Insaatcilar Metrostansiyasi - Wikipedia
İnşaatçılar — Bakı metrosunun ikinci yolunda, "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları arasında yerləşən stansiyası. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" musiqisindən fraqment səslənir.
İnşaatçılar metrostansiyası | ||||
---|---|---|---|---|
2-ci xətt | ||||
Bakı metrosu | ||||
| ||||
Rayon | Yasamal | |||
Açılış tarixi | 31 dekabr 1985 | |||
İnşaat tipi | Yeraltı | |||
Platformaların sayı | 1 | |||
Çıxdığı küçələr | Abbas Mirzə Şərifzadə küçəsi | |||
Nəqliyyat | 9, 14, 17, 18, 39, 77, 96, 165, 205 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | 20 Yanvar, Elmlər Akademiyası | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
Tikintisi
redaktəTunelin tikintisi zamanı, "Elmlər Akademiyası" — "İnşaatçılar" stansiyaları arasında gözlənilməz və inanılmaz gücdə su axını başlamışdır. Bu, Bakı metrosunda, tikinti zamanı baş vermiş ən böyük və yeganə hadisə idi. Tikinti işləri, qəza ərazisində su axınının maye azotla dondurulması üsulu ilə davam etdirilmişdir. Stansiyanın adı bu tikintidə iştirak etmiş metro işçilərinin şücaəti şərəfinə olaraq, "İnşaatçılar" adlandırılmışdır. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" mahnısından fraqment səslənir.
Təmiri
redaktə2015-ci ildə stansiyanın hər iki keçidi əsaslı və yeni dizaynda təmir edilmişdir.
18 yanvar 2016-cı ildə stansiyanın 2-ci vestibülü ("20 yanvar" stansiyası tərəf) müvəqqəti bağlanmışdır. Bu vestibüldəki quraşdırılmış 3 ədəd eskalator istismar müddətini başa vurduğundan dəyişdirlir.
2016-cı il iyunun 1-i saat 06:00-dan etibarən metronun "İnşaatçılar" stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə verilmişdir. 30 il əvvəl quraşdırılmış "ET-5" tipli üç eskalotorun əvəzində Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela FT 945" tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər. Eskalatorlar 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar.[1]
Xüsusiyyətləri
redaktə- Stansiya 31 dekabr 1985-ci ildə istismara verilmişdir.
- "İnşaatçılar" stansiyası — 4 stansiyadan ibarət 9 kilometrlik "Elmlər Akademiyası"-"Memar Əcəmi" xəttində, ortadan birinci yerdə yerləşir (informasiyanı dəqiqləşdirməyə ehtiyac var!)
- Stasiyanın şəhərə çıxışı A. M. Şərifzadə küçəsinə çıxır.
İstinadlar
redaktə- ↑ Günay Məryəm. "Metro istifadəçilərinə şad xəbər!" (az.). ATV. 2016-06-01. 2016-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-01.
Xarici keçidlər
redaktə Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |