi Asiya və Cənubi Pasifik adalarından gələn immiqrantlar olduğu sanılmaqdadır. Yapon xalqının atalarının indi Yamato irqi deyə bilinən və M. S. 3 və 4. əsrdə döyüşçü qəbilələr və klanlar üzərinə gedərək üstünlük quran eyni irqə aid insanlar olduğu zənn edilməkdədir.
Dördüncü əsrin sonunda Yaponiya və Koreya Yarımadasındakı krallıqlar arasında təmas qurulmuşdu. Bu tarixdən sonra Yaponiyada Çinin mədəniyyət təsirləri görüldü. Əvvəl Konfutsi dini və sonra Buddizm, Hindistan, Çin, Koreya yoluyla 538 ilində bura girmişdi.
Ölkənin ilk və davamlı hökumət mərkəzi 8-ci əsrin başında Narada quruldu. 710 ilə 784 illəri arasında 74 il bu imperatorluq davam etdi. 794-cü ildə isə Kiotoda yeni bir hökumət mərkəzi quruldu. Bura min il qədər imperatorun oturduğu yer olmuşdur. Paytaxtın Kiotoya daşınması, 1192-ci ilə qədər davam etmiş olan Heian dövrünün başlanğıcı olmuşdur.
1185-ci ildə Danoura Döyüşündə Minamotolar rəqib Taira Kralını yox edərək qalib gəlmişlər. Minemotoların iqtidarı ələ keçirməsi, Şoqun deyilən hərbi liderlər idarəsi altında yeddi əsrlik bir feodal hakimiyyət dövrünün başlanğıcı olmuşdur. 1192-ci ildə Minamotolar hökumət mərkəzini Tokio yaxınındakı Kamakuraya qurdular.
1213-cü ildə iqtidar Minamotolardan, 1333-cü ilə qədər hərbi rəhbərliyi davam etdirən Hogoların əlinə keçdi. Bu dövrdə Monqollar, 1274 və 1281 illərində olmaq üzrə iki dəfə Şimali Kyushuya hücum etdilər. Hər iki döyüşdə müvəffəqiyyətli ola bilməyən Monqollar, ayrıca meydana gələn tayfunların təsiri ilə Yaponiyadan çəkildilər.
1333 ilə 1338 illəri arasında görülən qısa davamlı imperatorluqları, Ashikaga Takauji tərəfindən Kiotoda Muromachidə qurulan yeni bir hərbi rəhbərlik izlədi. Bu qurulan hökumet 1338-ci ildən 1578-ə qədər iki yüz ildən çox bir müddət davam etmişdir.
On altıncı əsrdə Avropalılar Yaponiya torpaqlarına ayaq basdılar. Bu vaxt missionerlər, Xristianlığı burada yaymağa çalışdılar. Bunun üzərinə Yapon liderləri Xristianlığın və qərb düşüncələrinin Yaponiya üçün zərərli olacağına inandıqları üçün Hollandiya və Çin taciri xaric olmaq üzrə bütün xaricilərin Yaponiyaya girişini qadağan etdilər. İki əsr yarım müddətdə Hollandiyalı tacirlərin olduğu bu kiçik ada, Yaponiya ilə xarici dünya arasında tək təmas nöqtəsi olmuşdur.
1853-cü ildə Amerikalı Komodor Matthev c. Perry dörd gəmidən meydana gələn donanmasıyla Tokio Körfəzinə girmiş, ertəsi il təkrar Yaponiyaya gələrək, Yaponları öz ölkəsiylə bir dostluq razılaşması imzalamağa razı salmışdır. Bu razılaşmağı, eyni il içində Rusiya, Böyük Britanya və Hollandiya ilə imzalanan razılaşmalar izləmişdir. Bu razılaşmalar dörd il sonra ticarət razılaşmalarına çevrilmişdir.
Tokuqava Şoqunluğunun dərəbəylik sistemi 1867-ci ildə yıxılmasına qədər keçən on illik müddət içində böyük bir qarışıqlıq hökm sürmüş və 1868-ci ildə Meigi dövrünün təkrar təşkilatlanmasıyla bütün hakimiyyət yenidən imperatorun əlinə keçmişdir.
İmperator Meiginin idarəsində Yaponiya, qərbdə inkişafı əsrlər sürən şeyləri qısa bir müddətdə bacarmağa qoyulmuş, müasir sənayeləri, siyasi quruluşları və müasir bir cəmiyyət modeli ilə müasir bir millət meydana gətirmişdir. Yaponiya 1894–1895-ci illərdə Çinlilərlə, 1904 və 1905-ci illərdə də Ruslarla döyüşmüşdür. Yaponiya hər iki döyüşü də qazanaraq 1875-ci ildə Rusiyaya verdiyi Sahalin Adalarını geri götürmüş, Formosa və Koreyanı ələ keçirmiş və Mançuryada bəzi çıxarlar əldə etmişdi. 1920-ci ildə Yaponiya, Anqlo-Japon Birləşməsi qərarları lazımınca Birinci Dünya Müharibəsinə girmişdi.
1937-də Yaponiya-Çin Müharibəsi başladı. Birinci Dünya Savaşında Almanlara qarşı döyüşən Yaponiya, 1939-da Almaniya və İtaliya ilə hərbi ittifaq qurdu və 7 dekabr 1941-ci ildə Havay Adalarına basqın edərək Amerikan donanmasını yox etdi. Savaşın ilk illərində üstün görünən Yaponlar, sonrakı illərdə ağır itkilərə uğradılar. Amerikan təyyarələrinin 6 avqust 1945-ci ildə Hiroshima və 9 Avqustda Nagasakiyə atdıqları atom bombaları İkinci Dünya Savaşının nəticəsini bildirmişdi. 14 avqust 1945-ci ildə qeydsiz şərtsiz təslim olmağı qəbul edən Yaponiya ilə 2 Sentyabr 1945-ci ildə rəsmi təslim razılaşması imzalandı.
Yeddi il sonra, 1951-ci ilin Sentyabr ayında Yaponiya 48 dövlətlə San Franciskoda Barış Andlaşmasını imzaladı. 1952-ci ilin Aprel ayında qüvvəyə minən bu razılaşma ilə Yaponiya təkrar istiqlalını qazandı. 1956-cı ildə isə Yaponiya 80-ci dövlət olaraq Birləşmiş millətlərə tam üzvlüyə qəbul edilmişdir.
Müstəqilliyini qazandıqdan sonra böyük bir iqtisadi inkişaf ilə bugünkü rifah səviyyəsinə çatmış və texniki və elmdə çox irəli getmiş olan Yaponiya, az qala bütün dünya bazarlarını ələ keçirmiş bir dövlətdir. Liberallar İkinci Dünya Savaşından bu yana iqtidardadır. 1926-da taxta keçən İmperator Hirohito, 7 yanvar 1989-da öldü. Yerinə böyük oğulu Şahzadə Akihito taxta keçdi və 1990 Noyabr ayında tac geydi.
XVIII əsr tarixi
redaktəYaponiya XIX əsrdə
redaktəXIX əsrin əvvəllərində Yaponiyanı Tokuqava nəslindən olan Syoqun (yaponca-"vəhşiləri itaətə gətirən Böyük sərkərdə" deməkdir. Irsən verilən bu titul sahibi dövlət hakimiyyəti hüququna malik sərkərdə hesab olunurdu) idarə edirdi. Bu dövrdə də Yaponiyada müxtəlif torpaq mülkiyyəti formaları vardı. Samuraylar Yaponiyada ali silki təşkil edirdilər. Syoqunun hələ 1721-ci ildə verilmiş fərmanı ilə şəhərlərin ticarət-sələmçi kapitalı becərilməyən torpaqlardan istifadə hüququ almışdı. Torpaq mülkiyyətinin yeni formasının meydana gəlməsi, habelə əmtəə-pul münasibətlərinin inkişaf etməsi kənd təsərrüfatında bir sıra dəyişikliklərə şərait yaratmışdı. xıx əsrin birinci yarısında kənddə muzdlu əməkdən istifadə olunurdu.
Torpaqsız və aztorpaqlı kəndlilər başqalarının torpaqlarında işləyirdilər. Bu dövrdə Yaponiya mis filizi çıxarılmasına və metal emalına görə dünyada əhəmiyyətli yerlərdən birini tuturdu. Portuqaliyalılar Yaponiyaya gələn ilk avropalılar idilər. Sonra bu ölkəyə ingilis və hollandların gəlişi güclənmişdi. Yaponiyanın Avropa ölkələri ilə ticarət əlaqələri tədricən inkişaf edirdi. Syoqun əsrin ortalarında Yaponiyanın "qapalı ölkə" elan edilməsi haqqında fərman verdi. Birincitiryək müharibəsi başa çatdıqdan sonra İngiltərə, Hollandiya və ABŞ Yaponiyanı sıxışdırmağa başladılar. Onlar ölkənin sərhədlərini xarici ticarət üçün açmağı tələb etdilər, əks təqdirdə Yaponiyanı Çinin gününə salacaqları ilə hədələyirdilər. Beləliklə, Yaponiya "qapalılıq" siyasətindən imtina etmək məcburiyyətində qaldı. xıx əsrin birinci yarısında Tokuqava hakimiyyətinin böhranı daha da güclənmişdi. Xarici iqtisadi ekspensiya, feodal hərbi diktatura rejimi ölkədə ümumi narazılığın və inqilabi şəraitin yaranmasına gətirib çıxarmışdı. Bu dövrdə inqilabın hərəkətverici qüvvəsi, əsasən, kəndlilər və şəhər yoxsulları idilər. Xalqın qəzəbindən özlərini sovuşdurmaq istəyən feodallar Syoqun rejimini qurban vermək qərarına gəldilər. 1867-ci ildə 15 yaşlı Mutsixito imperator taxtında əyləşdirildi. İmperator tərəfdarları ilə Syoqun arasında başlanan münaqişə 1868-ci ilin yanvar ayında silahlı toqquşmaya gətirib çıxartdı. Syoqun qüvvələri məğlub oldular və paytaxt Yedo şəhəri antisyoqun qüvvələrə təslim edildi. 1868–1873-cü illərdə ölkədə burjua islahatları keçirildi.
Bu islahatların məqsədi ölkənin iqtisadi asılılığını ləğv etmək və onun kapitalist inkişafı yolundakı maneləri aradan qaldırmaq idi. Bütün ölkə miqyasında işlənən pul vahidi – iyena qəbul edildi. Yedonun adı dəyişdirilərək Tokio adlandırıldı. İmperator iqamətgahı buraya köçürüldü. Tokio Universitetinin əsası qoyuldu. Ölkədəki narazılığı aradan qaldırmaq və ehtimal olunan demokratik hərəkatın qarşısını almaq məqsədilə imperator 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası haqqında fərman verdi. Konstitusiyada imperatorun şəxsiyyəti müqəddəs və toxunulmaz elan edilirdi. İmperator ali baş komandan olmaqla bərabər, həm də xarici dövlətlərlə bağlanmış müqavilələri və sazişləri imzalayırdı. Parlamentin qəbul etdiyi qanunlar yalnız imperator tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minirdi. Yaponiyanın müstəmləkə təcavüzünün ilk hədəflərində biri Koreya olmuşdu. Yaponiyanın Koreyaya qarşı təcavüzkar siyasəti Yaponiya-Çin münasibətlərinin son dərəcə kəskinləşməsinə səbəb olmuşdu. Koreya problemi 1894-cü ilin iyulunda Yaponiyanın Çinə qarşı genişmiqyaslı müharibəyə başlaması üçün bir bəhanə oldu.XX əsrin başlanğıcında Yaponiya iqtisadi cəhətdən qərbi Avropanın böyük dövlətlərində və ABŞ-dən hələ geridə qalmaqda idi.
Yaponiya XX əsrin əvvəllərində
redaktə1900–1903-cü illərin dünya iqtisadi böhranı ölkədə kapitalın və istehsalın təmərküzləşməsi prosesini sürətləndirmişdi. Yaponiya faktik olaraq Koreyanın işğalına başlamışdı. Yaponiya inhisarlarının səciyyəvi cəhətlərindən biri ondan ibarət idi ki, onlar sələmçi-ticarət kapitalı əsasında yaranaraq inkişaf etmişdilər.
Bu isə inhisarların quruluşunda və fəaliyyətində yarımfeodal üsulların hökm sürməsi ilə müşayiət edilirdi. Yapon kapitalizmi hərbi-feodal səciyyəsi daşıyırdı, bu da mahiyyət etibarilə inhisarçı kapitalizm ilə yarımfeodal qalıqların çulğaşmasından ibarət idi. Yaponiya hərbi qüvvə ilə yeni bazarlar əldə etməyə çalışırdı. Bu isə xeyli dərəcədə onun sənaye inkişafı yoluna çox gec qədəm qoyması və xarici bazarlarda ABŞ, İngiltərə və Almaniya ilə rəqabət apara bilməməsi ilə bağlı idi. Uzaq Şərq regionunda nüfuz dairəsi uğrunda Rusiya ilə Yaponiya arasında gedən mübarizə yeni mərhələyə daxil olmuşdu. Rusiyanın Çindən Lyaodun yarımadasını icarəyə götürməsi və Şərqi-Çin dəmir yolunu çəkdirməsi Rusiya-Yaponiya münasibətlərini son dərəcə pisləşdirmişdi. Yaponiya mübarizəyə ciddi şəkildə hazırlaşmışdı. 1902-ci ildə bağlanmış İngiltərə-Yaponiya müqaviləsi Rusiya ilə müharibəyə başlamaq prosesini sürətləndirdi. 1904-cü ilin yanvarında yapon donanmasının Koreyanın Çemulpo limanında Rusiyaya məxsus "Varyaq" kreyserini və "Koreyets" gəmisini məhv etməsi ilə müharibə başlandı. 1904-cü ilin mayında Port-Artur qalası mühasirəyə alındı. Avqust ayında Lyaoyan ətrafındakı döyüşdə ruslar məğlub edildilər. 1904-cü ilin dekabrında Port-Artur qalası təslim oldu. 1905-ci ilin fevralında o dövrün ən böyük döyüşlərindən olan Mukden döyüşündə də rus ordusu ağır məğlubiyyətə uğradıldı. May ayında Susima dəniz döyüşündə rus eskadrasının demək olar ki, tamamilə məhv edilməsi ilə müharibə başa çatmış oldu.
1905-ci ilin avqustunda ABŞ-nin Portsmut şəhərində bağlanmış sülh müqaviləsinə əsasən Rusiya Yaponiyanın Koreyanı işğal etməsini təsdiq etdi. Yaponiya Lyaodun yarımadasını icarəyə götürmək hüququ qazandı. Saxalinin cənub hissəsi Yaponiyaya verildi. Rusiya-Yaponiya müharibəsinin nəticələri Yaponiyanın Cənubi Mancuriyada və Koreyada şəriksiz ağalığını təmin etmiş oldu. 1905-ci ilin noyabrında Yaponiya Koreyanın xarici siyasəti üzərində rəsmi olaraq nəzarət hüququ aldı. Koreya millətçiləri tərəfindən knyaz İtonun öldürülməsi Yaponiyanın Koreyanı tamamilə işğal etməsi üçün bəhanə oldu.1910-cu ilin avqustunda Koreya Yaponiyanın ptotektoratına keçdi.
İkinci dünya müharibəsindən sonra
redaktə1945-ci ilin fevral ayında Yaltada keçirilən konfransda üç müttəfiq dövlət – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Sovet İttifaqı arasında bağlanan sazişin şərtlərinə görə Almaniyanın təslimindən və Avropada müharibənin başa çatmasından sonra SSRİ Asiyada gedən hərbi əməliyyatlara qoşulmalı və Yaponiyaya qarşı müharibəyə girməli idi. Qeyd etmək lazımdır ki, Yaponiya bu zaman kifayət qədər güclü idi. 1945-ci ilin yayında təkcə yapon quru qüvvələri 4 milyon nəfərdən çox idi. Məhz bu ordu da əsas zərbə qüvvəsi idi. Amerika hərbçilərinin hesablamasına görə Yaponiyanı yalnız 1947-ci ildə təslim etmək mümkün ola bilərdi və bu da ABŞ-yə ən azı bir milyon hərbçi itirmək bahasına başa gələrdi.
Belə bir şəraitdə yapon generallarının ABŞ ordusunun haradan hücum edə biləcəyi variantları üzərində düşündükləri və baş sındırdıqları vaxtda nəinki Yaponiyanı, bütün dünyanı lərzəyə salan müdhiş bir hadisə baş verdi : avqustun 6-da amerikalılar tərəfindən dünyanın ilk atom bombası Xirosima limanı üzərinə atıldı və bu şəhər əhalisi ilə birlikdə bir anda yox oldu. Bu müdhiş hadisə avqustun 9-da Naqasakidə təkrar olundu. Xalq və hökumət dünya hərb tarixində indiyəcən görünməyən bu dəhşətli ölüm silahının sınağının törətmiş olduğu kütləvi insan qırğını və dağıntılardan bir anda sarsıldı.Sovet İttifaqı bir müttəfiq dövlət kimi ABŞ, Böyük Britaniya və Çinin yapon hərbi qüvvələrinin danışıqsız təslim olması tələbinə qoşulur, əgər qarşı tərəf bu tələbi yerinə yetirməkdən imtina edərsə, o özünü 1945-ci il avqustun 9-dan etibarən Yaponiya ilə müharibə vəziyyətində hesab edəcək. Beləliklə, Sovet İttifaqı Yaponiyaya qarşı müharibəyə başladı, sovet ordusu Mancuriyaya girdi.(1 səh.11)Sovet dövləti Yaponiyanın Kvantun ordusunu darmadağın etdikdən sonra yaponiya hökumət dairələri Potsdam bəyannaməsini danışıqsız təslim şərtlərini qəbul etdi.(2 səh 94) Yaponiyanın təslim olması haqqında aktın imzalanması ilə Uzaq Şərqdə və Sakit okean hövzəsində hərbi əməliyyatlara son qoyuldu və ikinci dünya müharibəsi başa çatdı. Yaponiya ərazisi heç bir müqavimət göstərmədən amerika hərbi qüvvələri tərəfindən işğal olundu. Tarixdə ilk dəfə idi ki, yapon adaları düşmən tərəfindən işğala məruz qalırdı. Beləliklə də, Yaponiya 1945-ci ildən amerika işğal rejimi altına keçdi. İşğal rejimi 1952-ci ilə qədər davam etmişdir. ABŞ hərbi idarəsinə də general Makartur rəhbərlik edirdi. Tarixçilər onu hətta bəzən "Yaponiyanın tacsız imperatoru" da adlandırırlar.
Potsdam Bəyannaməsində isə elan edilirdi ki, 1)Yaponiyada militarizmin həmişəlik və kökündən məhv edilməsi zəruridir; 2)yapon cəmiyyətində demokratik ənənələrin yaranmasına və möhkəmlənməsinə mane olan bütün əngəllər aradan götürülməlidir; 3) söz, etiqad və düşüncə azadlığı təmin olunmalıdır və nəhayət, 4\başlıca insan haqlarına hörmət edilməlidir. Əsas hərbi cinayətkarlardan olan 28 nəfər, o cümlədən keçmiş baş nazirlər Todzio, Koyso, Hirata, Hiranuma, bir sıra generallar və diplomatlar beynəlxalq tribunalın mühakiməsinə verildi. Siyasi məhbuslar azad edildi, siyasi partiyaların fəaliyyətinə icazə verildi. 1946-cı ilin aprelində parlament seçkiləri keçirildi. Seçkilərdə Liberal və Mütərəqqi-Demokrat partiyaları üstünlük qazandılar. Parlament 1947-ci il 3 mayda ölkənin yeni konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə monarxiya rejimi saxlanılırdı. Lakin imperator əvvəlki mütləq hakimiyyətindən məhrum edilir, "millətin birlik simvolu"na çevrilirdi. Ali hakimiyyət ümumi səsvermə yolu ilə seçilən iki palatlı parlamentə məxsus oldu. Parlament hökuməti formalaşdırır, hökumət onun qarşısında məsuliyyət daşıyırdı.
Konstitusiyanın 9-cu maddəsində bu da deyilirdi ki, "yapon xalqı beynəlxalq mübahisələrin həllində bir vasitə kimi millətin suveren hüququ olan müharibədən, həmçinin təhdid etməkdən və silahlı qüvvə tətbiqindən həmişəlik imtina edir".(1)
Bu dövrdə Yaponiyanın müharibədən sonrakı tarixindəki ən mühüm hadisələrdən biri də 1951-ci ilin 8 sentyabrında sülh müqaviləsinin bağlanması oldu. İmzalandığı yerin adı ilə tanınan San-Fransisko sülh müqaviləsinin müzakirə və bağlanması üçün çağrılan konfransda əksəriyyəti formal olaraq Yaponiya ilə müharibə vəziyyətində olan 52 ölkə iştirak etmişdir. Müqavilənin şərtlərinə görə Yaponiya: 1\ Koreyanın istiqlaliyyətini tanıyır və Mikroneziya adalarının BMT-nin himayəsinə verilməsini qəbul edirdi ; 2\Kuril adalarına, Cənubi Saxalinə, həmçinin Tayvana, Penxuledao adalarına və bir sıra kiçik adalara hər cür iddialardan əl çəkirdi. Müqavilə Yaponiya və onun bu sənədi imzalayan rəqibləri arasındakı müharibə vəziyyətinə son qoyurdu. Lakin Sovet İttifaqı və onun təsiri altında olan Polşa və Çexoslovakiya müqaviləni imzalamadı. Sovetlər belə bəhanə gətirdilər ki, guya bu sənəddə yapon təcavüzündən zərər çəkən ölkələrin təhlükəsizliyinin təminatı məsələsi Yalta və Potsdam konfranslarının müvafiq qərarlarına uyğun həllini tapmamışdır. Müqavilə həm də amerika qoşunlarının Yaponiyada qalmasını daha da möhkəmləndirirdi. Sonuncu məsələnin hüququ əsası isə sülh müqaviləsinin imzalanmasından bir neçə saat sonra ABŞ və Yaponiya arasında bağlanan "Təhlükəsizlik müqaviləsi"ndə öz həllini tapdı.
İşğaldan sonra
redaktəXarici keçidlər
redaktə- История Японии на shounen.ru (4 книги; до Мэйдзи включительно)
- Коммунистическая партия Японии
- Базовые элементы формирования японской цивилизации (аудиолекция)