Yelizavetpol Dairesi - Wikipedia
Yelizavetpol dairəsi (1804-1840) — Rusiya imperiyası Qafqaz canişinliyinə aid inzibati ərazi.
Tarixi dövlət | |
Yelizavetpol dairəsi | |
---|---|
|
|
Paytaxt | Yelizavetpol |
Rəsmi dilləri | Rus dili |
Gəncə xanlığı 1804-ci ilin yanvarında işğal edildi. Gəncə xanlığı ləğv edildi, şəhərin adı dəyişdirilərək Yelizavetpol, xanlığın torpaqları isə Yelizavetpol dairəsi adlandırıldı. Şamxor da Yelizavetpol dairəsinə daxil edildi. Dairə altı mahala (Qorsk , Şamxor mahalı, Kürəkbasan mahalı, Gəncəbasan, Samux mahalı, Ayrım mahalı) bölünürdü.
Araşdırmalar nəticəsində «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə Gəncə xanlığının sərhədləri çərçivəsinə düşən təxmini ərazilərdə 1727-ci ildə 12 mahal: Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan, Danqı, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına mahalları qeydə alınmışdır (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29-272). Qeyd etmək lazımdır ki, göstərilən mahallardan Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan və Danqı mahalları bütövlükdə Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan və Xılxına mahalları ərazisinin isə yalnız bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29-272).
Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürənbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır (ЦГИААР. Фонд 24. оп 1. д.10, в. 9-15).
1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir (ЦГИААР. Gəncə. 1817 в. 1-267).
1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir:
- 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir;
- 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı;
- 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı;
- 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı;
- 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı;
- 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı (Обозрение…ч. ЫЫ, с.355-356.). Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.[1]
1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
[1] Arxivləşdirilib 2017-07-06 at the Wayback Machine