Enver Qasimzade - Wikipedia
Ənvər Əli oğlu Qasımzadə (12 fevral 1912[1], Salyan, Cavad qəzası[1] – 12 mart 1969[1], Bakı[1]) — Azərbaycan memarı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967), Azərbaycan Politexnik İnstitutunun rektoru (1962–1968), Azərbaycan SSR Əməkdar inşaatçısı (1960).
Ənvər Qasımzadə | |
---|---|
1962 – 1968 | |
Əvvəlki | Abuzər Əliyev |
Sonrakı | Rza Bədəlov |
14 oktyabr 1955 – 1957 | |
22 yanvar 1954 – 25 avqust 1954 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
aprel 1953 – yanvar 1954 | |
Nazir | Sadıq Rəhimov |
30 aprel 1952 – 17 aprel 1953 | |
Sədr | Həsən Seyidov |
1951 – 1952 | |
Sədr | Rüstəm İsmayılov |
1948 – 1951 | |
Sonrakı | Ənvər İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 fevral 1912[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 1969[1] (57 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | memar |
Uşağı | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəƏnvər Qasımzadə 1912-ci il fevralın 12-də Bakı quberniyasının Salyan şəhərində tanınmış maarifçi, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən olmuş Əli bəy Qasımovun ailəsində dünyaya göz açmışdır.[2]
Ənvər Qasımzadə ilk təhsilini Bakı Müəllimlər Seminariyasının nümunəvi məktəbində almışdır. 1930-cu ilin dekabrında N. Nərimanov adına Azərbaycan Sənaye Texnikumunun inşaat şöbəsini bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna göndərilmişdir. 1936-cı ildə burada ali təhsilini bitirmiş və mühəndis-memar ixtisasına yiyələnmişdir.
1942-ci ilin əvvəllərində könüllü zabitlər hazırlığı kurslarına daxil olmuş və aprel ayından İkinci Dünya müharibəsi iştirak etmişdir. Terek sahillərindən Berlinə qədər döyüş yolu keçmişdir. "Qırmızı Bayraq", "Qırmızı Ulduz", I və II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri ilə və altı medalla təltif edilmişdir. 1946-cı ilin iyununda Azərbaycan hökumətinin müraciəti əsasında hərbi xidmətdən geri çağrılmışdır.[3]
Fəaliyyəti
redaktəHələ tələbəlik dövründən — 1934-cü ildən əmək fəaliyyətinə başlamış, "Azəridövlətlayihə" təşkilatında çalışmışdır. Həmin dövrdə həmçinin Bakı İnşaat Texnikumunda dərs demişdir. 1941-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Xalq Komissarlığı yanında Mənzil Kommunal Baş İdarəsinin rəisi və eyni zamanda, Bakı İnşaat Texnikumunun direktoru vəzifələrinə təyin edilmişdir.[4]
1947-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin Memarlıq İşləri üzrə İdarəsinin rəisi, 1951–1952-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin sədr müavini, 1952–1953-cü illərdə isə Bakı Vilayət Zəhmətkeş Deputatlar Sovetinin sədr müavini, 1953–1955-ci illərdə tikinti naziri, 1955–1957-ci illərdə Dövlət Tikinti Komitəsinin sədri, 1957–1959-cu illərdə nazir — Dövlət Plan Komitəsi sədrinin I müavini vəzifələrində çalışmışdır.
Ənvər Qasımzadə dəfələrlə Bakı Şəhər Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının Bakı Şəhər Komitəsinə və Azərbaycan KP Mərkəzi Komitəsinə üzv seçilmişdir.[5]
Elmi fəaliyyəti
redaktəƏ. Qasımzadə 1959-cu ildə Azərbaycan Memarlar İttifaqına rəhbərlik etmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunmuşdur. Burada da onun böyük nailiyyətləri olmuşdur. İnstitutun genişlənməsi, yeni fakültələrin açılması üçün səylərini əsirgəməmişdir. Onun rektorluğu dövründə Azərbaycan Politexnik İnstitutunun Gəncə şəhərində filialı açılmış, avtomatika, sintetik materialların texnologiyası, metallurgiya və poliqrafiya fakültələri təşkil edilmişdir.[6]
Ənvər Qasımzadə 1964-cü ildə memarlıq doktoru olmuş, 1966-cı ildə professor, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Ənvər müəllim 60-dan çox elmi məqalənin və 7 monoqrafiyanın müəllifidir.
Əsas layihələri
redaktəO, "Əməkdar inşaatçı" fəxri adı ilə təltif olunmuşdur. Harada işləməsindən asılı olmayaraq Ənvər Qasımzadə daim yaradıcılıqla məşğul olmuşdır. Onun layihələri əsasında Bakıda, Gəncədə, Daşkəsəndə, Xankəndidə onlarca yaşayış evi və ictimai binalar ucaldılmışdır.
Bunlardan Bakının Azərbaycan prospektindəki (keçmiş Hüsü Hacıyev küçəsi), İnşaatçılar prospektindəki, keçmiş Şimali Sovet meydanındakı, Ağa Nemətulla küçəsindəki evləri, hazırda Gömrük Komitəsi və Maliyyə Nazirliyinin inzibatı binalarını, Bakixanov küçəsindəki Azərbaycan Tibb Universitetinin əsas korpuslarını, metronun "Ulduz" stansiyasını və başqalarını yada salmaq kifayətdir.[7]
Ölümü
redaktəƏ. Qasımzadə 1969-cu il mart ayının 12-də 57 yaşında vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdır.[8]
Bakıda və Salyanda onun adına küçələr vardır. 100 illik yubileyi təntənə ilə ölkə səviyyəsində qeyd edilmişdir.
Ailəsi
redaktə- Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin atasıdır.[9]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Касимзаде Энвер Али оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 11. С. 496.
- ↑ "КАСИМЗАДЕ ЭНВЕР АЛИ ОГЛЫ". slovar.cc. 2012. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2021.
- ↑ "Qasımzadə Ənvər Əlibəy oğlu". science.gov.az. 12 December 2013. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2021.
- ↑ "Görkəmli memar Ənvər Qasımovun 100 illik yubileyilə bağlı tədbir keçirildi". 525-ci qəzet. 20 April 2012. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2021.
- ↑ "Qasımzadə Ənvər Əlibəy oğlu". science.gov.az. 12 December 2013. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2021.
- ↑ "Касим-заде Энвер Али оглы". www.uaa.az. 12 June 2016. 12 April 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 January 2021.
- ↑ "Azərbaycanın tanınmış memarı Ənvər Qasımovun 100 illik yubileyi keçirilib". az.trend.az. 19 April 2012. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2021.
- ↑ Эльбай Энвер оглу Касимзаде. "12 февраля этого года видному азербайджанскому архитектору и государственному деятелю Энверу Касимзаде исполнилось бы 100 лет". Эхо. 28 November 2012. 28 January 2021 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Memarlar İttifaqı: Haqqımızda: Struktur: Elbay Ənvər oğlu Qasımzadə". Azərbaycan Memarlar İttifaqının saytı (az.). uaa.az. 2014. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.