Isa Huseynov - Wikipedia
İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928[5], Muğanlı, Qazax qəzası – 1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).
İsa Muğanna | |||
---|---|---|---|
İsa Mustafa oğlu Hüseynov | |||
Doğum adı | İsa Hüseynov | ||
Təxəllüsü | Muğanna | ||
Doğum tarixi | |||
Doğum yeri | Muğanlı, Qazax qəzası, Azərbaycan SSR, SSRİ | ||
Vəfat tarixi | (85 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Vəfat səbəbi | Xroniki ürək çatışmazlığı[1] | ||
Dəfn yeri | |||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Milliyyəti | azərbaycanlı | ||
Uşağı | Sevinc Muğanna[2][3][4] | ||
Təhsili |
Azərbaycan Dövlət Universiteti Maksim Qorki adına Ədəbiyyat İnstitutu |
||
Fəaliyyəti | yazıçı, ssenarist, baş redaktor | ||
Fəaliyyət illəri | 1949-cu ildən | ||
Mükafatları |
|
||
İsa Muğanna Vikimənbədə |
Həyatı
redaktəİsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında[6] baş redaktor (1964–1968)[7], redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Yaradıcılığı
redaktə1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib[8]. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976[9]
- "Qırğızıstan Yazıçılar İttifaqı" diplom və prizi — 1976
- "Şərəf nişanı" ordeni — 1978
- Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 23 iyun 1988
- "İstiqlal" ordeni — 11 iyun 1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[10]
- "Nəsimi" mükafatı — 2012
Kitabları
redaktə- "Bizim qızlar" pyesi - 1953
- "Dan ulduzu" pyesi - 1955
- "Hekayələr" - 1957
- "Yanar ürək" pyes - 1960.
- "Doğma və yad adamlar" roman -1962.
- "Teleqram" povest - 1963.
- "Yanar ürək" roman - 1965.
- "Tütək səsi" (pyes və hekayələr) - 1965.
- "Pyeslər" 1967.
- "Kollu koxa" - (pyes və hekayələr) - 1969.
- "Ömrümdə izlər" - 1971.
- "Saz" povest - 1971.
- Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
- "Yanar ürək", "Doğma və yad adamla" - 1979.
- "Məhşər" roman - 1979.
- "İdeal" roman - 1985.
- "Türfə" roman - 2009[11]
- "Qəbiristan" roman - 2013
- "Cəhənnəm" roman - 2013
- "GurÜn" roman - 2013
- "İsahəq-Musahəq" roman - 2013
- "İlan dərəsi" (povestlər)
Filmoqrafiya
redaktə- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Dəli Kür (film, 1969)
- İyirmialtılar (film, 1966)
- Qərib cinlər diyarında (film, 1977)
- Liderlik missiyası. 1-ci hissə (film, 2008)
- Nəsimi (film, 1973)
- Nizami (film, 1982)
- Od içində (film, 1978)
- Tütək səsi (film, 1975)
- Ulduzlar sönmür (film, 1971)
- Zəlimxan dastanı (film, 2007)
Müsahibə
redaktə- "Xalq yazıçısı İsa Hüseynov: "80 yaşdan yekun iyi gəlir" - FOTOSESSİYA" (az.). apa.az. 2008-06-11. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- Ağa Cəfərli. "İsa Hüseynov "Kulis"ə danışır" (az.). kulis.az. 2012-08-27. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- Ağa Cəfərli. ""Yoldaş Qorki, məndən yazıçı olacaqmı?"" (az.). kulis.az. 2012-08-28. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- Ağa Cəfərli. "İsa Hüseynov: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 2012-08-30. 2014-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- Ağa Cəfərli. "İsa Hüseynovun Kulis.az-a müsahibəsi: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 2014-04-01. 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
Ölümü
redaktəYazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb.[12] 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir.[13][14] Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.[15][16]
Xatirəsi
redaktə31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[17]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "İsa Muğanna dünyasını dəyişdi" (az.). lent.az. 2014-04-01. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- ↑ Leyla Əsədullayeva. ""Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm" - MÜSAHİBƏ" (az.). modern.az. 2019-06-12. 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- ↑ Ayxan Ayvaz. "İsa Muğannanın qızı od püskürdü: "Bu, atama və bizim ailəyə qarşı təhqirdir!" – Müsahibə" (az.). kulis.az. 2019-08-21. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- ↑ "İsa Muğannanın qızı: «Mənə Kamal Abdullanın kitablarını oxutdururdu»" (az.). azadliq.org. 2014-04-01. 2016-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
- ↑ IMDb (ing.). 1990.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- ↑ "Muğanna İsa Hüseynov sənədli televiziya filmi 2005 AzTV. Montaj rejissoru YAFƏT XEYİROV". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-24.
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.
- ↑ Şəmil Sadiq. "İsa Muğannanın "Türfə" romanı niyə çap olunmurdu..." (az.). 525.az. 2017-06-12. 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.anl.az
- ↑ "İsa Muğannanın həyat yoldaşı yazıçının ölümündən danışıb" (az.). deyerler.org. 2014-04-01. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- ↑ İ.İzzət. "Azərbaycanın tanınmış yazıçısı İsa Muğanna vəfat edib" (az.). trend.az. 2014-04-01. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- ↑ "İsa Hüseynov I Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB - VİDEO" (az.). milli.az. 2014-04-01. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- ↑ "Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı İsa Hüseynov son mənzilə yola salınmışdır" (az.). azertag.az. 2014-04-02. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- ↑ "Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı İsa Hüseynov son mənzilə yola salınmışdır" (az.). respublica-news.az. 2014-04-03. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- ↑ President.Az. "İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 31.05.2018. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
Mənbə
redaktə- Azərbaycan Sovet Ədəbiyyatı Tarixi. 2 cilddə. I cild. Bakı: 1967,
- Azərbaycan Sovet Ədəbiyyatı Tarixi. Bakı: 1988,
- Ədəbi Proses-76. Bakı: 1978,
- Sosialist Realizmi müasir mərhələdə. Bakı: 1987,
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272–274.
- "Bədii nəsrimizdə İsa Muğanna zirvəsi" (az.). azertag.az. 2019-06-12. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- Ülvi Babasoy. "İsa Muğannanın əsərlərinin estetik miqyası" (az.). kaspi.az. 2017-02-13. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- "Əkrəm Əylisli İsa Muğannanın fəlsəfəsini sərt tənqid etdi (Debat)" (az.). azadliq.org. 2014-04-05. 2020-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21. İsa Hüseynov, yoxsa İsa Muğanna?
- Cəlil Cavanşir. ""İsa Hüseynov dünya ədəbiyyatı üçün möcüzədir" DEBAT" (az.). kulis.az. 2018-04-12. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- Tahir Abbaslı. "BÜTÖV bir "iki" İSA:biri – ədəbiyyatımızda "60-cılar"ın bayraqdarı olmuş HÜSEYNOV, biri – SafAğ YOLlu MUĞANNA..." (az.). medeniyyet.az. 2018-06-13. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- Şəmil Sadiq. ""İsanın iki yazıçısı – Hüseynov və Muğanna" – Şəmil Sadiq" (az.). senet.az. 2017-10-10. 2018-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- Elnarə Akimova. "Yeniləşən nəsrin İsa Hüseynov mərhələsi - Elnarə AKİMOVA yazır" (az.). edebiyyatqazeti.az. 2019-09-02. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- Ülvi Aydın. "Dördüncü ömrünü yaşayan xalq yazıçısı" (az.). azedu.az. 2019-07-05. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- Könül Nəsibova. "İsa Muğanna-90" (az.). milliarxiv.gov.az. 2019-01-09. 2020-03- tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
- Nizami Cəfərov. "İsa Muğannanın həqiqəti, yaxud Həqiqətin İsa Muğannası" (az.). 525.az. 2014-01-09. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- Tamilla Əliyeva. "İsa Hüseynov yaradıcılığında insan problemi" (PDF) (az.). jhss-khazar.org, səh. 421-425. 2020-03- tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-23.
- Ülvi Babasoy. ""İdeal" romanını "Terra Nostra" ilə müqayisə etmək keçir ürəyimdən" (az.). azadliq.org. 2016-03-01. 2020-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
Xarici keçidlər
redaktə- "İsa Muğanna (Hüseynov). Roman və povestlər" (az.). azadliq.org. 2011-03-11. 2020-03- tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
- M. Mükərrəmoğlu. "Vaqif Əliyev: İsa Muğanna bütün şüurlu həyatını bədii söz sənətinə həsr edən nadir şəxsiyyətlərdəndir" (az.). xalqqazeti.com. 2018-11-23. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- Fərqanə Vəkilova. ""İsa Hüseynov məni KQB ilə əlaqədə suçladı"" (az.). axar.az. 2015-03-28. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- "Azərbaycanın Dostoyevskisi – İsa Muğanna" (az.). artkaspi.az. 2017-02-28. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- ""Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?" SORĞU" (az.). kulis.az. 2014-02-12. 2014-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-20.
- "Üç ən yaxşı Azərbaycan romanı məlum oldu 78 NƏFƏRLIK SORĞU" (az.). kulis.az. 2014-02-12. 2018-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-20.
- İsa Həbibbəyli. "İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya" (az.). senet.az. 2015-04-01. 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- Nərmin Həsənli. "Günəşin mərkəzindəki "Ey OdƏr" planeti: İsa Muğanna ilə virtual müsahibə" (az.). 7news.az. 2019-06-12. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
- Elmin Nuri. "Jurnalistlər İsa Muğannadan nə oxuyub? – SORĞU" (az.). modern.az. 2014-04-02. 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
- "İsa Muğannanın anadan olmasının 90 illiyi qeyd ediləcək" (az.). sherg.az. 2018-11-19. 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
- Aydın Xan (Əbilov). "İsa Muğanna: ustad ömrünün ədəbi-əbədi yazısı" (az.). anl.az/Ədəbiyyat qəzeti, səh. 4-5. 2014-05-09. 2019-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
- "Yazıçı İsa Hüseynov (Muğanna) fotolarda" (az.). azadliq.org. 2014-04-01. 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
- Sabiq rəsmi veb-saytı Arxivləşdirilib 2011-02-02 at the Wayback Machine