Ilyas Tapdiq - Wikipedia
İlyas Tapdıq (tam adı: İlyas Oruc oğlu Tapdıqov; 30 noyabr 1934, Gədəbəy rayonu – 25 dekabr 2016, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972).
İlyas Tapdıq | |
---|---|
İlyas Oruc oğlu Tapdıqov | |
Doğum tarixi | |
Doğum yeri | Əli İsmayıllı, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Şəbnəm Tapdıq |
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəİlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur[1]. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952–1956).
Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957–1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962–1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968–1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976–1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978–1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989–1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992–1995) vəzifələrində işləmişdir.
1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60–80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur.
Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir. Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda (1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak etmişdir (1994).
Ürəyindən əməliyat olunmuş şair 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda, evində vəfat etmişdir.[2] Şair Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunmuşdur.
- Müğənni Şəbnəm Tapdıqın atasıdır.
Yaradıcılığı
redaktəİlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi, söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var…" şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır, orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı, hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli, qoçaq, sayıqdır.[3] Şairin yaradıcılığında vətən mövzusunda əsərlər mühüm yer tutur. Onun 20 yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur.[4]
Əsərləri
redaktə- Kəndimizin çobanı. Bakı: Uşaqgəncnəşr, 1955, 16 səh.
- Bulaq başında. Bakı: Azərnəşr, 1958, 66 səh.
- Gözlər. Bakı: Uşaqgəncnəşr, 1959, 112 səh.
- Xumar. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
- Arxalı dağlar. Bakı: Uşaqgəncnəşr, 1962, 112 səh.
- Bir eşqin şimşəyi. Bakı: Azərnəşr, 1966, 156 səh.
- Çimnaz oynayır. Bakı: Gənclik, 1967, 48 səh.
- Əksim və qəlbim. Bakı: Gənclik, 1968, 216 səh.
- Təpələr. Bakı: Gənclik, 1969, 60 səh.
- Bir gülün qönçəsi. Bakı: Gənclik, 1970, 16 səh.
- Bir evim var. Bakı: Gənclik, 1971, 16 səh.
- Meşənin mahnısı. Bakı: Gənclik, 1973, 192 səh.
- Xoruz və siçan. Bakı: Gənclik, 1976, 16 səh.
- Qızlar və qağayılar. Bakı: Azərnəşr, 1977, 156 səh.
- Çiçəklərim, güllərim. Bakı: Gənclik, 1979, 212 səh.
- Qoçaq dovşan. Bakı: Gənclik, 1982, 142 səh.
- Özümlə görüş (şerlər). Bakı: Yazıçı, 1984, 320 səh.
- Nağıllı ağaclar (şerlər və mənzum nağıllar). Bakı: Gənclik, 1988, 188 səh.
- Şıltaq günəş. Bakı: Gənclik, 1987, 160 səh.
- Məhəbbət yolları. Bakı: Yazıçı, 1990, 250 səh.
Tərcümələri
redaktə(rus dilindən)
- İki xoruz (Litva xalq şeri). Bakı: Uşaqgəncnəşr, 1961, 16 səh.
- V. Suteyev. Miyo eləyən kim idi? Bakı: Azərnəşr, 1964, 20 səh.
- M. Zoşşenko. Kələkbazlar və ağıllılar. Bakı: Gənclik, 1968, 24 səh.
- 4. E. Mejelaytis. Dovşan-oğlan. Bakı: Gənclik, 1969, 16 səh.
- V. Berestov. Səhər laylası. Bakı: Gənclik, 1970, 20 səh.
- İ. Pivovarova. Axşam və səhər. Bakı: Gənclik, 1972, 20 səh.
(türkmən dilindən)
- K. Tannkuliyev. Kəpənək. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
- K. Tanrıkuliyev. Tovuz quşu. Bakı: Gənclik, 1977, 12 səh.
(erməni dilindən)
- Q. Qabrielyan. Mən ki, balaca deyiləm. Bakı: Gənclik, 1974, 52 səh.
Filmoqrafiya
redaktə- Aşıq Ələsgər (film, 1972)
- Bakı SOS Uşaq Kəndi (film, 2001)
- Baş tutmayan ziyafət (film, 1981)
- Evlər yıxanım mənim!!. (film, 1974)
- "Fransız" (film, 1995)
- Xoruzun quyruğu (film, 1980)
- İki xalqın oğlu (film, 2004)
- Keyfiyyət nişanı (film, 1974)
- Mədəniyyət salnaməsi (film, 2001-2004)
- Məhəbbətdən də artıq (film, 1975)
- Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
- Ordan-burdan (film, 1987)
- Sürpriz (film, 1977)
- Şərt (film, 1984)
- Toxunma, partlayar! (film, 1982)
- Yoxlama (film, 2006)
- Yollar (film, 1972)
Mənbə
redaktə- Bilal Həsənli. Azərbaycan Uşaq ədəbiyyatı. Bakı-"Müəllim" nəş.,2008, 296 s.
İstinadlar
redaktə- ↑ "Tapdıqov İlyas Oruc oğlu (İlyas Tapdıq)". 2013-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-16.
- ↑ "İlyas Tapdıq vəfat edib". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
- ↑ Bilal Həsənli. Azərbaycan uşaq ədəbiyyatı. Bakı-2008 s.272
- ↑ Bilal Həsənli. Azərbaycan uşaq ədəbiyyatı. Bakı-2008 s.269