Erebistanli Lourens Film 1962 - Wikipedia
Ərəbistanlı Lourens (ing. Lawrence of Arabia) — Devid Linin rejissoru olduğu və Tomas Edvard Lourensin həyatından bəhs edən 1962-ci ilə aid epik kinofilm. Filmdə baş rolu Piter O'Tul ifa edir. Bu film kino tarixində ən yaxşı və ən təsirli filmlərdən biri kimi qəbul edilir. Moris Jarrın musiqisi və Freddi Yanqın "Super Panavision 70" kinolenti çox bəyənilmişdir.[5] Film 10 nominasiyada Oskar mükafatına namizəd göstərilmiş və 7 nominasiya üzrə qalib gəlmişdir. O cümlədən, Ən yaxşı film, Ən yaxşı rejissor işi, Ən yaxşı montaj və Ən yaxşı səsləndirmə.
Ərəbistanlı Lourens | |
---|---|
ing. Lawrence of Arabia | |
Janr | müharibə filmi, bioqrafik film, dram filmi, macəra filmi, fleşbək filmi[d], kitablar əsasında film[d], Epik film |
Əsas mövzu | Birinci Dünya müharibəsi, Tomas Edvard Lourens[2], Ərəb üsyanı[2], böyüklük sərsəmliyi[d][2], Güc[d][2] |
Rejissor | Devid Lin |
Prodüser | Sem Şpigel |
Ssenari müəllifləri |
Robert Bolt Maykl Vilson |
Baş rollarda |
Piter O'Tul Ömər Şərif Alek Ginness Entoni Kuinn Cek Houkins Xose Ferrer Entoni Kveyl Klod Reyns Artur Kennedi |
Bəstəkar | Moris Jarr |
Geyim rəssamı | Fillis Dalton[d] |
İstehsalçı | Columbia Pictures |
Distribütor | Columbia Pictures, Netflix |
İlk baxış tarixi | 10 dekabr 1962 |
Müddət | 222 dəq. |
Büdcə | $15 million[1] |
Gəlir | $70 million[1] |
Ölkələr | |
Dil | ingilis dili[3] |
İl | 1962 |
Rəng | rəngli |
Çəkiliş yeri |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
IMDb | ID0056172 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Süjet
redaktəFilm Britaniya kəşfiyyatının zabiti, I Dünya müharibəsi illərində Suriyada yerli ərəb qəbilələri ilə sıx əlaqədə çalışdığına görə "Ərəbistanlı" ləqəbini qazanan Tomas Edvard Lourensin həyatından bəhs edir. Lourens ərəblərin arasında özünə böyük hörmət qazanmış və faktiki olaraq onların Osmanlı dövlətinə qarşı partizan müharibəsinə rəhbərlik etmişdir.
Filmin ssenarisi Lourensin avtobioqrafik "Müdrikliyin yeddi sütunu" kitabına və onun həyatını araşdıran tədqiqatçıların tarixi məlumatlarına əsaslanır.
Birinci hissə
redaktəFilmin əvvəlində, Lourensin motosikl qəzasında vəfat etməsindən sonra, müxbirlər Müqəddəs Pavel kilsəsində onun yas mərasiminə toplaşmış və onu tanıyan insanlardan müsahibə almağa çalışırlar. Xatirələr iştirakçıları keçmişə, hərbi əməliyyatların getdiyi dövrə aparır.
Gənc leytenant Lourens (Piter O'Tul), öz yüksək savadına baxmayaraq, xidmət yoldaşları tərəfindən kloun kimi qəbul olunur. Britaniya ordusunun Ərəb bürosunun istəyilə o səhraya, şahzadə Feysəllə (Alek Ginness) əlaqə qurmağa göndərilir. Yolda Şerif Əli (Ömər Şərif) onun bələdçisini öldürür. Yolun qalan hissəsində ingilis hərbi məsləhətçisi ilə rastlaşan Lourens şahzadə Feysəlin düşərgəsinə gəlib çatır. Burada o, öz səmimiyyəti və yerli adət-ənənələrə olan hörməti sayəsində şahzadənin rəğbətini qazanır.
Lourens ərəblərə bildirir ki, onlar vahid bir xalqdır və nə qədər ki, qəbilələr öz aralarında düşmənçilik edirlər, onlar müstəqillik əldə edə bilməzlər. O, ingilis hərbi məsləhətçisinin ərəb qoşunlarını əsas ingilis gücləri ilə birləşdirmək təklifinə etiraz edir və bildirir ki, ərəblərin dəvələrlə səhranı keçmək bacarığı böyük üstünlükdür və onlar istənilən yerdə gözlənilməz zərbə vura bilərlər.
Lourensin planına uyğun olaraq, əlli nəfərlik dəstə Qırmızı dəniz sahilindəki Akaba portunu ələ keçirmək üçün susuz Nefud səhrasını keçir. Səhranı keçdikdən sonra ona bədəvi-ərəb geyimləri geyindirirlər. Burada Lourens yerli huvaytat qəbiləsinin başçısı Əuda əbu Tayini (Entoni Kuinn) Akabaya hücum etməyə həvəsləndirir. Qurudan gözlənilməz hücumla ərəblər şəhəri tuturlar. Bu xəbəri ingilis komandanlığına bildirmək üçün Lourens iki gənc xidmətçi ilə birlikdə Sinay yarımadasını keçməklə Qahirəyə yollanır.
İkinci hissə
redaktəGənclərdən biri — Davud, öz yol yoldaşlarının gözü önündə qumda boğulur. Lourens və xidmətçisi Süveyş kanalına çatırlar, buradan onları hərbi maşınla Qahirəyə gətirirlər. Burada ingilis ordusunun yeni komandanı Edvard Allenbi (Cek Hokins) Lourensin Dəməşq-Mədinə dəmir yolunda diversiyalar təşkil etmək planını dəstkləyir, lakin vəd etməsinə baxmayaraq, ərəblərə artilleriya vermir.
Amerikalı müxbir Bentli ərəblərin türk qatarlarına iki hücumunda iştirak edir və fotoşəkillər çəkir. Dəmir yolunda növbəti diversiya cəhdi zamanı Lourensin digər xidmətçisi — Fərəc öz səhvi ucbatından ağır yaralanır və Lourens əsir düşməməsi və daha çox əzab çəkməməsi üçün onu güllə ilə başından vurur. Qışın gəlməsi ilə ərəblərin fəallığı azalır. Qışlaqda mübahisə zamanı Lourens bildirir ki, Deraa şəhərində təkbaşına üsyan qaldıra bilər. Lakin şəhərdə türk patrulu onu saxlayır və öz homoseksual komandirlərinin yanına aparırlar. Burada o sərt müqavimət göstərir və buna görə ağır şəkildə döyülür. Bu hadisə onun özünə inamını sarsıdır.
Deraadan qayıtdıqdan sonra Lourens bədəvi geyimini çıxarıb zabit formasını geyinir və ordu komandanlığından onu adi işə keçirməsini tələb edir. Lakin Allenbi bir ay sonra Dəməşqə hücum etməyi planlaşdırır və mayor Lourensi öz fikrindən döndərir. Köhnə müttəfiqlərə əlavə olaraq Lourens yenilərini pulla öz tərəfinə çəkir. Dəməşq yolunda yaralı və döyüşə hazırlıqsız yaxalanan yüzlərlə türk əsgəri ərəblər tərəfindən son nəfərinə kimi qılıncdan keçirilir. Allenbi Dəməşqə çatanda xəbər tutur ki, şəhərin böyük hissəsi artıq Lourens və Ərəb milli şurası tərəfindən idarə olunur.
Ərəb qəbilələri arasındakı anlaşmazlıqlara görə Lourens şəhərdəki xidmətlərin normal fəaliyyətini təmin edə bilmir. O hətta hospitaldakı iki min yaralı türk əsgərinə yardım etməkdə də acizdir. Aralarındakı anlaşmazlıqlara görə şəhəri tutan ərəb qəbilələri buranı tərk edirlər.
Suriyanın gələcəyi ilə bağlı siyasi manevrlər başlayır. Şahzadə Feysəl sülh konfransında iştirak etmək üçün Avropaya getməyə hazırlaşır. İngilis və fransızların Yaxın Şərqi öz aralarında bölmək planları üzə çıxır. Baş verənlərdən təəssüflənən polkovnik Lourens vətənə qayıtmağa tələsir.
Xarici keçidlər
redaktə- Ərəbistanlı Lourens — Internet Movie Database saytında
- Ərəbistanlı Lourens AllMovie saytında
- Lawrence of Arabia at the American Film Institute Catalog of Motion Pictures
- Ərəbistanlı Lourens Rotten Tomatoes saytında (ing.)
İstinadlar
redaktə- ↑ 1 2 "Lawrence of Arabia — Box Office Data, DVD and Blu-ray Sales, Movie News, Cast and Crew Information". The Numbers (website). December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 13, 2015.
- ↑ 1 2 3 4 Metzler Film Lexikon (alm.). / Hrsg.: M. Töteberg Springer Science+Business Media, 2005. S. 375. ISBN 978-3-476-02068-0 doi:10.1007/978-3-476-05260-5
- ↑ 1 2 3 4 5 The American Film Institute Catalog of Motion Pictures.
- ↑ 1 2 BFI Film & TV Database.
- ↑ "eMoviePoster.com". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.