Ebdul Kerim Pasa - Wikipedia
Əbdül Kərim Paşa (türk. Abdülkerim Paşa) (Abdülkerim Öpelimi, d. 1872 - ö. 16 yanvar, 1923[1]) — Türk əsgəri. Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində Osmanlı komandiri olmuşdur.
Əbdül Kərim Paşa | |
---|---|
türk. Abdülkerim Paşa | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Saloniki |
Vəfat tarixi | 16 yanvar, 1923. |
Vəfat yeri | İstanbul, Osmanlı İmperiyası |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Osmanlı ordusu |
Xidmət illəri | 1922-ci ilədək. |
Rütbəsi | General-leytenant. |
Döyüşlər | İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri, Birinci Dünya müharibəsi |
Həyatı
redaktə1915-ci ildə Malazgird şəhərinin qərbindəki təpəlikdə Rusiya generalı Oqanovskinin cinayət hadisəsi törətdiyi zaman Əbdül Kərim paşanın ilk döyüş əməliyyatını həyata keçirtmişdi. Əbdül Kərim Paşa Malazgird yaxınlığında baş verən döyüşdə ruslara qarşı silahlı mübarizə apardı, 1915-ci ildə baş verən Malazgird döyüşündə Oqanovskini məğlub etdi və Malazgird şəhərini ələ keçirdi. Lakin Oqanovskini əvəz edən Rus komandiri Nikolay Yudenix Malazgirdi yenidən ələ keçirtmək üçün mübarizəyə başladı.
Lakin Yudenix qoşunların çıxarılmasını əmr edərkən Əbdülkərim Paşanın əmrinə tabe olan birliklər yenidən hücuma məruz qaldı. Yudenixik qoşunu Əbdül Kərim Paşanın qoşunundan sayca çox idi. Yudenix Əbdül Kərim Paşanı Alaşkerd döyüşündə məğlub etdi. Paşa Malazgirdə doğru geri çəkildi.
Ərzurum döyüşü
redaktə1916-cı ilin fevral ayında Kərim Paşa Ərzurum döyüşündə böyük bir məğlubiyyətə uğradı. Bundan sonra vəzifəsindən azad edildi.
1916-cı ilin dekabr ayında o, Salonika Cəbhəsində Bolqarıstan və Almaniyanı dəstəkləmək üçün göndərilmiş XX Korpusun komandiri kimi qısa ərzində xidmət göstərdi, lakin artıq 1917-ci ilin may ayında qoşun hissələri Mesopotamiyaya geri çağırıldı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Hülya Toker, Nurcan Fidan, Birinci Dünya Savaşı'na katılan Alay ve Daha Üst Kademedeki Komutanların Biyografileri, Genelkurmay Basım Evi, 2009, ISBN 978-975-409-493-0, p. 137. (türk.)