Samxor Mahali - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şamxor mahalı — Gəncə xanlığının mahallarından biri.
Mahal | |
Şamxor mahalı 1747—1822 | |
---|---|
Daxildir | Gəncə xanlığı |
İnzibati mərkəz | Dəllər |
Naiblər |
Mərdan bəy Zaman bəy Rüstəm bəy Hacı İbrahim bəy Əli bəy |
|
Mahal haqqında qısa bilgi
redaktə- Sahəsi —
- Əhalisi —
- Yaranması — 1747-ci il
- Mərkəzi — Dəllər kəndi
- Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı.
Mahalın tarixi
redaktəXanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan və Qarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi.[1] Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır.[2] 1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir.[3] 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir: 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir; 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı; 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı; 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı; 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı; 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı[4] Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.
Mahalın oba və kəndləri
redaktəŞamxor mahalı 1804-cü ildə
# | Kəndlər | Kişilər | Qadınlar | Qeydlər |
---|---|---|---|---|
1 | Dəllər | 43 | 74 | |
2 | Qapanlı | 11 | 20 | |
3 | Keçili | 45 | 82 | |
4 | Alabaşlı | 29 | 50 | |
5 | Seyfəli | 42 | 85 |
Şamxor mahalının naibləri
redaktəTitul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Mərdan bəy Dəllər | 1747 | 1761 |
Naib | Zaman bəy Dəllər | 1761 | 1777 |
Naib | Rüstəm bəy Dəllər | 1777 | 1784 |
Naib | Hacı İbrahim bəy Dəllər | 1784 | 1810 |
Naib | Əli bəy Dəllər | 1810 | 1822 |
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Şamxor mahalı, Bakı: Mütərcim, 2013, 152,-səh.