Sosializm - Wikipedia
Sosializm — bütün istehsalatın və gəlirlərin bölüşdürülməsinin dövlətin nəzarəti altında olduğu iqtisadi, ictimai-siyasi formasıdır. Müxtəlif sosialist cərayanları tərəfdarlarının ümumi məxrəci istehsal vasitələri üzərində ictimai mülkiyyətin mövcudluğu, şəxsi mülkiyyətin tam və ya əsasən sıradan çıxarılmasıdır. Sosializm iqtidar və istehsal vasitələrinin xalq tərəfindən idarə edildiyi bir cəmiyyət fikrinə söykənən düşüncə sistemidir. Siyasi termin olaraq sinifsiz bir cəmiyyətin yaradılması məqsədilə, inqilab və ya ictimai təkamül vasitəsilə təşkilatçı bir əməksevər sinif yaradılması ilə birbaşa əlaqəlidir. Sosializm, öz rüşeymini sənayeləşmə dövründə, maarifçilik hərəkatları zamanı dilə gətirilən siyasi və ictimai bərabərlik istəyindən almışdır. Zamanla modern demokratik sistemlərə sosial islahatlar formasında təsirini artırmışdır. Marksist nəzəriyyədə sosializm kapitalizmi əvəzləyəcək, sosialist quruluş öz-özünə süqut etdikdən sonra kommunizmə keçid edən cəmiyyətə işarə edir. Kommunizm sosializmin davamı hesab edilən ictimai sistemdir.
Tarixi
redaktəSosializm termini ilk dəfə 1827-ci ildə İngiltərədə, Robert Ouenin tərəfdarlarını adlandırmaq üçün istifadə olunmuşdur. 1832-ci ildə Fransada l’Encyclopédie nouvelle-də Saint-Simon, daha sonra Pierre Leroux ve J. Reqnaudun fikirlərinin tərəfdarları üçün istifadə edilmişdir. Sosialist qruplar arasında böyük fərqlər olmasına baxmayaraq, demək olar ki, hamısı cəmiyyətin bir azlığa xidmət etməkdənsə xalq çoxluğuna xidmət edən, həmrəylik prinsipinə görə çalışan, müsavat cəmiyyəti müdafiə edən, fəhlə və kəndlilərlə birlikdə mübarizə aparan, XIX və XX əsrlərə söykənən bir ortaq tarixə sahibdirlər.
Sosialist rejimlərin ümumi xüsiyyətləri
redaktəTək partiyalı rejimlərdir. Bu partiyalar adi sinifsiz cəmiyyətə doğru irəliləyən kommunist cəmiyyəti məqsəd seçdiyinə görə "Komunist Partiya"(SSRİ)-dir. Lakin bəzi ölkələr fərqli adlar istifadə etmişdir, məsələn: "Sosialist Partiya", "Fəhlə Partiyası"(Şimali Koreya) və ya "Əmək Partiyası".
Tənqidlər
redaktəBunlar əsasən 3 qrupa bölünür; 1. Totalitar və anti-demokratik halların olması. Sosialist sistemlər buna cavab olaraq: "Burjua sistemlərində iqtisadi güc mövcuddur." Beləliklə sosialist sistemlər burjua sistemlərini anti-demokratik hesab edir. 2. Dinə qarşı anti-liberal halların tətbiqi. Xüsusi ilə SSRİ dövründə və əsasən müsəlman cəmiyyətlərində dini ayinlərin tətbiqinin yasaqlanmasına cavab olaraq sosialistlər dinlə birbaşa olaraq mübarizədən daha çox, hakim zümrənin bu amildən istismar vasitəsi kimi istifadəsinə diqqət çəkmişlər. "Biz dinlərə yox, dinlərin istismar vasitəsi olmasına qarşıyıq." fikirləri ilə çıxış etmişlər. 3. Qapalı iqtisadiyyat üzündən elmin inkişafdan qalma iddiası. Sosialistlər buna iqtisadi sanksiyaların səbəb olduğunu iddia edirlər. SSRİ-nin öz hesabına kosmosa çıxış əldə etməsi və bir çox sahədə elmi nailiyyətləri bu iddiaya cavab kimi göstərilir.
Siyasi ideologiyası
redaktəSosializm fəlsəfəsinin əsasında aşağıdakı prinsiplər durur:
- insanın insan tərəfindən istismarına son qoyulması
- sosial bərabərlik və sosial ədalətin bərqərar olunması
Bu məqsədlərə çatmağın əsas şərtlərindən biri xüsusi mülkiyyətin ləğvi hesab olunur.
Ədəbiyyat
redaktə- Sassoon, Donald. One Hundred Years of Socialism: The West European Left in the Twentieth Century. New Press. 1998. ISBN 1-56584-486-6
- Guy Ankerl, Beyond Monopoly Capitalism and Monopoly Socialism, Cambridge MA: Schenkman, 1978.
- Beckett, Francis, Clem Attlee, Politico's (2007) 978–1842751923
- G. D. H. Cole, History of Socialist Thought, in 7 volumes, Macmillan and St. Martin's Press, 1965; Palgrave Macmillan, 2003 reprint; 7 volumes, hardcover, 3160 pages, ISBN 1–4039-0264-X.
- Friedrich Engels, Socialism: Utopian and Scientific, Pathfinder; 2r.e. edition (December 1989) 978–0873485791
- Friedrich Engels, The Origin of the Family, Private Property and the State, Zurich, 1884. LCC HQ504 . E6
- Albert Fried and Ronald Sanders, eds., Socialist Thought: A Documentary History, Garden City, NY: Doubleday Anchor, 1964. LCCN 64–11312.
- Phil Gasper, The Communist Manifesto: A Road Map to History's Most Important Political Document, Haymarket Books, paperback, 224 pages, 2005. ISBN 1-931859-25-6.
- Élie Halévy, Histoire du Socialisme Européen. Paris, Gallimard, 1948.
- Michael Harrington, Socialism, New York: Bantam, 1972. LCCN 76–154260.
- Jesús Huerta de Soto, Socialismo, cálculo económico y función empresarial (Socialism, Economic Calculation, and Entrepreneurship), Unión Editorial, 1992. ISBN 84-7209-420-0.
- Makoto Itoh, Political Economy of Socialism. London: Macmillan, 1995. ISBN 0-333-55337-3.
- Kitching, Gavin (1983). Rethinking Socialism. Meuthen. ISBN 0-416-35840-3. http://www.gavinkitching.com/marx_0.htm Arxivləşdirilib 2008-01-18 at the Wayback Machine.
- Oskar Lange, On the Economic Theory of Socialism, Minneapolis, MN: University of Minnesota Press, 1938. LCCN 38–12882.